Qalib İmanov
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Qalib İmanov | |
---|---|
azərb. İmanov Qalib Gəncəvi oğlu | |
Doğum tarixi | 8 avqust 1974 (49 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi |
|
İş yerləri |
|
Təhsili |
Qalib Gəncəvi oğlu İmanov (8 avqust 1974, Qoşabulaq, Vardenis rayonu) — tibb üzrə fəlsəfə doktoru (11 aprel 2012),[1] invaziv və pediatrik kardioloq, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında Kardiologiya şöbəsinin müdiri.[2]
Həyatı[redaktə | mənbəni redaktə et]
Qalib İmanov 8 avqust 1974-cü ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. 1977-ci ildə ailəsi ilə birlikdə Zaqatala rayonuna köçmüşdür. 1981-ci ildə Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 saylı orta məktəbin I sinfində təhsil almağa başlamış və 1991-ci ildə həmin orta məktəbi medalla bitirmişdir.[3]
1992-ci ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə daxil olmuş, 1998-ci ildə ali təhsilini başa vurmuşdur.[2] 1998–1999-cu illərdə 1 saylı Bakı Şəhər Kliniki Xəstəxanasında həkim-interna olaraq "Anestezoloq-reanimotoloq" ixtisasına yiyələnmişdir.[4]
Qalib İmanov 1999–2001-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyi C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "Reanimasiya və İntensiv Terapiya şöbəsi"ndə həkim-reanimotoloq işləmişdir. Həmçinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda klinik ordinator olaraq fəaliyyət göstərmişdir.[2]
2001–2009-cu illər ərzində Mərkəzi Klinik Xəstəxanada "Ürək Mərkəzi"nin Kardiologiya bölümünün həkimi işləmişdir.[1] 2009-cu ildən 2014-cü ilə qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalının "Kardiologiya şöbəsi"ndə invaziv kardioloq və pediatrik kardioloq olaraq fəaliyyət göstərib.[2]
Qalib İmanov Ukrayna Tibb Elmləri Akademiyasının M.D.Strajeska adına Kardiologiya İnstitutunda "ürək çatışmazlığı və exokardioqrafiya" üzrə kurs (18 fevral 2000 – 18 aprel 2000), Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindəki Koşu Yolu Ürək Elmi Araşdırma Mərkəzində invaziv kardiologiya üzrə kurs (1 may 2002 – 28 iyun 2002), Bursa şəhərinin Uludağ Universitetində invaziv kardiologiya kursu (3 noyabr 2003 – 28 yanvar 2004) və həmin universitetdə pediatrik kardiologiya kursu (12 sentyabr 2006 – 8 dekabr 2006) keçmişdir.[2]
2009-cu ilin mart ayında Azərbaycan Tibb Universitetinin I Daxili Xəstəliklər və Reanimasiya kafedrasının assistenti olub. 11 aprel 2012-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür.[2] 50-yə qədər elmi məqaləsi yerli və xarici jurnallarda çap olunmuşdur.
2014-cü ildən hal-hazıra qədər Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında invaziv və pediatrik kardioloq və Kardiologiya şöbəsinin müdiri olaraq fəaliyyət göstərir.[2]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 "Kardioloq T.e.f.d. Dr.Qalib İmanov". MediStyle Hospital (az.). medistyle.az. 2014. 2014-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-30.
- ↑ 1 2 3 4 5 6 7 "Həkimlər: Qalib İmanov". DoctorMap (az.). doctormap.az. 2014. İstifadə tarixi: 2014-10-30.[ölü keçid]
- ↑ Ziyəddin Məhərrəmov, "Unudulmaz sazlı-sözlü yurdumuz". Bakı, Çaşıoğlu, 2001.
- ↑ "Dr. Qalib İmanov". DOCDOC.AZ (az.). docdoc.az. 2014. 2014-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-30.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- ""Ürək Mərkəzi", Kardiologiya bölümü" (PDF). Mərkəzi Klinik Xəstəxana (az.). merkeziklinika.az. 2009. 2011-06-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-10-30.
- ATU TCK. Qalib İmanov. Koronar angioqrafiya nədir və necə icra olunur?. Video Reportaj. — YouTube saytı
- 8 avqustda doğulanlar
- 1974-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Basarkeçər rayonunda doğulanlar
- Tibb üzrə fəlsəfə doktorları
- C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun işçiləri
- ATU Tədris Cərrahiyyə Klinikasının işçiləri
- Azərbaycan Tibb Universitetinin məzunları
- Əlifba sırasına görə alimlər
- Göyçədə doğulanlar
- Azərbaycanlı alimlər
- Azərbaycan alimləri
- Azərbaycanlı həkimlər
- Azərbaycan həkimləri
- Ermənistan azərbaycanlıları
- Azərbaycan kardioloqları