Urud və İsgəndərqalası livalarının müfəssəl dəftəri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Urud və İsgəndərqalası livalarının müfəssəl dəftəri (osman. Defter-i mufassal liva-i Urut ve liva-i İskenderkalası[1]) — Osmanlı İmperiyası hakimiyyəti dövründə İrəvan əyalətinin İsgəndərqalasıUrud livalarında gəlir mənbəələrini müəyyən etmək və vergiləri nizamlı şəkildə toplamaq məqsədilə 1593-cü ildə tərtib olunmuş özündə statistik məlumatları əks etdirən sənəd.[2]

XVI əsrin 90-cı illərində, yəni osmanlıların Zəngəzur diyarını ələ keçirdikləri dövrdə tərtib olunan dəftər Ankarada Tapu ve Kadastro Kuyum-i Kadime Arşivində saxlanılır (199, vərəq 111a-191a).[2] Səhvən Bəyazid vilayətinin müfəssəl dəftərinə əlavə edilmiş dəftər Akif Muradverdiyev və Hüsaməddin Məmmədovun (Qaramanlı) yaxından köməkliyi ilə 2003-cü ildə Ankarada Türkiyə Dövlət Arxivindən tapılmış və əski əlifbadan Azərbaycan dilinə çevrilmişdir. Dəftər ilk dəfə 2005-ci ildə Musa Urudun Zəngəzur adlı kitabında çap olunub.[2]

Həmçinin bax

İstinadlar

  1. «Defter-i mufassal liva-i Urut ve liva-i İskenderkalası». Ankara, Tapu ve Kadastro Kuyud-i Kadime Arşivi, №199, ss.l 1 1-191
  2. 1 2 3 Musa Urud. «Zəngəzur»[ölü keçid] (PDF), Bakı, Nurlar nəşriyyatı, 2005. «VI hissə. Zəngəzur arxivlərin güzgüsündə» hissəsi, Əlavə 1, səh. 401. (az.)