Dönüş — Rüfət Əsədovun filmi. Film 2018-ci ildə Orxan Fikrətoğlunun ssenarisi əsasında, Qarabağ müharibəsi iştirakçısı, tibb xidməti kapitanı, hərbi həkim İmran Qurbanov haqqında çəkilmişdir. Tammetrajlı sənədli filmdir.
Dönüş | |
---|---|
azərb. Dönüş | |
| |
Janr | Portret |
Rejissor | Rüfət Əsədov |
Prodüserlər |
Nail Qurbanov, Zövqü Quliyev |
Əsərin müəllifi | Rüstəm Dastanoğlu |
Ssenari müəllifi | Orxan Fikrətoğlu |
Baş rollarda | |
Operator | Röyal Quluzadə |
İstehsalçılar |
Stalker Production Azəri Production |
İlk baxış tarixi | 17 aprel 2018 |
Filmin növü | tammetrajlı sənədli |
Müddət | 83 dəqiqə |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycanca |
İl | 2018 |
Rəng | ağ-qara, rəngli |
Vikianbarda əlaqəli mediafayllar |
Filmdə İmran Qurbanovun həyat yolu, könüllü hərbi həkim kimi döyüşlərdə iştirakı, xüsusilə də Qarabağ müharibəsi zamanı rəhbərlik etdiyi tibb bölüyünün Ağdərə, Kəlbəcər, Laçın və Murovda gedən döyüşlər zamanı fəaliyyəti əks olunub.[1]
17 aprel 2018-ci ildə Nizami Kino Mərkəzində filmin təqdimatı olmuşdur. Təqdimatda İmran Qurbanovun döyüş dostları, Qarabağ qaziləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Təqdimatdan əvvəl keçirilən tədbirdə Azərbaycanın hərbi diktoru, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, filmin rejissoru və ssenaristi öz fikirlərini bölüşüblər. İmran Qurbanov çıxış edərək filmin çəkilişində əməyi olan və tədbirə qatılan hər kəsə öz minnətdarlığını bildirib.[3]