Hafiz Abdullayev

Hafiz Məhəd oğlu Abdullayev (1 yanvar 1984; Yuxarı Salahlı, Qazax rayonu, Azərbaycan SSR14 aprel 2019; "N" saylı hərbi hissə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, şəhid.

Hafiz Abdullayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Yuxarı Salahlı, Qazax rayonu, Azərbaycan SSR
Vəfat tarixi (35 yaşında)
Vəfat yeri "N" saylı hərbi hissə, Azərbaycan
Dəfn yeri Yuxarı Salahlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Məhəd Abdullayev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2002—2003 / 2005—2019
Rütbəsi Gizir
Vəzifəsi atıcı
Təltifləri "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Hafiz Abdullayev 1 yanvar 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində Məhəd Abdullayevin ailəsində anadan olmuşdur.[1] 1990-2001-ci illərdə Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, 2 qızı və 1 oğlu yadigar qaldı.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Hafiz Abdullayev 2002-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 2003-cü ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2005-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirirdi. Gizirlik kursunu bitirən Abdullayev xidmətini "gizir" rütbəsində yerinə yetirmişdir. Hərbi xidməti zamanı bir neçə yubiley medalları və fəxri fərmanlarla təltif edilmişdir.

7 mart 2019-cu ildə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - əsgər Fərrux Məmmədov və gizir Hafiz Abdullayev mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşmüşlər.[2] Hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilmişdir. 1 aydan çox davam edən əməliyyatların nəticəsi olaraq 12 aprel tarixində Fərrux Məmmədovun və Hafiz Abdullayevin nəşi qar altından çıxarılmış[3] və aidiyyatı üzrə təhvil verilmişdir. Hafiz Abdullayevin nəşi Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn edilmişdir.[4] Dəfndə rayonunun icra başçısı və nümayəndələri, o cümlədən, millət vəkilləri də iştirak etmişdir. Nəşi çıxarılan hərbçilərə şəhid statusu verilmişdir.[1]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Şəhid Hafiz Abdullayev haqqında məlumat kartı". www.seferberlik.gov.az (az.). 14.04.2019. 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.04.2022.
  2. "İki hərbi qulluqçumuz qar uçqununa düşüb". www.mod.gov.az (az.). 07.03.2019. 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.04.2022.
  3. "Qar uçqununa düşən hərbi qulluqçularımızın nəşi tapılıb". www.mod.gov.az (az.). 23.04.2019. 2022-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.04.2022.
  4. "Şəhid İbrahim Vəliyev haqqında məlumat kartı". www.seferberlik.gov.az (az.). 24.02.2020. 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.04.2022.