Elçin Mirzəbəyli

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Elçin Mirzəbəyli
Vəzifədədir
16 mart 2024-cü ildən
SədrQüdrət Həsənquliyev
Əvvəlkivəzifə təsis edildi.
bayraq
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi
bayraq2
30 aprel 2018[1][2][3] – 16 mart 2024
SədrQüdrət Həsənquliyev
Baş katibYaşar Kələntərli
Sonrakıvəzifə ləğv olundu.
bayraq
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının beynəlxalq məsələlər üzrə katibi
bayraq2
? – ?
SədrQüdrət Həsənquliyev
Baş katibYaşar Kələntərli
Şəxsi məlumatlar
Doğum tarixi 12 avqust 1967(1967-08-12) (56 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Respublikası
Partiya
Təhsili
Fəaliyyəti Jurnalist
Elmi fəaliyyəti
İş yeri "Xalq cəbhəsi" qəzeti

Təltifləri "Tərəqqi" medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı
Azərbaycan Respublikasının əməkdar jurnalisti

Elçin Əbdülrəhim oğlu Mirzəbəyli (12 avqust 1967, Lənkəran) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, şair, siyasi ekspert, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini.[4]

Elçin Mirzəbəyli 12 avqust 1967-ci ildə Lənkəran şəhərində doğulub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Rusiya Dövlət Səhnə Sənətləri İnstitutunu (Sankt-Peterburq Teatr, Musiqi və Kinematoqrafiya İnstitutu) bitirib[5].

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

"Sevil" kinoteatrının direktoru, "Sara" TV-nin "Xəbər" departamenti direktorunun müavini və redaktoru, "Üç nöqtə" qəzetinin redaktoru olub. 2015–2017-ci illərdə Lider Televiziyasında "Geosiyasət" proqramının müəllifi və aparıcısı, 2017–2019-cu illərdə Xəzər TV-də gündəlik "Xəzər Aktual" proqramının aparıcısı olub. Azərbaycan Dövlət Televiziyasında (AzTV), "Space", "Sara" telekanalında müəllif proqramları ilə çıxış edib. Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş filmin rejissoru, Bəxtiyar Vahabzadə, Rüstəm Behrudi və digər görkəmli şəxslər haqqında çəkilmiş filmlərin müəllifi və rejissorudur.

Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Nərimanovun "Nadir şah" dramına quruluş verib. Quruluşçu rejissoru olduğu "Nadir şah" dramı paytaxt Bakıda və Azərbaycanın müxtəlif bəlgələrində, eləcə də Türkiyədə, İranda uğurla nümayiş etdirilib. Mədəniyyət Nazirliyində çalışdığı dövrlərdə bir çox dövlət tədbirlərinin ssenari müəllifi, rejissoru və redaktoru olub. Milli Azadlıq Hərəkatının marşı olan, hal-hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ifa olunan, orta ümumtəhsil müəssisələrində tədris edilən "Azadlıq" marşının müəllifidir. Şeirlərinə Abbas Əhməd, Xanım İsmayılqızı, Nailə Mirməmmədli, Hikmət Mirməmmədli, Hatəm Nəbioğlu və digər tanınmış musiqiçi və bəstəkarlar tərəfindən mahnılar bəstələnib. Bu mahnıların arasında Abbas Əhmədin ifa etdiyi "Ürəyim yanar" mahnısı daha çox populyarlıq qazanıb. Şeirləri, esseləri və publisistik məqalələri Azərbaycan, Türkiyə, İtaliya, Özbəkistan və Rusiyada nəşr olunub. "Xalq Cəbhəsi" qəzetinin, Azərbaycan və İtalyan dillərində yayımlanan "Via della Seta" (İpək yolu) jurnalının baş redaktoru və Beymedia İnformasiya Agentliyinin baş direktorudur.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Beynəlxalq Mətbuat İnstitutunun (İnternational Press İnstitute) üzvüdür.

Bakı Natiqlik Məktəbi İctimai Birliyinin sədridir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2003-cü ildə Azərbaycan Respublikası prezidentliyə namizəd Qüdrət Həsənquliyevin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzvü olmuşdur[6].

2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında səlahiyyətli nümayəndələrindən biri olmuşdur[7].

Elçin Mirzəbəyli bir müddət Vətəndaş Həmrəyliyi Partiyası üzvü olmuşdur. O, hal-hazırda Ədalət, Hüquq, Demokratiya Partiyası üzvü vəpartiyanın sədr müavinidir.

  • "Bir gecənin tənhalığı" şeir kitabı.
  • "İtirilmiş vaxtın adamı" şeir kitabı.
  • "Poz bu sükutu" şeir kitabı.
  • "Sevgi məktubları" şeir kitabı
  • "Anamın duası" şeir kitabı
  1. Vicdan haqqı (teleserial, 2016) — şeirlərindən istifadə olunan
  1. Mirzəbəyli və Orduxanlı müavin təyin olundular
  2. BAXCP-də yeni təyinatlar
  3. Qüdrət Həsənquliyev yenidən sədr seçilib
  4. "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-17.
  5. "Arxivlənmiş surət". 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-28.
  6. "E. Ə. Mirzəbəylinin prezidentliyə namizəd Q. M. Həsənquliyevin Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 15 avqust 2003-cü il tarixli, 24/177 nömrəli Qərarı. [ölü keçid]  (az.)
  7. "Azərbaycan Respublikasının Prezidenti seçkilərində bəzi partiyaların səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri barədə" Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 avqust 2008-ci il tarixli, 11/52 nömrəli Qərarı. [ölü keçid]  (az.)
  8. "Azərbaycan Respublikasının mətbuat işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2010-cu il tarixli, 1037 nömrəli Sərəncamı. e-qanun.az Arxivləşdirilib 2019-06-22 at the Wayback Machine  (az.)