Tofiq Süleymanov (ictimai xadim)
Tofiq Süleymanov | |
---|---|
Tofiq İbrahim oğlu Süleymanov | |
Doğum tarixi | |
Doğum yeri | Gölkənd, Krasnoselo rayonu, Ermənistan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | kosmik texnologiyalar |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Milli Aerokosmik Agentliyinin Baş direktorunun I müavini |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi |
Mükafatları |
Tofiq İbrahim oğlu Süleymanov — Azərbaycan Milli Aerokosmik Agentliyinin Baş direktorunun I müavini, texnika elmləri doktoru, professor.
Həyatı[redaktə | mənbəni redaktə et]
Tofiq İbrahim oğlu Süleymanov 16 may 1955-ci ildə Ermənistanın Krasnoselo rayonunun Gölkənd kəndində anadan olmuş, 1972-ci ildə orada orta məktəbi bitirmişdir.1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsində təhsil almış, həmin ildən Azərbaycan SSR Elmlər Akademiyasının (AMEA)"Kaspi" Elmi Mərkəzində (indiki Milli Aerokosmik Agentliyində) əmək fəaliyyətinə başlamışdır. O, 1978–1993-cü illərdə həmin təşkilatda mühəndis-riyaziyyatçı, kiçik elmi işçi, aparıcı elmi işçi, sektor rəisi, şöbə rəisi, 1993–2004-cü illərdə MAKA aparatında Elmi-texniki idarə rəisinin müavini, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunda şöbə rəisi, elmi katib, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən MAKA-nın Baş direktorunun birinci müavini, 2007–2008-ci illərdə MAKA-nın Ekologiya İnstitutunun direktoru olmuş, 2008-ci ildən indiki dövrə qədər yenidən MAKA-nın Baş direktorunun birinci müavini vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.
Təhsili[redaktə | mənbəni redaktə et]
- 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsi, tələbə;
- 1979-cu ildə Ümumittifaq "Alqoritm" Elm-İstehsalat Birliyinin Elmi-Tədris Mərkəzində dinləyici (Moskva şəhəri) ;
- 1979–1982-ci illərdə elmi təcrübəçi, aspirant – (SSRİ EA-nın Kosmik Tədqiqatlar İnstitutu, SSRİ Dövlət Hidrometeorologiya Komitəsi, Moskva şəhəri);
- 1988-ci ildə SSRİ Ümumi Maşınqayırma Nazirliyinin "Rəhbər İşçilərin və Mütəxəssislərin İxtisasartırma İnstitutu"nda dinləyici (Moskva vilayəti, Kalininqrad şəhəri);
- 1991-ci ildə SSRİ Ümumi Maşınqayırma Nazirliyinin "Rəhbər İşçilərin və Mütəxəssislərin İxtisasartırma İnstitutut"nda dinləyici (Moskva vilayəti, Kalininqrad şəhəri);
- 1999–2003 illərdə 3324.07- "məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə doktorluq hazırlığı.
Elmi dərəcəsi[redaktə | mənbəni redaktə et]
2006-cı il – 3324.07- "Məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə texnika elmləri doktoru;
2012-ci il – 3324.07- "Məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə professor.
Pedoqoji fəaliyyəti[redaktə | mənbəni redaktə et]
1990–1995-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "İnformasiya – ölçmə sistemləri"
kafedrasında dosent;
2005-ci ildən indiki dövrə qədər Milli Aviasiya Akademiyasının "Ətraf mühitin aerokosmik monitorinqi" kafedrasında dosent, professor.
İctimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]
- 1985–1992-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Gənc Alimlər Təşkilatının sədr müavini, sədri;
- 1999-cu ildən "Dövlət İmtahan Mərkəzində" imtahan rəhbəri;
- 2004-cü ildən MAKA-nın Birləşmiş Elmi-Texniki Şurasının sədr müavini;
- 2005–2011-ci illərdə MAKA-da fəaliyyət göstərən Dissertasiya Şurasının elmi katibi;
- 2007-ci ildən "AMAKA-nın Xəbərləri" jurnalının Baş redaktorunun müavini;
- 2007-ci ildən MAKA-nın Ekspert Şurasının sədri;
- 2007-ci ildən MAKA-nın Direktorlar Şurasının üzvü, hal-hazırda Direktorlar Şurasının sədr müavini;
- 2011-ci ildən YAP MAKA Ərazi İlk Partiya Təşkilatının sədri;
- 2016-cı ildən YAP Binəqədi Rayon Təşkilatının Şura üzvü;
Mükafatları[redaktə | mənbəni redaktə et]
- 1985 – Azərb. SSR Elmlər Akademiyasının Kosmik Tədqiqatlar Elm- İstehsalat Birliyinin "Ən yaxşı gənc alimi diplomu"
- 1991 – SSRİ Kosmonavtika Federasiyasının "Akademik S. P. Korolyov adına medalı"
- 2004 – AMEA-nın Yer Elmləri Bölməsinin "Fərmanı"
- 2005 – AMEA-nın "Fəxri Fərmanı"
- 2010 – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi medalı" (11 dekabr,№ 1232)
- 2013 – YAP Binəqədi Rayon Təşkilatının "Fəxri Fərmanı"
- 2017 – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin "Fəxri Fərmanı"
- 2017 – YAP Binəqədi Rayon Təşkilatının "Fəxri Fərmanı"
Elmi maraq dairələri[redaktə | mənbəni redaktə et]
- Hesablama riyaziyyatı və informasiya nəzəriyyəsi;
- Məsafədən müşahidənin kosmik sistemləri;
- Kosmik məlumatların emalı metodları;
- Məsafədən müşahidənin tətbiqi məsələləri;
- Aerokosmik ekoloji monitorinq.
Əsərləri[redaktə | mənbəni redaktə et]
Monoqrafiyaları[redaktə | mənbəni redaktə et]
1. T. İ. Süleymanov. Kosmos. İnsan kainata can atır. Bakı. "Ayna Mətbuat Evi".2002
2. Т.И.Сулейманов. Тематическая интерпретация дистанционных данных почвенно — растительных объектов. Баку. Изд-вo "Элм", 2003
3. A. Ə. Şirin-zadə, T. İ. Süleymanov. Peykaltı poliqon tədqiqatları üçün elmi-metodik vəsait. Bakı, "MAKA", 2008
4. Z. S. Allahverdiyev, T. İ. Süleymanov, G. Y. Mehdiyeva, X. X. Muxtarlı. Dəniz hidrometeoroloji proqnoz üsulları. Bakı, "Ziya" NPM, 2013.
Məqalələri[redaktə | mənbəni redaktə et]
Kosmik texnologiyaların müxtəlif problemlərinə həsr olunmuş 200-ə qədər elmi məqalənin müəllifidir.
Hazırladığı kadrlar[redaktə | mənbəni redaktə et]
8 nəfər texnika üzrə fəlsəfə doktoru
Beynəlxalq tədbirlərdə iştirakı[redaktə | mənbəni redaktə et]
- MDB məkanında və digər xarici ölkələrdə keçirilən 20-dən artıq beynəlxalq konfrans və forumlarda məruzəçi (1984–2017)
- "İnterkosmos" proqramı çərçivəsində keçirilən "Kursk-85" beynəlxalq aerokosmik eksperimentində Azərbaycan "İşçi qrupu"nun rəhbəri (1985)
- MDB ölkələrinin "Kosmik məsələlər üzrə əməkdaşlıq şurası"nın iclaslarında Azərbaycan Respublikasının təmsilçisi (2014–2017)
Mənbə[redaktə | mənbəni redaktə et]
- https://report.az/dagliq-qarabag-munaqishesi/milli-aerokosmik-agentliyin-resmisi-isgal-olunmus-[ölü keçid] erazilerin-kosmik-tesvirlerini-elde-etmekle-aras/
- YAP Binəqədi rayon təşkilatının Milli Aerokosmik Agentliyi Ərazi İlk Partiya Təşkilatında hesabat – seçki yığıncağı keçirildi- (http://bineqediyap.org.az/index.php?id=10321)
- Kərim Kərimovun 100 illik yubileyi qeyd olundu. (http://www.mdi.gov.az/?/az/news/view/459/)
- Azərbaycan Respublikasının müdafiə sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. (https://azertag.az/xeber/)
- Kosmosun azərbaycanlı fatehi. http://www.azpress.az/index.php?lang=az§ionid=news&id=74309)