Fərdi Qurbanov
Fərdi Qurbanov | |
---|---|
Fərdi İbrahim oğlu Qurbanov | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Təhsili | Xarkov Milli Universiteti |
Çəkisi | 82,5 kq |
İdman növü | Pauerliftinq |
Məşqçisi | Elçin Məmmədov |
Fərdi Qurbanov - Azərbaycanlı ağırlıq qaldıran, pauerlifter. Dəfələrlə Azərbaycan çempionu; Yeniyetmələrdə Avropa və Dünya çempionu[2], rekordçusu və laureatı.
Həyatı[redaktə | mənbəni redaktə et]
Fərdi İbrahim oğlu Qurbanov 8 iyul 1998-ci ildə Bakı şəhərində anadan olub. Əslən isə Şuşa şəhərindəndir.
2004-2015-ci illərdə Bakı şəhəri 245 saylı tam orta məktəbdə təhsil alıb. 2017-2018-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında xidmət edib. Hərbi xidmətdə olduğu zaman Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə Fəxri Fərmanla təltif olunub.
2020-ci ildə Ukraynanın Xarkov şəhərində Polis Akademiyasına daxil olub, ali təhsili davam edir.
Subaydır. Hazırda Bakıda yasayır.
Fəaliyyəti[redaktə | mənbəni redaktə et]
İdmanin pauerliftinq (ing. powerlifting) növü ilə məşğul olur. Bu növdə həm ölkədaxili yarışlarda, həm də beynəlxalq turnirlərdə bir sıra uğurlara imza atıb.
2013-cü ildə pauerliftinq idman növünün IPA versiyası üzrə Azərbaycanda keçirilən Avropa Çempionatında (AÇ) yerdən qaldırmada (ing. deadlift) Dünya rekordunu yeniləyərək qızıl medala sahib olub.
2014-cü ildə pauerliftinqin bu dəfə "Glossbrenner (WPC)" versiyası üzrə Azərbaycanda keçirilən AÇ-də (ing. squat) Avropa rekordunu yeniləyərək birinci yerə layiq görülmüşdür.
2019-cu ildə pauerliftinqin WRPF versiyası üzrə Rusiyada keçirilən Dünya Çempionatında (DÇ) gümüş medal qazanıb.
2021-ci ildə yenə eyni versiya üzrə Rusiyada keçirilən DÇ-də 82,5 kg çəki dərəcəsində Dünya Çempionu adını qazanmışdır.[3][4][5]
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Pauerliftinq üzrə dünya çempionatında Azərbaycan idmançıları uğurla çıxış ediblər". 2021-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-03.
- ↑ "Pauerliftinq millimiz Moskvadakı dünya çempionatında medal qoymadı - FOTO". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-03.
- ↑ Pauerliftinqçilərimiz dünya çempionu oldu[ölü keçid]
- ↑ "Azerbaijani powerlifters win 12 world gold medals". 2022-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-03.
- ↑ "Azərbaycanın 12 pauerliftinqçisi dünya çempionu olub". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-03.