Dönüş (film, 2018)
Dönüş | |
---|---|
azərb. Dönüş | |
| |
Janr | Portret |
Rejissor | Rüfət Əsədov |
Prodüserlər |
Nail Qurbanov, Zövqü Quliyev |
Əsərin müəllifi | Rüstəm Dastanoğlu |
Ssenari müəllifi | Orxan Fikrətoğlu |
Baş rollarda | |
Operator | Röyal Quluzadə |
İstehsalçılar |
Stalker Production Azəri Production |
İlk baxış tarixi | 17 aprel 2018 |
Filmin növü | tammetrajlı sənədli |
Müddət | 83 dəqiqə |
Ölkələr | Azərbaycan |
Dil | Azərbaycanca |
İl | 2018 |
Rəng | ağ-qara, rəngli |
Vikianbarda əlaqəli mediafayllar |
Dönüş — Rüfət Əsədovun filmi. Film 2018-ci ildə Orxan Fikrətoğlunun ssenarisi əsasında, Qarabağ müharibəsi iştirakçısı, tibb xidməti kapitanı, hərbi həkim İmran Qurbanov haqqında çəkilmişdir. Tammetrajlı sənədli filmdir.
Məzmun[redaktə | mənbəni redaktə et]
Filmdə İmran Qurbanovun həyat yolu, könüllü hərbi həkim kimi döyüşlərdə iştirakı, xüsusilə də Qarabağ müharibəsi zamanı rəhbərlik etdiyi tibb bölüyünün Ağdərə, Kəlbəcər, Laçın və Murovda gedən döyüşlər zamanı fəaliyyəti əks olunub.[1]
Filmin heyəti[redaktə | mənbəni redaktə et]
Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]
- İdeya müəllifi: Rüstəm Dastanoğlu[2]
- Ssenari müəllifi: Orxan Fikrətoğlu[2]
- Quruluşçu rejissor: Rüfət Əsədov
- Rejissor: Rüfət Əsədov[2]
- Operator: Röyal Quluzadə[2]
- Montaj rejissoru: Tofiq Teymuroğlu[2]
- Prodüserlər: Nail Qurbanov,[2] Zövqü Quliyev[2]
- Posterin dizayneri: Vüsal Nazimoğlu
- Musiqilərindən istifadə edilən bəstəkar: Şəmistan Əlizamanlı[2]
Filmdə iştirak edənlər[redaktə | mənbəni redaktə et]
- Şəmistan Əlizamanlı — hərbi diktor
- Rüstəm Dastanoğlu — dostu
- Rey Kərimoğlu — Qarabağ qazisi
- Nail Qurbanov — qardaşı
- Sevinc Qurbanova — həyat yoldaşı
- Vaqif Namazov — dostu
- Aslan Həşimov — hərbi həkim
Mükafat və nominasiyalar[redaktə | mənbəni redaktə et]
Filmin təqdimatı[redaktə | mənbəni redaktə et]
17 aprel 2018-ci ildə Nizami Kino Mərkəzində filmin təqdimatı olmuşdur. Təqdimatda İmran Qurbanovun döyüş dostları, Qarabağ qaziləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Təqdimatdan əvvəl keçirilən tədbirdə Azərbaycanın hərbi diktoru, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, filmin rejissoru və ssenaristi öz fikirlərini bölüşüblər. İmran Qurbanov çıxış edərək filmin çəkilişində əməyi olan və tədbirə qatılan hər kəsə öz minnətdarlığını bildirib.[3]
Filmi izlə[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Kapitan Qurbanovun "Dönüş"ü — TƏQDİMAT" (az.). APA TV. 2018-04-17. 2018-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-17.
- ↑ 1 2 3 4 5 6 7 8 "Qarabağ qazisindən bəhs edən filmin təqdimatı olacaq" (az.). Goyce.az. 2018-04-14. 2018-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-08.
- ↑ ""Dönüş" filminin təqdimatı keçirilib" (az.). Qazilər İnformasiya Portalı. 2018-04-17. 2018-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-17.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- Kapitan Qurbanovun "Dönüş"ü — TƏQDİMAT — APA TV — YouTube saytı