Fərdi Qurbanov - Azərbaycanlı ağırlıq qaldıran, pauerlifter. Dəfələrlə Azərbaycan çempionu; Yeniyetmələrdə Avropa və Dünya çempionu[2], rekordçusu və laureatı.
Fərdi Qurbanov | |
---|---|
Fərdi İbrahim oğlu Qurbanov | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Təhsili | Xarkov Milli Universiteti |
İdman növü | Pauerliftinq |
Məşqçisi | Elçin Məmmədov |
Çəkisi | 82,5 kq |
Fərdi İbrahim oğlu Qurbanov 8 iyul 1998-ci ildə Bakı şəhərində anadan olub. Əslən isə Şuşa şəhərindəndir.
2004-2015-ci illərdə Bakı şəhəri 245 saylı tam orta məktəbdə təhsil alıb. 2017-2018-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında xidmət edib. Hərbi xidmətdə olduğu zaman Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə Fəxri Fərmanla təltif olunub.
2020-ci ildə Ukraynanın Xarkov şəhərində Polis Akademiyasına daxil olub, ali təhsili davam edir.
Subaydır. Hazırda Bakıda yasayır.
İdmanin pauerliftinq (ing. powerlifting) növü ilə məşğul olur. Bu növdə həm ölkədaxili yarışlarda, həm də beynəlxalq turnirlərdə bir sıra uğurlara imza atıb.
2013-cü ildə pauerliftinq idman növünün IPA versiyası üzrə Azərbaycanda keçirilən Avropa Çempionatında (AÇ) yerdən qaldırmada (ing. deadlift) Dünya rekordunu yeniləyərək qızıl medala sahib olub.
2014-cü ildə pauerliftinqin bu dəfə "Glossbrenner (WPC)" versiyası üzrə Azərbaycanda keçirilən AÇ-də (ing. squat) Avropa rekordunu yeniləyərək birinci yerə layiq görülmüşdür.
2019-cu ildə pauerliftinqin WRPF versiyası üzrə Rusiyada keçirilən Dünya Çempionatında (DÇ) gümüş medal qazanıb.
2021-ci ildə yenə eyni versiya üzrə Rusiyada keçirilən DÇ-də 82,5 kg çəki dərəcəsində Dünya Çempionu adını qazanmışdır.[3][4][5]