Hafiz Abdullayev
Hafiz Abdullayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yuxarı Salahlı, Qazax rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (35 yaşında) |
Vəfat yeri | "N" saylı hərbi hissə, Azərbaycan |
Dəfn yeri | Yuxarı Salahlı |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Məhəd Abdullayev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2002—2003 / 2005—2019 |
Rütbəsi | Gizir |
Vəzifəsi | atıcı |
Təltifləri |
Hafiz Məhəd oğlu Abdullayev (1 yanvar 1984; Yuxarı Salahlı, Qazax rayonu, Azərbaycan SSR — 14 aprel 2019; "N" saylı hərbi hissə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, şəhid.
Həyatı[redaktə | mənbəni redaktə et]
Hafiz Abdullayev 1 yanvar 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində Məhəd Abdullayevin ailəsində anadan olmuşdur.[1] 1990-2001-ci illərdə Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, 2 qızı və 1 oğlu yadigar qaldı.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
Hafiz Abdullayev 2002-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 2003-cü ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2005-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirirdi. Gizirlik kursunu bitirən Abdullayev xidmətini "gizir" rütbəsində yerinə yetirmişdir. Hərbi xidməti zamanı bir neçə yubiley medalları və fəxri fərmanlarla təltif edilmişdir.
7 mart 2019-cu ildə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - əsgər Fərrux Məmmədov və gizir Hafiz Abdullayev mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşmüşlər.[2] Hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilmişdir. 1 aydan çox davam edən əməliyyatların nəticəsi olaraq 12 aprel tarixində Fərrux Məmmədovun və Hafiz Abdullayevin nəşi qar altından çıxarılmış[3] və aidiyyatı üzrə təhvil verilmişdir. Hafiz Abdullayevin nəşi Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn edilmişdir.[4] Dəfndə rayonunun icra başçısı və nümayəndələri, o cümlədən, millət vəkilləri də iştirak etmişdir. Nəşi çıxarılan hərbçilərə şəhid statusu verilmişdir.[1]
Təltifləri[redaktə | mənbəni redaktə et]
- (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- (26.06.2015) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 "Şəhid Hafiz Abdullayev haqqında məlumat kartı". www.seferberlik.gov.az (az.). 14.04.2019. 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.04.2022.
- ↑ "İki hərbi qulluqçumuz qar uçqununa düşüb". www.mod.gov.az (az.). 07.03.2019. 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.04.2022.
- ↑ "Qar uçqununa düşən hərbi qulluqçularımızın nəşi tapılıb". www.mod.gov.az (az.). 23.04.2019. 2022-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.04.2022.
- ↑ "Şəhid İbrahim Vəliyev haqqında məlumat kartı". www.seferberlik.gov.az (az.). 24.02.2020. 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.04.2022.
- 1 yanvarda doğulanlar
- 1984-cü ildə doğulanlar
- 35 yaşında vəfat edənlər
- 14 apreldə vəfat edənlər
- 2019-cu ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin gizirləri
- "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər