Qızıldaş (Qaradağ)
Qızıldaş | |
---|---|
40°18′36″ şm. e. 49°35′53″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qaradağ rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 60 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 12.000 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Qızıl Daş — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Mədəniyyəti[redaktə | mənbəni redaktə et]
Qəsəbə ərazisində 180 saylı orta məktəb və 8 saylı peşə məktəbi, 1 məscid, 2 aptek, 1 poliklinika, mədəniyyət evi, poçt məntəqəsi, futbol stadionu, 2 park, 2 şəhid abidəsi vardır.[mənbə göstərin]
Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]
Qəsəbə dağlarla əhatə olunub. Şimalda və şərqdə Xəzər dənizi, cənubda daş karxanaları ilə əhatə olunub. Qəsəbə ərazisinin bir hissəsi Abşeron rayonu ərazisində yerləşir.
Əhalisi[redaktə | mənbəni redaktə et]
Əhalisi 12.000 nəfərdir. qəsbədə 26 çoxmərtəbəli , 64 ikimərtəbəli, 907 həyət evi vardır.[mənbə göstərin]
İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]
Qəsəbə ətarfında daş karxanaları yerləşir, fermer toyuq təsərrüfatları vardır. Sement zavodu inşa edilir. Zavod Qaradağ rayonu ərazisində, Səngəçal Neft Terminalından 2,6 kilometr şimalda tikilir. Norm MMC-nin sifarişi ilə tikilən zavodda istehsal gücü gündə 5,000 ton klinker, ildə 2 milyon ton sement təşkil edir. Zavodun tikintisi təxminən 400 milyon ABŞ dollarına başa gələcək. Zavodda bilavasitə 400 nəfər, xammal mədənlərində isə 100-150 nəfər işləyəcəkdir. Bundan əlavə istehsaldan satışadək, o cümlədən kimya, nəqliyyat, yanacaq, qida və digər xidmət sahələrində daha 2500 nəfər ümumi dəyərdən bəhrələnəcək. 2013-cü ilin may ayında yeni sementin istehsalına başlanacaqdır.[1]
Din[redaktə | mənbəni redaktə et]
Qəsəbədə Qızıldaş qəsəbə məscidi dini icması fəaliyyət göstərir[2].
Şəxslər[redaktə | mənbəni redaktə et]
- Ağamirzə Gülməliyev — Vətən müharibəsi şəhidi
- Elşən Aslanov - Vətən müharibəsi şəhidi
- Nurəddin Məstəliyev - Vətən müharibəsi şəhidi
- Seymur Sərxoşov - Vətən müharibəsi şəhidi
- Zəka Abışov - Vətən müharibəsi şəhidi
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Azərbaycanın yeni sənaye nəhəngi- "Qızıldaş Sement" zavodu". 2013-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-08.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)
Bakı şəhəri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |