Rüstəm Dastan oğlu Məmmədov (16 noyabr 1960, Daşkənd, Basarkeçər rayonu) — Azərbaycanlı yazıçı-publisist.
Rüstəm Dastanoğlu | |
---|---|
Doğum tarixi | 16 noyabr 1960 (63 yaş) |
Doğum yeri | |
Uşağı | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, jurnalist, iqtisadçı, iş adamı |
Fəaliyyət illəri | 1980-ci ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | publisistika, nəsr |
Tanınmış əsərləri |
|
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Rüstəm Dastanoğlu 16 noyabr 1960-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1967–1975-ci illərdə Daşkənd kənd orta məktəbində oxuduqdan sonra təhsilini Bakı şəhərindəki 5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbində davam etdirmiş, 1977-ci ildə həmin məktəbi bitirmişdir.[2]
1978-ci ildə Ukraynada Kiyev Politexnik İnstitutunun atom fizikası ixtisasına qəbul olmuş, 1984-cü ildə həmin institutu bitirmişdir.
1985–1987-ci illərdə "Azərenerji"də mühəndis, 1987–1991-ci illərdə isə Azərenerji Tikinti Quraşdırma Dövlət şirkətinin Yeni-Bakı Tikinti Quraşdırma İdarəsində şöbə rəisi, idarə rəisinin müavini vəzifələrində çalışmışdır.
Ailəlidir, dörd övladı var.
Rüstəm Dastanoğlunun publisistik məqalələri, hekayələri və iqtisadiyyatla bağlı yazıları dövrü mətbuatda 1980-ci illərdən çap olunmağa başlamışdır.[3]
2012-ci ildə çap olunan "Dəşkənd və daşkəndlilər" adlı kitabın müəllifidir. Kitabda Göyçə mahalının Daşkənd kəndinin əhalisi, tarixi, toponimləri, coğrafi mövqeyi haqqında geniş məlumatlar verilmişdir. 17 oktyabr 2013-cü ildə Mədəniyyət TV-nin "Qobustan" verilişində həmin kitab haqqında veriliş efirə getmişdir. Verilişdə professor İbrahim Bayramov kitab haqqında müsbət fikirlər söyləmişdir.[4]
2022-ci ilin dekabrında Qanun nəşriyyatında "Düşüncələrimin kölgəsi" adlı kitabı çap olunmuşdur. Kitab 216 səhifədən ibarətdir. Kitabda müəllifin hekayələri, esseləri, publisistik məqalələri, müsahibələri və başqa yaradıcılıq nümunələri toplanıb. Kitabın ön sözünün müəllifi Orxan Fikrətoğlu, redaktoru Araz Yaquboğlu, korrektoru isə Asifə Əfəndiyevadır. 4 fevral 2023-cü ildə kitabın AMEA Mərkəzi Elmi Kitabxanasında təqdimat mərasimi keçirilmişdir. Kitab haqqında tənqidçi-ədəbiyyatşünaslar Əsəd Cahangir və Yaşar Əliyev geniş məruzə ilə çıxış etmişlər.[2]
Kitabda çap olunan "Tənhalıq həsrəti", "Torpağın ruhu", "Yol" hekayələri vaxtilə Azərbaycan oxucusunda böyük maraq oyatmışdır. Xüsusilə, "Tənhalıq həsrəti" hekayəsi 1989-cu ildə "Ulduz" jurnalında nəşr olunmuş, minlərlə oxucunun rəğbətini qazanmışdır.[5]
1992–1994-cü illərdə — müstəqilliyimizin ilk illərində Azərbaycanın mədəniyyət nümayəndələrini Türkiyədə keçirilən Beynəlxalq festivallarda iştirak etməsini təşkil etmişdir.[6]
"Yeni Film" şirkətində kommersiya işləri üzrə direktor vəzifəsində çalışmışdır.
Rüstəm Dastanoğlunun dəstəyi ilə 2011-ci ilin iyun ayında Azərbaycan Televiziyası Aşıq Hacı Göyçəli haqqında film çəkilmiş, həmin film "Yurd yeri" verilişində yayımlanmışdır.[7]
Rüstəm Dastanoğlu 2018-ci ildə Orxan Fikrətoğlunun ssenarisi, Rüfət Əsədovun rejissorluğu əsasında, Qarabağ müharibəsinin hərbi həkimi İmran Qurbanov haqqında çəkilmiş Dönüş tammetrajlı sənədli filminin ideya müəllifidir.[8]
2021-ci ildə Rüstəm Dastanoğlunin sponsorluğu və ideya müəllifliyi ilə Aşıq Ələsgərin gürcü dilində "Sözün işığı" adlı kitabı nəşr edilmişdir. Kitab Aşıq Ələsgərin 200 illik yubileyi tədbirlərinə töhfə olaraq çap olunmuşdur. 6 avqust 2021-ci ildə kitabın Azərbaycan Yazıçılar Birliyində təqdimatı keçirilmişdir.[9]
2022-ci ildə Azərbaycan Tibb Universitetinin tələbələri üçün olan "Revmatologiya" adlı dərs vəsaitinə sponsorluq etmişdir.
Rüstəm Dastanoğlunun təsis etdiyi "Dastanoğlu fondu" hər il Yusif Səmədoğlu adına nəsr yarışması təşkil edir və ilk üç yeri tutan qaliblər fond tərəfindən mükafatlandırılır.[10]
5 mart 2022-ci ildə "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif olunmuşdur.