Qalib İmanov

Qalib Gəncəvi oğlu İmanov (8 avqust 1974, Qoşabulaq, Vardenis rayonu) — tibb üzrə fəlsəfə doktoru (11 aprel 2012),[1] invaziv və pediatrik kardioloq, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında Kardiologiya şöbəsinin müdiri.[2]

Qalib İmanov
azərb. İmanov Qalib Gəncəvi oğlu
Doğum tarixi 8 avqust 1974(1974-08-08) (50 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Elm sahələri tibb, kardiologiya
Elmi dərəcəsi
İş yerləri
Təhsili

Qalib İmanov 8 avqust 1974-cü ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. 1977-ci ildə ailəsi ilə birlikdə Zaqatala rayonuna köçmüşdür. 1981-ci ildə Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 saylı orta məktəbin I sinfində təhsil almağa başlamış və 1991-ci ildə həmin orta məktəbi medalla bitirmişdir.[3]

1992-ci ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə daxil olmuş, 1998-ci ildə ali təhsilini başa vurmuşdur.[2] 1998–1999-cu illərdə 1 saylı Bakı Şəhər Kliniki Xəstəxanasında həkim-interna olaraq "Anestezoloq-reanimotoloq" ixtisasına yiyələnmişdir.[4]

Qalib İmanov 1999–2001-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyi C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "Reanimasiya və İntensiv Terapiya şöbəsi"ndə həkim-reanimotoloq işləmişdir. Həmçinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda klinik ordinator olaraq fəaliyyət göstərmişdir.[2]

2001–2009-cu illər ərzində Mərkəzi Klinik Xəstəxanada "Ürək Mərkəzi"nin Kardiologiya bölümünün həkimi işləmişdir.[1] 2009-cu ildən 2014-cü ilə qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalının "Kardiologiya şöbəsi"ndə invaziv kardioloq və pediatrik kardioloq olaraq fəaliyyət göstərib.[2]

Qalib İmanov Ukrayna Tibb Elmləri Akademiyasının M.D.Strajeska adına Kardiologiya İnstitutunda "ürək çatışmazlığı və exokardioqrafiya" üzrə kurs (18 fevral 2000 – 18 aprel 2000), Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindəki Koşu Yolu Ürək Elmi Araşdırma Mərkəzində invaziv kardiologiya üzrə kurs (1 may 2002 – 28 iyun 2002), Bursa şəhərinin Uludağ Universitetində invaziv kardiologiya kursu (3 noyabr 2003 – 28 yanvar 2004) və həmin universitetdə pediatrik kardiologiya kursu (12 sentyabr 2006 – 8 dekabr 2006) keçmişdir.[2]

2009-cu ilin mart ayında Azərbaycan Tibb Universitetinin I Daxili Xəstəliklər və Reanimasiya kafedrasının assistenti olub. 11 aprel 2012-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür.[2] 50-yə qədər elmi məqaləsi yerli və xarici jurnallarda çap olunmuşdur.

2014-cü ildən hal-hazıra qədər Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında invaziv və pediatrik kardioloq və Kardiologiya şöbəsinin müdiri olaraq fəaliyyət göstərir.[2]

  1. 1 2 "Kardioloq T.e.f.d. Dr.Qalib İmanov". MediStyle Hospital (az.). medistyle.az. 2014. 2014-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-30.
  2. 1 2 3 4 5 6 7 "Həkimlər: Qalib İmanov". DoctorMap (az.). doctormap.az. 2014. İstifadə tarixi: 2014-10-30.[ölü keçid]
  3. Ziyəddin Məhərrəmov, "Unudulmaz sazlı-sözlü yurdumuz". Bakı, Çaşıoğlu, 2001.
  4. "Dr. Qalib İmanov". DOCDOC.AZ (az.). docdoc.az. 2014. 2014-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]