Korgöz — Azərbaycanın Qaradağ rayonunda Qızıldaş qəsəbə inzibati ərazi vahidində qəsəbə.
Korgöz | |
---|---|
40°18′11″ şm. e. 49°37′12″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qaradağ rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 28 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Qəsəbə öz adını yaxınlığındakı eyniadlı vulkanın adından almışdır. Sovet hakimiyyəti illərində neft yataqlarının aşkar edilməsi ilə əlaqədar yaranmışdır.[1]
Adını Kərkəs dağından götürən qəsəbə əslində Kərkəs adlanmalıdı. Lakin sovet dövründə ad təhrif olunaraq Korgöz formasına düşüb. Neft çıxarılması və neft buruqlarının salınması ilə əlaqədar, 1932-1933-cü illərdə burada neftçilər üçün salınmış Azneftsənaye yaşayış massivinin qısaldılmış adı ilə bağlı AZNS adlandırılmışdır. 2000-ci ilə qədər Korgöz məntəqəsi Qızıldaş qəsəbəsinin tərkibində olmuşdur. Quş adı olan Kərkəsin adını daşıyan qəsəbə 1967-ci ildə qəsəbə statusu almış, əhalisi 2,2 min nəfərdir. Əhalisi əsasən sənaye sahələrində və özəl sektorlarda çalışır, sosial obyektləri fəaliyyət göstərir. Korgöz ASC (mişar daşının istehsalı) və s. mövcuddur.[2]
Qəsəbə şimaldan Puta, cənubdan isə Qızıldaş qəsəbəsi ilə həmsərhəddir. Qərbində isə Bakı Qulaqları yerləşir. Bu dağın da ən yüksək zirvəsi məhz qəsəbənin adı ilə Kərkəs dağı adlanır.
Ərazisində 1 sənaye müəssisəsi, 1 məktəb, 1 tibb məntəqəsi, 1 mədəniyyət evi və kitabxana var.[3]
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |