Cəlil Hüseynov (akademik)
Cəlil Hüseynov | |
---|---|
Doğum tarixi | 28 dekabr 1896 |
Doğum yeri | |
Vəfat tarixi | 21 mart 1979 (82 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | tibb[1] |
İş yeri | |
Mükafatları |
|
Cəlil Yusif oğlu Hüseynov (28 dekabr 1896, Nuxa – 21 mart 1979, Bakı) ― akademik, Əməkdar elm xadimi (1957), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1967).[2]
Həyatı[redaktə | mənbəni redaktə et]
Cəlil Hüseynov 28 dekabr 1896-cı ildə Şəki şəhərində anadan olmuşdur. O, 1905–1907-ci illərdə Şəki şəhərindəki rus məktəbində, 1908–1918-ci illərdə Tiflisdə I oğlanlar gimnaziyasında, 1919-cu ildə isə Bakı oğlanlar gimnaziyasında təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1924-cü ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsində almışdır.[2]
Fəaliyyəti[redaktə | mənbəni redaktə et]
Cəlil Hüseynov 1924–1946-cı illərdə akademik İ. İ. Şirokoqorovun rəhbərlik etdiyi Patoloji anatomiya kafedrasında assistent, dosent, professor olaraq fəaliyyət göstərmişdir. Eyni zamanda 1925-ci ildə "Muğam malyariya ekspedisiyası"nın Cənub-Muğan qrupuna rəhbərlik etmişdir. O, 1946–1979-cu illərdə Azərbaycan Tibb Universitetinin Patoloji anatomiya kafedrasının müdiri vəzifəsini icra edərək elmi-pedaqoji fəaliyyət göstərmişdir. Habelə alim 1946–1979-cu illərdə Azərbaycan Səhiyyə Nazirliyinin baş patoloqanatomu kimi fəaliyyət göstərmişdir.[2]
Cəlil Hüseynov patoloji anatomiya sahəsi üzrə böyük xidmətləri olan alimdir. Malyariya zamanı nekroz və qanqrenaların, tropik malyariya, qarayara, səpkili yatalaq xəstəliklərinin patomorfologiyası və patogenezinin, habelə müxtəlif xəstəliklər zamanı periferik sinir sisteminin patomorfologiyasının öyrənilməsi məsələləri alimin fəaliyyətinin əsasını təşkil edir.[2]
Azərbaycan elminə böyük töhfələr bəxş etmiş Cəlil Hüseynovun 200-ə yaxın elmi əsəri, monoqrafiya, dərslik və dərs vəsaitləri vardır. O, ilk dəfə Azərbaycan Tibb Universitetinin nəzdində histologiya, mikrobiologiya, patoloji anatomiya fənlərindən Azərbaycan dilində mühazirə və praktik dərslər aparmışdır. Akademik tərəfindən histologiya, mikrobiologiya, patoloji anatomiya və patoloji fiziologiya üzrə Azərbaycan dilində terminoloji lüğət hazırlanmışdır. Lüğət 2500 termindən ibarətdir. Eyni zamanda onun rəhbərliyi altında 15 elmlər doktoru, 28 fəlsəfə doktoru dissertiyası müdafiə olunmuşdur.[2]
Üzv olduğu cəmiyyətlər[redaktə | mənbəni redaktə et]
- 1946-cı ildən Azərbaycan Patoloqlar Cəmiyyətinin sədri;
- 1971-ci ildən Ümumittifaq Patoloji Anatomiya Cəmiyyətinin fəxri üzvü;
- 1976-cı ildən Azərbaycan Sovet Ensiklopediyası redaksiya şurasının üzvü;[2]
Monoqrafiyaları[redaktə | mənbəni redaktə et]
- "Periferik sinir sisteminin-reseptor və sinapsların patomorfologiyası barədə" (1957);
- "Patologiya şəraitində və sinapslarda struktur dəyişikliklər (makro, mikro, elektronmikroskopik dəyişikliklər)" (1965);[2]
Kitabları[redaktə | mənbəni redaktə et]
- "Ümumi patoloji anatomiya" (1963);
- "Xüsusi patoloji anatomiya" (1977);
Cəlil Hüseynov müəllifi olduğu bu kitablara görə 1979-cu ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.[2]
Mükafatları[redaktə | mənbəni redaktə et]
- "Şərəf nişanı" ordeni;
- İki dəfə "Lenin" ordeni;
- İki dəfə "Qırmızı Əmək Bayrağı" ordeni;
- "Əməkdar elm xadimi" fəxri adı (1957);[2]
Vəfatı[redaktə | mənbəni redaktə et]
Cəlil Hüseynov 21 mart 1979-cu ildə Bakı şəhərində vəfat etmişdir.[2]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 Gusejnov, Džalil Jusuf ogly // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 "Hüseynov Cəlil Yusif oğlu" (Azərbaycan). science.gov.az. 16-11-2021 tarixində arxivləşdirilib.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- 28 dekabrda doğulanlar
- 1896-cı ildə doğulanlar
- Şəkidə doğulanlar
- 21 martda vəfat edənlər
- 1979-cu ildə vəfat edənlər
- 82 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Azərbaycan Tibb Universitetinin müəllimləri
- "Lenin" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- Azərbaycan SSR əməkdar elm xadimləri
- Əlifba sırasına görə alimlər
- AMEA-nın həqiqi üzvləri
- Elmlər doktorları