Lökbatan — Azərbaycanın Bakı şəhərinin Qaradağ rayonunda şəhər tipli qəsəbə. Qaradağ rayonun mərkəzidi.[2]
Lökbatan | |
---|---|
40°19′38″ şm. e. 49°43′48″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Bakı rayonları |
Rayon | Qaradağ rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 4 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 41365 (2022)[1] nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Lökbatan adının yaranma tarixi Xocasən və Səngəçal arasında olan karvan yolunun olması ilə bağlıdır. İndiki qəsəbə olan ərazi karvan dayanacağı olub, burada dəvələr tez-tez batağlığa düşdüyünə görə məskənə Lök-batan ("lök" farsca "dəvə" deməkdir) adı yaranıb.
Qəsəbənin əsası 1931–1934-cü illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cü il) ilə əlaqədar qoyulub.[3] Həmin dövrdə neftlə əlaqədar indiki Seymur Orucov küçəsində olan qamış evlərdən ibarət yaşayış massivinin əsası qoyulub. Ölkənin müxtəlif yerlərində neft mədəninə işləmək üçün müxtəlif millətlərin nümayəndələri gəlib burada məskunlaşmışlar.
Lökbatan şəhər tipli qəsəbə olaraq Qaradağ rayonunun mərkəzidir. Qəsəbə ərazisində xeyli palçıq vulkanı vardır. Bilinən tarixdə 28 güclü vulkan püskürməsi olmuşdur. Son dəfə vulkan oyanması 2022-ci ildə qeydə alınıb.[4]
Tarixən qəsəbənin adındakı defis çıxarılaraq Lökbatan kimi yazılmaqdadır.
1992–1993-cü illərdə Ermənistan tərəfdən işğal edilmiş ərazilərdən olan xeyli sayda məcburi köçkünlər bu qəsəbədə məskunlaşmışlar.[mənbə göstərin]
Yaxın illərdə qəsəbədəki Heydər Əliyev parkı təmir olunmuş, Heydər Əliyev muzeyi fəaliyyətə başlamışdır. Burada 5 məktəb var (288, 233,166, 139 və 106 saylı məktəblər).
2009-cu ildə Sədərək və Binə ticarət mərkəzləri, daha sonra isə Karvan ticarət mərkəzi burada fəaliyyətə başlamışdır.
2 məscid (Qəsəbə məscidi və Sədərək məscidi), 1 qəbristanlıq və 1 Şəhidlər Xiyabanı vardır. Qəbristanlıqda 1950-ci il və daha əvvəldən qalma qəbirlərə rast gəlinir. Bəzi qəbirlərin yalnız mamırla örtülmüş baş daşları görünür.
Abşeron yarımadasının cənub qərbində yerləşir. Torpağı gillidir və dəniz sahilində olduğundan ərazisində bir neçə çimərlik var.
Mərkəzi küçəsi "28 May" küçəsidir. 2-ci ən böyük küçə "20 Yanvar" küçəsidir.
2010-cu ilin əvvəllərindən qəsəbədə yenidən bərpa olunmuş 1941–1945-ci il müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsinə olan abidə abadlaşdırılmışdır. Bu illərdə Qarabağ döyüşlərində şəhid olmuş qəsəbə sakinlərinin adları və Milli Qəhrəmanlarının adları qeyd olunmuşdur.
Bakı şəhərinin Lökbatan qəsəbəsinin bir hissəsinə sakinlər tərəfindən verilən addır. Lökbatan qəsəbəsi Bakı şəhərinin ən böyük rayonu olan Qaradağın mərkəzidir. Təzə evlər qəsəbənin 1980-ci illərdən sonra salınmış hissəsidir. Əsasən 5 mərtəbəli evlərdən və üç 9 mərtəbəli binadan ibarətdir. Son illərdə daha yaxşı abadlaşdırılıb. Qəsəbənin girişində Qaradağ şadlıq sarayının qarşısından sağa dönən yoldan etibarən Təzə evlər başlayır. Digər məhəllələrdən fərqli olaraq rusdilli əhali daha az, məcburi köçkünlər və qəsəbənin yeni sakinləri daha çoxdur. Şəhər tipli yaşayış sahəsidir. 288 saylı orta məktəb, yeni tikilən xəstəxana burada yerləşir. Lökbatana ən yaxın qəsəbələr Puta və Qobu qəsəbələridir.
40 mindən çox əhalisi olan bu qəsəbədə əsas peşə neftçilik olsa da sahibkarların və iş adamlarının yaşadığı bir qəsəbəyə çevrilməkdədir.
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |