54 gün mühasirədə (film, 2012)

54 gün mühasirədə qısametrajlı sənədli filmi rejissor Mirsadıq Ağazadə tərəfindən 2012-ci ildə çəkilmişdir. Film 1993-cü ildə Laçın rayonunun şimal hissəsi və Kəlbəcər rayonunun işğalı zamanı erməni mühasirəsində qalan 19 nəfərin başına gələn müsibətləri əks etdirir.[2]

54 gün mühasirədə
54 gün mühasirədə
Janr sənədli
qısametrajlı
tarixi
Rejissor Mirsadıq Ağazadə
Ssenari müəllifi Vəsilə Vahidqızı
Operatorlar Manaf Quliyev
İlham Cabbarov
Anar Ağazadə
Zaur Hüseynov
İlk baxış tarixi 6 dekabr 2012, Bakı, "Park Bulvar"[1]
Filmin növü qısametrajlı sənədli film
Müddət 32 dəqiqə
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2012
Rəng rəngli

Film 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın rayonunun şimal hissəsi və Kəlbəcər rayonunun işğalı zamanı erməni mühasirəsində qalan 19 nəfərin başına gələn müsibətləri əks etdirir.[3] Burada Laçın rayonunun Oğuldərə kənd sakini Əli Əliyev və onların arasında yeganə qadın olan Nübar Rzayevanın (cəmi 19 nəfər) mühasirənin dəhşətlərindən bəhs edən fikirləri yer alıb.[4] Bir ailənin timsalında millətin yaşadığı ağlasığmaz hadisələr, torpaqların itkisi ilə bərabər insanların aldığı psixoloji zərbələr də filmdə yer alan əsas məqamlardır. Əli Əliyevin mühasirə zamanı cib kitabçasında etdiyi qeydlər, mühasirədən çıxandan sonrakı ilk günlərdə çəkilmiş fotoşəkillər, onunla birgə mühasirədə olmuş şəxslər haqqında məlumatlar, eləcə də erməni işğalı zamanı ailəsinin üzləşdikləri çətinliklərin lentə alındığı kadrlar da nümayiş olunub.[5]

Real faktlara əsaslanan filmin çəkilməsində əsas məqsəd erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaqdır.

  • Film millət vəkili Nazim Fərəcovun təşəbbüsü ilə ərsəyə gəlib.[6]
  • Əli Əliyev həmçinin "54 gün erməni mühasirəsində" adlı kitab da yazmışdır.[7]
  • Əli Əliyev 24 il sonra, 2017-ci ilin iyul ayında avto qəza nəticəsində vəfat etmişdir.

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Rejissor: Mirsadıq Ağazadə
Ssenarist: Vəsilə Vahidqızı
Operator: Manaf Quliyev, İlham Cabbarov, Anar Ağazadə, Zaur Hüseynov

  1. "Erməni mühasirəsində qalan laçınlıların dəhşətli anları — "54 gün mühasirədə" filmi". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-07.
  2. “54 gün mühasirədə” filminin təqdimatı olmuşdur: [rejissor Mirsadıq Ağazadənin eyniadlı sənədli filmi] //Azərbaycan.- 2012.- 11 dekabr.- S.7.
  3. Osmanova, A. Erməni mühasirəsində qalan laçınlıların dəhşətli anları ekranlaşdırılıb: [rejissor Mirsadıq Ağazadənin “54 gün mühasirədə” sənədli filmi haqqında] //Mərkəz. — 2012.- 5 dekabr.- S.14.
  4. "Jurnalistin atası Mərkəzi Klinik Xəstəxanaya köçürüldü". modern.az (Azərb.). 22.02.2016. 2016-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2016.
  5. “54 gün mühasirədə” sənədli filminin təqdimatı keçirilib[ölü keçid]
  6. «54 gün mühasirədə» adlı sənədli filmin təqdimat mərasimi keçirilib[ölü keçid]
  7. "54 gün mühasirədə". 2017-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-07.