Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 0 saniyə əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 2000 |
Telefon | (+994 36) 549-21-13 |
Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyi.
Muzeyin tarixi
[redaktə | mənbəni redaktə et]Muzey 1978-ci il fevral ayının 23-də Ölkəşünaslıq muzeyi olaraq yaradılmış, 2000-ci il 26 iyun tarixdən isə Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətini davam etdirmişdir. 2010-cu ildə Heydərabad qəsəbəsində bu mədəniyyət müəssisəsi üçün yeni bina ucaldılıb.[1] İkimərtəbəli muzey binası 2 ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. 2002-ci ildə muzeyin 4 bölməsi, 613 eksponatı olub.[2]
Muzeyin eksponatları
[redaktə | mənbəni redaktə et]Muzey arxeologiya, etnoqrafiya, tətbiqi sənət, xalçaçılıq, qədim silahlar, kənd təsərrüfatı alətləri, numizmatika, flora və fauna bölmələrindən ibarətdir. Muzeyin fonduna 2500-ə yaxın eksponat daxildir.[1] Onlardan 1464-ü ekspozisiyada nümayiş etdirilir. Muzeydə numizmatika məmulatları, saxsı qablar və gildən hazırlanmış məişət və təsərrüfat alətləri, qədim toxuculuq alətləri, xalçalar və digər dəyərli eksponatlar nümayiş olunur.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi". nmn.az. 2020-10-30 tarixində orijinalından arxivləşdirilib.
- ↑ 1 2 "Sədərəyin qədim tarixinin güzgüsü - Tarix-Diyarşünaslıq Muzeyi". azertag.az. 7 yanvar 2019. Archived from the original on 2020-12-01.