Kimyəvi meliorasiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Iş başında olan meliatorlar

Kimyəvi meliorasiya — Torpağın xassələrini yaxşılaşdırmaq və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək üçün torpağa kimyəvi təsir göstərmək üsulları sistemi. Kimyəvi meliorasiya üsulları: torpaqda yüksək turşuluğa qarşı əhəngli gübrələrdən istifadə edilməsi. (əsasən çimli podzol torpaqlar üçün; torpağın gipslənməsi (şorakətli torpaqlar üçün) – qələviliyi azaltmaq üçün torpağa gips verilir; torpağın turşulaşdırılması (neytral və qələvi reaksiyalı torpaqlar üçün), bu məqsədlə torpağa natrium 2-sulfat verilir. (bəzi bitkilər üçün, məs. çay bitkisi); Kimyəvi meliorasiyaya həmçinin melorasiya olunan torpağı tam yaxşılaşdırmaq üçün yüksək dozada mineral və üzvi gübrələrin verilməsi də aid edilir. Kimyəvi meliorasiya adətən hidrotexniki meliorasiya ilə birlikdə aparılır. (məs. şorakət torpaqların yuyulması).

Kimyəvi optium

Torpaqsu mühitində orqanizmin maksimum məhsuldarlığını təmin edən kimyəvi elementlərin tərkibi və nisbəti.[1]

Həmçinin bax

İstinadlar

  1. Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003

Xarici keçidlər