Bolu Abant İzzet Baysal Universiteti
Naviqasiyaya keç
Axtarışa keç
Bolu Abant İzzet Baysal Universiteti | |
---|---|
Bolu Abant İzzet Baysal Üniversitesi[1] | |
Əsası qoyulub | 1992 |
Ölkə | |
Sayt | ibu.edu.tr |
Bolu Abant İzzet Baysal Universiteti (BAİBÜ) — 3 iyul 1992-ci ildə 3837 saylı qanuna əsasən qurulan vəqf tərəfindən dəstəklənən ilk dövlət universitetidir. Universitet Bolu xeyriyyəçi iş adamı İzzet Baysal tərəfindən qurulan İzzet Baysal vəqfi tərəfindən dəstəklənir.
Universitetdə 1500-ə yaxın müəllim və 900 inzibati heyət çalışır.[3] 4 institut, 16 fakültə, 2 kollec və 8 peşə liseyi olan Bolu Abant İzzet Baysal Universitetində 30 minə yaxın tələbə təhsil alır.[3] Universitetin mərkəzi şəhərciyi Boludan 13 kilometr məsafədə Gölköy Kampusunda yerləşir. Bundan başqa Gerede, Mengen və Mudurnuda da fəaliyyət göstərir.
Rektorları[redaktə | mənbəni redaktə et]
- Prof. Dr. Kemal Güçlüol (qurucu rektor) (1992-1997)
- Prof. Dr. Nihat Bilgen (1998-2002)
- Prof. Dr. Yaşar Akbıyık (2002-2006)
- Prof. Dr. Atilla Kılıç (2006-2010)
- Prof. Dr. Hayri Coşkun (2010-2017)
- Prof. Dr. Mustafa Alışarlı[4] (2017-)
İxtisasları[redaktə | mənbəni redaktə et]
İnstitutları[redaktə | mənbəni redaktə et]
- Ali Təhsil Məktəbi
- Təhsil Elmləri İnstitutu
- Səhiyyə Elmləri İnstitutu
- Elm və Texnologiya İnstitutu
- Sosial Elmlər İnstitutu
Fakültələri[redaktə | mənbəni redaktə et]
- Stomatologiya Fakültəsi
- Təhsil Fakültəsi
- İncəsənət və Elmlər Fakültəsi
- Gerede Tətbiqi Elmlər Fakültəsi
- Təsviri incəsənət Fakültəsi
- Hüquq Fakultəsi
- İqtisadiyyat və İnzibati Elmlər Fakültəsi
- İlahiyyat Fakültəsi
- Rabitə Fakültəsi
- Memarlıq Fakültəsi
- Mühəndislik Fakültəsi
- Sağlamlıq Elmləri Fakültəsi
- İdman Elmləri Fakültəsi
- Texnologiya Fakültəsi
- Tibb Fakültəsi
- Turizm Fakültəsi
- Kənd Təsərrüfatı və Təbiət Elmləri Fakültəsi (2020-ci ildən Kənd Təsərrüfatı Fakültəsi)
Kollecləri[redaktə | mənbəni redaktə et]
- Xarici dillər kolleci
Peşə məktəbləri[redaktə | mənbəni redaktə et]
- Bolu Peşə Məktəbi
- Bolu Texniki Elmlər Peşə Məktəbi
- Gerede Peşə Məktəbi
- Mehmet Tanrıkulu Sağlamlıq Xidmətləri Peşə Məktəbi
- Mengen Peşə Məktəbi
- Mudurnu Süreyya Astarcı Peşə Məktəbi
- Seben İzzet Baysal Peşə Məktəbi
- Yeniçağa Yaşar Çelik Peşə Məktəbi
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ https://web.archive.org/web/20230815060630/https://uye.ankos.org.tr/uyeler/.
- ↑ 1 2 Directory of Open Access Journals. 2003.
- ↑ 1 2 https://istatistik.yok.gov.tr/ |https://web.archive.org/web/20190711191747/https://istatistik.yok.gov.tr/
- ↑ "Arxivlənmiş surət". 2019-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-23.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- ibu.edu.tr — Bolu Abant İzzet Baysal Universitetinin rəsmi saytı