Murad Paranuk
Murad Paranuk | |
---|---|
Doğum tarixi | 5 may 1912 |
Doğum yeri |
|
Vəfat tarixi | 4 iyul 1970[1] (58 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, şair |
Əsərlərinin dili | Aşağı Adıqca |
Mükafatları |
Murad Salehoviç Paranuk[2] (rus. Мурат Салихович Паранук; 5 may 1912, Kuban vilayəti[d] – 4 iyul 1970[1], Maykop, Krasnodar diyarı[1]) — adıgey-sovet şairi. O, adıgey dilində ilk yazılı şeirin müəllifi hesab olunur.
Həyatı[redaktə | mənbəni redaktə et]
Murad Paranuk 5 may 1912-ci ildə Rusiya imperiyasına bağlı Kuban vilayətinin (indiki Adıgeya) Pçeqatlukay kəndində anadan olmuşdur. O, 1930–1933-cü illərdə Krasnodar Pedaqoji İnstitutunda təhsil alıb. Paranuk 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, müharibədən orden və medallarla qayıtmışdır. O, 4 iyul 1970-ci ildə vəfat etmişdir.[3]
Yaradıcılığı[redaktə | mənbəni redaktə et]
Murad Paranuk 1931-ci ildə adıge dilində ilk "Uraza" şeirini yazıb nəşr etdirmişdir. O, 1934-cü ildə "Ayıq ol" şeirini yazmışdır.[4] "Şeirlər" (1940), “Şeir və poemalar" (1950), "Səadət nəğməsi" (1955), "Könül səsi" (1961), "Sakit səhər" (1966), "Düma" (1968) lirik toplularının müəllifidir. Paranukun bir çox şeiri xalq mahnılarına çevrilmişdir. O, uşaq kitablarının müəllifidir. Paranuk Aleksandr Puşkinin, Nikolay Nekrasovun, Kosta Xetaqurovun və başqalarının əsərlərini adıgey dilinə tərcümə etmişdir.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 3 4 Паранук Мурат Салихович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Адыҝе Мухтар Вилајәти. Мәдәнијјәт // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 121–122.
- ↑ "Подвиг народа". 2010-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-25.
- ↑ "Большая Советская Энциклопедия". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-25.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- Murad Paranuk // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
- 5 mayda doğulanlar
- 1912-ci ildə doğulanlar
- Kuban vilayətində doğulanlar
- 4 iyulda vəfat edənlər
- 1970-ci ildə vəfat edənlər
- 58 yaşında vəfat edənlər
- Maykopda vəfat edənlər
- 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər
- "Qırmızı ulduz" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Rusiya imperiyası şairləri
- SSRİ şairləri
- XX əsr şairləri