Mirsadıq Ağazadə

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (13 mənbə arxivləşdirildi və 0 keçid ölü olaraq işarələndi.) #IABot (v2.0.9.5) tərəfindən edilmiş 14:13, 6 may 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Mirsadıq Ağazadə
Mirsadıq Xanoğlan oğlu Ağazadə
Doğum tarixi (62 yaş)
Doğum yeri Lənkəran rayonu, Azərbaycan Azərbaycan SSR
Fəaliyyəti rejissor
ssenarist
İstiqamət kino
televiziya

Mirsadıq Xanoğlan oğlu Ağazadə (9 mart 1962, Lənkəran rayonu) — Azərbaycan kino və televiziya rejissoru, ssenarist.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mirsadıq Xanoğlan oğlu Ağazadə 9 mart 1962-ci ildə Lənkəran rayonunda anadan olmuşdur.[1][2] 1979-cu ildə orta məktəbi Lənkəranda bitirmiş və həmin il Bakı Mədəni-Maarif Texnikumunun rejissorluq ixtisasına qəbul olunmuşdur. Təhsilarası 1981-1983-cü illər ərzində iki il sovet ordusunda hərbi xidmətdə olmuş, bombardmançı təyyarələr üzrə 1-ci dərəcəli aviamexanik kimi xidməti başa vurmuşdur. Daha sonra təhsili davam etdirmiş və 1985-ci ildə texnikumu bitirmişdir.

1985-1991-ci illər ərzində Lənkəran rayon mədəniyyət şöbəsində metodist vəzifəsində işləyib. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və teatr rejissorluğu fakültəsində kinorejissorluq ixtisası üzrə təhsil almışdır.[1][2][3]

Müxtəlif illərdə Azərbaycan Televiziyasında (1994-2000), 215 KL-də (1997), TGRT-də (1997-1999), Lider TV-nin sənədli filmlər departamentində (2001-2004) çalışmış, 2005-2010-cu illərdə Space TV-nin Ekspremental layihələr departamentinin rəhbəri olmuşdur.[1][2][3] 2006-2015-ci illərdə İctimai TV-də, 2014-2016-cı illərdə ATV-də, 2015-2023-cü illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətini davam etdirmişdir. Ölkənin müxtəlif televiziya və studiyalarında rejissor və ssenarist kimi işləmişdir.[1] Çoxsaylı filmlərin və televiziya proqramlarının rejissoru və müəllifi olmuşdur.[1]

2003-2004-cü illərdə Avropanın Cənubi Qafqaz müstəqil kinemotoqrafçıları üçün keçirilmiş "AVANTİ" layihəsinin Azərbaycan tərəfdən iştirakçısı və qalib mükafatçısı olmuşdur.[4][5][6] Beynəlxalq kinofestivallarda iştirakçı və münsif kimi iştirak etmişdir.[7][8][9][10]

Azərbaycan Professional Kinorejissorlar Gildiyası İdarə Heyətinin sədr müavinidir.[2]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Sərvət (film, 1992) — rejissor, ssenari müəllifi[1]
  2. Qonaq (film, 1993) — rejissor, ssenari müəllifi[1]
  3. Noktürn (film, 1996) — rejissor
  4. Muğam (film, 1997) — rejissor
  5. Azərbaycan xalçaları (film, 1997) — rejissor
  6. Yaddaş (film, 2000) — rejissor
  7. Ocaq (film, 2001) — rejissor, ssenari müəllifi
  8. Aləmdə qalan səs (film, 2001)rejissor[3]
  9. Bayatı Şiraz. Rekviyem (film, 2002) — rejissor, ssenari müəllifi
  10. Körpü (film, 2003) — rejissor, ssenari müəllifi
  11. Altıaylıq (film, 2005) — rejissor[11][3]
  12. İşiniz irəli (film, 2005) — rejissor, ssenari müəllifi
  13. Gecə qonağı (film, 2005) — rejissor
  14. İlahi səda (film, 2006) — rejissor, ssenari müəllifi
  15. Sevirəm səni, Vətən! (film, 2006) — rejissor, ssenari müəllifi
  16. Bakı sirləri (2006-2020) — rejissor[1]
  17. Təməl (film, 2007) — rejissor
  18. İşıq və nur (film, 2009) — rejissor, ssenari müəllifi
  19. Hind yuxusu (film, 2010) — rejissor, ssenari müəllifi
  20. Ürək yaddaşı (film, 2011) — rejissor
  21. Aygün (film, 2012) — rejissor
  22. Şirvan şikəstəsi (film, 2012) — rejissor[3]
  23. 54 gün mühasirədə (film, 2012)rejissor[3]
  24. Səsimiz səhhətimiz (film, 2012) — rejissor, ssenari müəllifi
  25. 37-ci ilin "Koroğlu"su (film, 2013)rejissor
  26. Şərqin nəqşi-cahanı (film, 2013) — rejissor, ssenari müəllifi
  27. Aidanın Levantiya ariyası (film, 2014) — rejissor[1]
  28. Ocaqov (film, 2014) — rejissor, ssenari müəllifi
  29. Nağara (film, 2016) — rejissor, ssenari müəllifi
  30. Musiqinin Məcnunu (film, 2017) — rejissor, ssenari müəllifi
  31. Eviniz abad (film, 2018) — rejissor, ssenari müəllifi[3][12][13][14]
  32. Azərbaycanda gəmiçilik (film, 2018) — rejissor
  33. Sizə məktub var (film, 2018) — rejissor
  34. Əsrlər-nəsillər (2020-2022) — rejissor
  35. Köşk (serial, 2021) — rejissor, ssenari müəllifi[15]
  36. Əsrimizin Siyavuşu (film, 2021) — rejissor
  37. Ötən günlərə heyifsilənmirəm (film, 2021) — rejissor
  38. Azərbaycan İrəvanı (film, 2024) — rejissor[16][17]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 Nəriman Əbdülrəhmanlı. Azərbaycan kino sənəti tarixi. 4 cilddə. IV cild. Bakı: Qanun, 2020 — səh. 570-571.
  2. 1 2 3 4 Azərbaycan Professional Kinorejissorlar Gildiyası. "Mirsadıq Ağazadə" (az.). Azərbaycan Professional Kinorejissorlar Gildiyası. 15.03.2018. 2023-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-04.
  3. 1 2 3 4 5 6 7 Nərmin Muradova. "Yeni film: "O qızı 54 gün mühasirədə qalanların arasından tapdım"" (az.). Teleqraf.com. 04.08.2022. 2023-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-04.
  4. 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı. "Mirsadıq Ağazadə (Azərbaycan). Rejissor, ssenari müəllifi" (az.). Filmfestival.az. 25.10.2022. 2023-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-04.
  5. Mədəniyyət TV. "XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının "Qızıl nar" mükafatının qalibləri açıqlanıb" (az.). Filmfestival.az. 16.11.2022. 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-04.
  6. Axşam.az. "XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçirilir" (az.). Axsam.az. 12.11.2022. 2022-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-04.
  7. Azərbaycan Milli Kitabxanası. "Bakıda beynəlxalq qısa filmlər festivalı keçirilib" (az.). Azərbaycan Milli Kitabxanası. 16.11.2022. İstifadə tarixi: 2024-05-04.
  8. Azərbaycan Dövlət Film Fondu. "XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılışı baş tutdu" (az.). Azərbaycan Dövlət Film Fondu. 14.11.2022. 2023-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-04.
  9. "Mədəniyyət" qəzeti. "Bakıda beynəlxalq qısa filmlər festivalı keçirilib" (PDF) (az.). "Mədəniyyət" qəzeti. 16.11.2022. 2022-12-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-04.
  10. Milli.az. "XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib" (az.). Milli.az. 16.11.2022. 2022-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-04.
  11. Sevda Sultanova. "KQB-nin təklifini rədd edib süpürgəçi işləyən şərqşünas" (az.). Kulis.az. 25.04.2020. 2023-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-04.
  12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. ""Eviniz abad" bədii filminin təqdimatı keçiriləcək" (az.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 13.03.2018. İstifadə tarixi: 2024-05-04.
  13. Azərbaycan Milli Kitabxanası. ""Eviniz abad" filminin təqdimatı keçirildi" (az.). Azərbaycan Milli Kitabxanası. 20.03.2018. 2018-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-04.
  14. AzərTAc. ""Eviniz abad" filminin təqdimatı olub" (az.). AzərTAc. 16.03.2018. 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-04.
  15. Nigar Adil. ""Zəfər"in filmləri - Vətən müharibəsindən" (az.). Modern.az. 06.11.2021. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-04.
  16. AzərTAc. "Bakı Kitab Mərkəzində "Azərbaycan İrəvanı" sənədli filmi təqdim olunub" (az.). AzərTAc. 20.04.2024. 2024-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-04.
  17. Bakı Kitab Mərkəzi. "Bakı Kitab Mərkəzində "Azərbaycan İrəvanı" sənədli filminin nümayişi olub" (az.). Bakı Kitab Mərkəzi. 19.04.2024. İstifadə tarixi: 2024-05-04.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]