Bolu Abant İzzet Baysal Universiteti

Bolu Abant İzzet Baysal Universiteti (BAİBÜ) — 3 iyul 1992-ci ildə 3837 saylı qanuna əsasən qurulan vəqf tərəfindən dəstəklənən ilk dövlət universitetidir. Universitet Bolu xeyriyyəçi iş adamı İzzet Baysal tərəfindən qurulan İzzet Baysal vəqfi tərəfindən dəstəklənir.

Bolu Abant İzzet Baysal Universiteti
Bolu Abant İzzet Baysal Üniversitesi[1]
Loqonun şəkli
Əsası qoyulub 1992
Ölkə
Sayt ibu.edu.tr

Universitetdə 1500-ə yaxın müəllim və 900 inzibati heyət çalışır.[3] 4 institut, 16 fakültə, 2 kollec və 8 peşə liseyi olan Bolu Abant İzzet Baysal Universitetində 30 minə yaxın tələbə təhsil alır.[3] Universitetin mərkəzi şəhərciyi Boludan 13 kilometr məsafədə Gölköy Kampusunda yerləşir. Bundan başqa Gerede, Mengen və Mudurnuda da fəaliyyət göstərir.

  • Prof. Dr. Kemal Güçlüol (qurucu rektor) (1992-1997)
  • Prof. Dr. Nihat Bilgen (1998-2002)
  • Prof. Dr. Yaşar Akbıyık (2002-2006)
  • Prof. Dr. Atilla Kılıç (2006-2010)
  • Prof. Dr. Hayri Coşkun (2010-2017)
  • Prof. Dr. Mustafa Alışarlı[4] (2017-)

Akademik strukturu

[redaktə | mənbəni redaktə et]
  • Ali Təhsil Məktəbi
  • Təhsil Elmləri İnstitutu
  • Səhiyyə Elmləri İnstitutu
  • Elm və Texnologiya İnstitutu
  • Sosial Elmlər İnstitutu
  • Xarici dillər kolleci

Peşə məktəbləri

[redaktə | mənbəni redaktə et]
  • Bolu Peşə Məktəbi
  • Bolu Texniki Elmlər Peşə Məktəbi
  • Gerede Peşə Məktəbi
  • Mehmet Tanrıkulu Sağlamlıq Xidmətləri Peşə Məktəbi
  • Mengen Peşə Məktəbi
  • Mudurnu Süreyya Astarcı Peşə Məktəbi
  • Seben İzzet Baysal Peşə Məktəbi
  • Yeniçağa Yaşar Çelik Peşə Məktəbi
  1. https://web.archive.org/web/20230815060630/https://uye.ankos.org.tr/uyeler/.
  2. 1 2 Directory of Open Access Journals. 2003.
  3. 1 2 https://istatistik.yok.gov.tr/ |https://web.archive.org/web/20190711191747/https://istatistik.yok.gov.tr/
  4. "Arxivlənmiş surət". 2019-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]