Rey Kərimoğlu (Qasımov) (9 may 1967, Ağdam) — Qarabağ qazisi (əlili), jurnalist, Prezident təqaüdçüsü[2].
Rey Kərimoğlu | |
---|---|
Rey Kərim oğlu Qasımov | |
Doğum tarixi | 9 may 1967 (57 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | jurnalist |
Partiyası |
|
Mükafatları | "Media açarı"[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Rey Kərim oğlu Qasımov 9 may 1967-ci ildə Ağdam rayonunun Şıxbabalı kəndində, sadə bir Türk ailəsində anadan olub. 1984-cü ildə həmin kənddə orta məktəbi bitirib. 1985–87-ci illərdə Sovet Ordusu sıralarında xidmət edib. Əvvəlcə Ağdam Kənd Təsərrüfatı Texnikumunun İnşaat, sonra isə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq institutunun hüquq fakültəsini bitirib.[3] Ailəlidir.
Ermənilərin Azərbaycana qarşı torpaq iddiasına etiraz əlaməti olaraq 1988-ci ilin fevral ayında Qarabağ müharibəsinin şəhidləri Əli Hacıyev və Bəxtiyar Quliyevin həlak olduğu gün Ağdamdan Əsgəran istiqamətində təşkil olunmuş yürüşdə iştirak edib.[4]
Mühəribənin ilk dövründə gecələr ermənilərlə həmsərhəd kəndlərimizdə könüllü müdafiə dəstələrində ov tüfəngi ilə keşik çəkib. Qarabağda komendat saatını həyata keçirən Sovet ordusunun rəhbərlərinin birtərəfli şəkildə erməniləri himayə etmələrinin əleyhinə təşkil edilən aksiyalarda iştirak edib.
1991-ci ildən Erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda rəsmi şəkildə iştirak etmək üçün könüllü olaraq Azərbaycanın Milli Qəhrəmanı, mərhum polkovnik-leytenant Şirin Mirzəyevin yaratdığı 836 saylı hərbi hissənin tərkibində Milli Ordu sıralarına qoşulub. Həmin hərbi hissənin kəşfiyyat dəstəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib.
9 avqust 1992-ci ildə Xankəndi istiqamətində, Noraguh kəndi yaxınlığında növbəti kəşfiyyat əməliyyatı zamanı ikinci dəfə yaralanıb. Aldığı yarayla əlaqədar olaraq 1993-cü il fevralın 26-da rəsmi şəkildə ordudan tərxis olunub. 2-ci qrup Qarabağ müharibəsi əlilidir.
1988–91-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin (AXC) Ağdam rayon şöbəsinin dayaq dəstələrinin yaradılmasında və fəaliyyətində yaxından iştirak edib. 1994-cü ildə AXC sıralarından istefa verib. Bu günə qədər heç bir siyasi partiyanın üzvü olmayıb.
1996-cı ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2001-ci ildən isə "Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini daşıyır. 2001-ci ilin yanvar-fevral aylarında Qarabağ Əlillər Cəmiyyətinin əlillərin sosial-iqtisadi problemləri ilə əlaqədar təşkil etdiyi ümumrespublika etiraz aksiyasının təşkilatçılarından biri olub.
1995-ci ildən dövrü mətbuatda − "Zaman", "Əlillər", "Şərq", "Vətəndaş Həmrəyliyi", "Bizim Yol", "Milli Yol", "Yeni Müsavat" qəzetlərində müxtəlif vəzifələrdə çalışıb.
JuHİ-nin (Jurnalistlərin Həmkarlar İttifaqı) yaradıcılarından və ilk idarə heyətinin üzvlərindən biri olub. Beynəlxalq Avrasiya Mətbuat Fondunda çalışır.
2015-ci ildən Qarabağ qazilər birliyinin QAZİLER. AZ saytını yaradıb.[5] Saytın baş redaktorudur.
Mətbuatda "Kəşfiyyatçının xatirələri", "Barıt qoxusu" layihəsində silsilə yazıları çap edilib.[6]
APA TV-nin "Müharibə adamı" ləyihəsinin rəhbəri və verilişin aparıcısı olub. Bu layihə çərçivəsində əsasən Qarabağ müharibəsini əhatə edən otuz veriliş çəkilib.[7]
2006-cı ildə Azərbaycanın ən populyar media mükafatı olan "Media Açarı" mükafatının qalibi olub.[9]