Qüdrət Həsənquliyev

Qüdrət Müzəffər oğlu Həsənquliyev (29 yanvar 1965, Əbrəqunis, Culfa rayonu) — siyasətçi, Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V,VIVII çağırış deputatı. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya Partiyasının keçmiş adı ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurucusu və hazırkı sədri, 2003-cü, 2008-ci, 2013-cü, 2018-ci2024-cü illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü (2000–2003).

Qüdrət Həsənquliyev
Vəzifədədir
5 mart 2003-cü ildən
Seçki dairəsi2003 — 86 saylı İsmayıllı
2005 — 97 saylı Goranboy-Ağdam-Tərtər
2010, 2015 — 7 Ordubad-Culfa
2020 — 36 saylı Xətai dördüncü
ƏvvəlkiMirmövsüm Abbasov (86 saylı)
Vəzifə təsis edildi. (97 saylı)
Əkrəm Əylisli (7 saylı)
Səməd Seyidov (36 saylı)
SonrakıVəzifə ləğv edildi. (86 saylı)
Gülçöhrə Məmmədova (97 saylı)
Cəbi Quliyev (7 saylı)
Vəzifədədir
4 aprel 2004-cü ildən
ƏvvəlkiVəzifə təsis edildi.
18 iyun 2000 – 21 fevral 2003
Təmsil etdiyiAzərbaycan Xalq Cəbhəsi Partiyası
Şəxsi məlumatlar
Doğum adı Qüdrət Müzəffər oğlu Həsənquliyev
Doğum tarixi 29 yanvar 1965(1965-01-29) (59 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qüdrət Həsənquliyev 29 yanvar 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Əbrəqunus kəndində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universiteti Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bakı şəhər Nəsimi rayon prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Dövlət Katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi vəzifələrində çalışıb.

Evlidir, 2 övladı vardır.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Erkən fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

4 iyun Gəncə qiyamının ardınca Azərbaycan Xalq Cəbhəsi sədri, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəypaytaxtı tərk edərək doğulduğu Kələki kəndinə getmişdir. Çevrilişin lideri Surət Hüseynov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev ilə ittifaq yaratmışdır. Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir.[1] 21 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə müraciət edərək onu öz işinə geri çağırmışdır.[2] 24 iyun 1993-cü ildə isə Əbülfəz Elçibəy fəaliyyətini icra edə bilmədiyi üçün prezidentin səlahiyyətləri müvəqqəti olaraq Heydər Əliyevə ötürülmüşdür.[3] Heydər Əliyev 30 iyul 1993-cü ildə qiyamçı Surət Hüseynovu Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin etmişdir.[4][5][6] Heydər Əliyev daha sonra növbədənkənar prezident seçkiləri təyin etmişdir. 3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində 3 namizəd arasından Heydər Əliyev 98,6% səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.[4][5]

Baş verən bu hadisələr Azərbaycan Xalq Cəbhəsi daxilində də gərginliklərə və qruplaşmalara səbəb olmuşdur. Belə ki, təşkilat daxilində Yurd İctimai Birliyi bazasından gələn qrup birgə fəaliyyət göstərməyə başlamışdır. Kütləvi informasiya vasitələrində "yurdçular" olaraq tanınan bu qrup daha sonralar "islahatçılar" olaraq adlandırılmağa başlandı. Bu qrupun təmsilçiləri o dövrdə parlament jurnalisti olan, daha sonra isə AXC sədrinin birinci müavini olan Əli Kərimli, AXC Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli, AXC-nin sədr müavinləri Asim MollazadəCəmil Həsənli, Rəyasət Heyəti üzvü Qüdrət Həsənquliyev kimi şəxslər idi. Digər bir qrup olan "klassiklər"də isə AXC-nin sədr müavini Mirmahmud Mirəlioğlu, daha sonralar yaradılan AXCP Gənclər Komitəsinin ilk sədri Oqtay Güləliyev, baş nazirin sabiq müavini Kamil Vəli Nərimanoğlu, sabiq nazir İsa Bağırov, müğənni Flora Kərimova, hüquq müdafiəçisi Novella Cəfəroğlu kimi şəxslər təmsil olunmuşdur.[7][8]

Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyət müddəti tamamlandıqdan sonra həm yeni və ilk dəfə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu ilə bağlı referendum, həm də Azərbaycan Respublikasının Milli Məclisinin təsis edilərək bu quruma millət vəkillərinin seçilməsi üçün parlament seçkiləri keçirilməsi qərarlaşdırıldı. 125 deputatdan 100-nün majoritar, 25-nin isə ümumrespublika üzrə vahid proporsional sistemlə seçildiyi 1995-ci parlament seçkilərində rəsmi şəkildə siyasi partiyaların iştirakına icazə verilsə də, ictimai təşkilatların iştirakı qanunda yerini tapmadı. Bu səbəbdəb "yurdçular" Azərbaycan Xalq Cəbhəsinin partiyalaşması üçün fəaliyyətə keçdilər. Nəticədə 25 may 1995-ci ildə qurultay çağırıldı. Azərbaycan Xalq Cəbhəsi bu qurultayda partiyalaşaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasına çevrildi.[8] 1 sentyabr 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı.[9] Bundan sonra isə Əli Kərimlinin liderlik etdiyi "islahatçılar" və Mirmahmud Mirəlioğlununliderlik etdiyi "klassiklər" arasında mübarizə daha da şiddətlənməyə başlamışdır. Belə ki, həmin il keçirilən seçkilərdə proporsional siyahıda 1-ci sıraya sədrin birinci müavini, "islahatçı"ların lideri Əli Kərimli, 2-ci sıraya sədrin təşkilatı məsələlər üzrə müavini, "klassiklər"in lideri Mirmahmud Mirəlioğlu, 3-cü sıraya isə Ali Məclis sədri, "islahatçı" Qulamhüseyn Əlibəylinin adı yazılmışdır.[10] Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahılar üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.[11]

Əbülfəz Elçibəy 1997-ci ildə Kələkidən Bakıya qayıtmış və siyasi fəaliyyətinə davam etmişdir.[12] Elçibəyin qayıdışından sonra partiya daxilində çəkişmələr şiddətlənmişdir. Belə ki, "klassiklər" "islahatçılar"ın lideri, sədrin birinci müavini Əli Kərimliyi Elçibəyin fəaliyyətini məhdudlaşdırmaqla və səlahiyyətlərindən sui-istifadə etməklə günahlandırırdı. Partiya daxilində uzun müddət çəkişmələr, problemlər və münaqişələr davam etdi. 2000-ci il parlament seçkiləri ərəfəsində proporsional siyahının tərtibi səbəbi ilə bu problemlər pik həddə çatmışdır. O ərəfədə Əbülfəz Elçibəyə prostat xərçəngidiaqnozu qoyulmuş və o, 2000-ci ilin avqustunda müalicə almaq üçün Ankara şəhərinə getmişdir.[13] 19 iyun 2000-ci ildə "klassiklər" partiyanın bir sıra rayon təşkilatlarının iştirakı ilə müşavirə çağırdı. Bu isə artıq problemlərin həllinin mümkün olmadığını göstərirdi. "İslahatçılar" qanadının mənsubu olsa da, Qüdrət Həsənquliyev bu müşavirədə iştirak etmiş və üzvləri parçalanmağa mane olmağa səsləmişdir. Əbülfəz Elçibəy 22 iyul 2000-ci ildə Ankarada öldü.[14][15][13] Bundan sonra partiya de-fakto iki qanada parçalanmışdır.

Azərbaycan Xalq Cəbhəsi Partiyası 2000-ci il parlament seçkilərindən əvvəl yenidən təşkil olunan Mərkəzi Seçki Komissiyasına Qüdrət Həsənquliyev və Adil Minbaşını namizəd göstərmiş və onlar 18 iyul 2000-ci ildə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdirlər.[16]

28–29 oktyabr 2000-ci ildə "klassiklər" qanadı qurultay çağırmış və partiyanın II (IV) Qurultayında Mirmahmud Mirəlioğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri seçilmişdir.[17] O dövrdə başda Müsavat Partiyası olmaqla bir çox təşkilar bu qanadı rəsmi partiya olaraq tanımışdır. 2000-ci il parlament seçkilərində partiyanın proporsional siyahısı "islahatçılar" tərəfindən tərtib olunub təsdiqlənmişdir. Həmçinin, "klassiklər" də liderləri Mirmahmud Mirəlioğlu başda olmaqla AXCP adından majoritar sistemdə seçkilərə qatılmışdır. Seçki nəticələrinə əsasən partiyadan proporsional seçki sistemi üzər 4, majoritar sistem üzrə isə 2 deputat seçilmişdir. Onlaesan 5-i "islahatçı", 1-i, yəni Mirmahmud Mirəlioğlu isə "klassiklər"dən olmuşdur. 7 yanvar 2001-ci ildə keçirilən təkrar parlament seçkilərində daha 1 "islahatçı" partiya üzvünün — Əliməmməd Nuriyevin majoritar sistem üzrə deputat seçilməsi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasıparlamentdə 7 deputatla Yeni Azərbaycan Partiyasının ardınca ən çox deputata sahib olan partiya olmuşdur.[18][19]

Əli Kərimli 2001-ci ilədək Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin vəzifələrini icra etmiş, 2001-ci ildə isə partiyanın II (IV) Qurultayını keçirərək partiya sədr seçilmişdir. Azərbaycan Milli İstiqlal Partiyası və bir sıra digər təşkilatlar isə bu qanadı rəsmi partiya olaraq tanıdı.[20]

Qüdrət Həsənquliyev "islahatçılar" qanadından olsa da 2001-ci ildə hər iki qanadı birləşdirmək üçün fəaliyyətə keçirmişdir. Bu cəhd Azərbaycan Demokrat PartiyasıMüsavat Partiyası tərəfindən "hakimiyyətin planı" olaraq qiymətləndirilmiş və məqsədinin "müxalifəti parçalamaq" olduğu qeyd olunmuşdur. Başlanğıcda bu cəhd "islahatçılar"ın dəstəyini alsa da, daha sonra sədr Əli Kərimli "bu işdə qaranlıq məqamların" olduğunu söyləyərək geri çəkilmişdir. Daha sonra "klassiklər"lə aktiv əlaqələr yaradan Qüdrət Həsənquliyev onları razı sala bilmişdir, lakin Mirmahmud Mirəlioğlubu cəhdə etiraz etmişdir.[8]

Birləşmənin gerçəkləşməsi üçün qurultay qərarı alındı və bu məqsədlə Birləşdirici Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldı. Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəzi rayon təşkilarları bu komitəyə qoşulduğunu elan etdi. 19 avqust 2002-ci ildə Şəhriyar adına Mədəniyyət Sarayında Azərbaycan Xalq Cəbhəsi Partiyasının Birləşdirici Qurultayı keçirilmişdir. Qurultayda partiyanın yeni Nizamnamə və Məramnaməsi qəbul edilmişdir. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin həmsədri Qüdrət Həsənquliyev alternativ əsaslarla və gizli səsvermə yolu ilə birləşmiş partiyanın sədri seçilmişdir. Qurultaydan sonra müvafiq sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmuş və birləşmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasını AXCP-nin yeganə hüquqi varisi olaraq tanınmışdır. Daha sonra ABŞ Dövlət Departamentinin və beynəlxalq təşkilatların etirazı ilə partiyanın dövlət qeydiyyatı ləğv olunmuşdur.[21]

Qüdrət Həsənquliyev 2003-cü əlavə parlament seçkilərində 69 saylı İsmayıllı seçki dairəsindən Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olaraq deputatlığa namizəd olmuşdur. Qanuna əsasən Mərkəzi Seçki Komissiyası üzvləri heç bir siyasi partiyaya üzv ola bilməz və deputatlığa namizəd ola bilməz. Lakin komissiya üzvü Qüdrət Həsənquliyev deputatlığa namizəd olmaq istədiyi üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 21 fevral 2003-cü il tarixli 1170 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü vəzifəsindən azad edilmişdir.[22] Seçki nəticələrinə əsasən 69 saylı İsmayıllı seçki dairəsi üzrə Qüdrət Müzəffər oğlu Həsənquliyev səslərin 70,73%-ni toplayaraq deputat seçilmişdir.[23]

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

[redaktə | mənbəni redaktə et]

Dövlət qeydiyyatı ilə bağlı yaranmış problemin həlli məqsədilə 2004-cü il aprelin 3-də partiyanın təsis konfransı çağırıldı və təsis konfransında Əbülfəz Elçibəyin mənəvi mirası olan, eləcə də partiyanın Məramnaməsində yer alan Bütöv Azərbaycançılıq məfkurəsi partiyanın adında yer aldı. Beləliklə Azərbaycan Milli Azadlıq Hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin ideoloji xəttinin davamçısı olan partiya fəaliyyətini Bütöv Azərbaycan Xalq Cəbhəsi adı ilə davam etdirməyə başladı. Qurultayda partiyanın sədri Qüdrət Həsənquliyev seçilmişdir.

7 iyun 2008, 2 iyun 2013, aprel 2018 və 22 oktyabr 2022-ci illərdə keçirilən BAXCP qurultaylarında Qüdrət Həsənquliyev yenidən partiya sədri seçilmişdir.[24]

Deputat fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Qüdrət Həsənquliyev 2003-cü il Azərbaycan Parlamentinə təkrar seçkilərdə 86 saylı İsmayıllı seçki dairəsindən, 2005-ci ildə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən, 2010-cu il2015-ci il seçkilərində 7 saylı Ordubad-Culfa seçki dairəsindən və 2020-ci il seçkilərində isə 36 saylı Xətai dördüncü seçki dairəsindən millət vəkili seçilmişdir.

Azərbaycan Respublikasının Milli Məclisinin III çağırışında Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Daimi Komissiyasının üzvü[25], IV çağırışında Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü[26], V çağırışında Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin və Hesablayıcı Komissiyanın üzvü,[27] VI çağırışında isə Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədr müavini olmuşdur.[28]

2024-cü il oktyabrın 8-də Azərbaycan - Malta parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[29]

Prezidentliyə namizəd

[redaktə | mənbəni redaktə et]

2003, 2008, 20132018-ci illərdə keçirilən Azərbaycan Respublikası Prezident seçkilərində iştirak etmişdir.

Qüdrət Həsənquliyev Azərbaycanın yeni adının "Şimali Azərbaycan" olmasını dəstəkləyir. Onun 2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı verdiyi vədlər arasında Azərbaycanın inzibati bölgüsünün 15 regiona endirilməsi, 31 nəfərlik region məclislərinin təsis edilməsi, məhkəmələrdə andlı iclasçılar institutu tətbiq edilməsi, ədliyyə naziri və Baş prokuror vəzifələri birləşdirilərək vahid Dövlət İstintaq Komitəsinin yaradılması, məcburi hərbi xidmətin 6 aya endirilməsi və ya peşəkar orduya keçid, pensiya yaşının azaldılması, uşaq pulunun verilməsi, həmçinin təhlükəsizlik sahəsində Türkiyə, Rusiya, Pakistanİsrail ilə yaxından əməkdaşlıq aparılaraq türk dövlətləri ilə yaxınlaşma siyasəti davam etdirilməsi var idi.[30]

Parlament Jurnalistləri Birliyi tərəfindən 2004-cü ildə təqdim olunan "İlin Ən fəal millət vəkili" nominasiyası üzrə "Mütərəqqi ideyalar müəllifi" mükafatı ilə təltif olunub.

2005, 2006, 2007, 2008, 2009, 2010,2011,2012,2013,2014,2015,2016,2017-ci illərdə Parlament Jurnalistləri Birliyi tərəfindən müxtəlif mətbuat orqanlarının nümayəndələri arasında keçirilən sorğuda ilin ən fəal beş millət vəkilndən biri seçilib.

  1. 2024-cü ilədək Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
  1. "H. Ə. Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". e-qanun.az (ingilis). 2023-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  2. "Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə müraciət edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". e-qanun.az (ingilis). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  3. "Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilməməsi və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinin Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə keçməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". e-qanun.az (ingilis). 2022-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  4. 1 2 Schmemann, 1993, The New York Times
  5. 1 2 Library of Congress
  6. "S. D. Hüseynovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". e-qanun.az (ingilis). 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  7. "AXCP - Əli Kərimli timsalında parçalanma sindromunu yaşayan ilk siyasi təşkilat". Sesqazeti.az (az.). 2016-07-21. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  8. 1 2 3 modern.az. "AXCP-yə gəlib-getmiş tanınmışlar - Onlar Əli Kərimlini niyə tərk etdilər? - ARAŞDIRMA". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  9. "Dövlət qeydiyyatına alınmış siyasi partiyalar | Azərbaycan Respublikası Mərkəzi Seçki Komsissiyası". www.msk.gov.az. 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  10. "Proporsional seçkilərə qatılmış partiyalar". Mərkəzi Seçki Komissiyası. 2004-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-29.
  11. Şahin Cəfərli. "Azərbaycanda parlament seçkiləri: daha bir itirilmiş şans". Bakı Araşdırma Mərkəzi. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  12. "19 il əvvəlin tarixi - Elçibəyin Kələkidən dönüşü..." musavat.com. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  13. 1 2 ""Elçibəyi zəhərləməmişdilər, onu xərçəng zəhərləmişdi"". BBC News Azərbaycanca (az.). 2018-08-22. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  14. Encyclopædia Britannica, 2015
  15. Libaridian, 2008. səh. 229
  16. "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". E-qanun.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  17. "AXC-nin varisi kimdir?- Elçibəydən sonra qalmaqal yenə başladı". publika.az (az.). 2014-07-15. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  18. "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
  19. "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  20. demokrat.az. "Azərbaycan siyasətinin Əliləri". demokrat.az (ingilis). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  21. modern.az. "Qüdrət Həsənquliyevin BAXCP-si necə yarandı?". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  22. "Q. M. Həsənquliyevin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI". 2019-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
  23. "2003–cü il martın 5–də 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələrinə dair AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARI". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
  24. "Arxivlənmiş surət". 2022-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-23.
  25. "Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 14.12.2005-ci il tarixli 9-VIIQR nömrəli Qərarı" (az.)). 14.12.2005. 2020-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  26. "Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2010-cu il tarixli 9-IVQR nömrəli Qərarı". www.e-qanun.az (az.)). 30.11.2010. 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.08.2020.
  27. "Azərbaycan Milli Məclisinin Komitələrinin sədrlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 2015-ci il tarixli 7-VQR nömrəli Qərarı". www.e-qanun.az (ing.)). 24.11.2015. 2015-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.08.2020.
  28. "Azərbaycan Milli Məclisi Komitələrinin sədr müavinlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 10 mart 2020-ci il tarixli 8-VIQR nömrəli Qərarı" (az.)). 10.03.2020. 20.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  29. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
  30. "Ölkənin adı dəyişəcək, bu vəzifələr ləğv ediləcək…". Axar.Az. 20 dek 2023. 2023-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.