Zülfiyyə Sadıqova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zülfiyyə Sadıqova
Zülfiyyə Şükür qızı Əkbərova
Ümumi məlumatlar
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti Pianoçu
Fəaliyyət illəri 1990-
Janr Klassik musiqi
Musiqi aləti Piano
Mükafatları Əməkdar müəllim

Sadıqova Zülfiyyə Şükür qızı - Xəzər Universitetinin Musiqi və incəsənət kafedrasının müdiri, Xəzər Universitetinin kamera orkestrının bədii rəhbəri professor,[1] dosent.[2] Əməkdar müəllim.[3]

1990-cı ildə Bülbül adına orta ixtisa musiqi məktəbini gümüş medalla, 1995-ci ildə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə “Gənc musiqiçilər” müsabiqəsinin birinci dərəcəli fəxri diplomunu almış, həmin ildə şəhər və respublika baxışlarının qalibi olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət və İncəsənət Muzeyində solo konserti keçirilmişdir. 1994-cü ildə “Tələbə və aspirantların IV elmi ifaçılıq konfransı”nın diplomu ilə təltif olunub. 1997-ci ildə görkəmli tarzən Mirzə Sadıq Əsədoğlu (Sadıqcan) adına Xalq Çalğı Alətləri üzrə musiqi ifaçılarının Respublika müsabiqəsində yaradıcılıq fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib. 1998-ci ildə Bakı Musiqi Akademiyasının nəzdində aspiranturanı bitirib. 2011-ci ilin may ayında İtaliyanın Roma şəhərində Akademia Nazionale di Sonto Ceciliya konsert salonunda solo proqramla çıxış edib. 2014-cü ilin mart ayının 7-də Böyük Britaniyanın London şəhərində solo konsertlə çıxış etmişdir.[4]

Solo konsertləri[redaktə | mənbəni redaktə et]

Tarix Ölkə, Şəhər Yer Konsertin adı Dirijor Müşayiətçi
1991.--.-- Qazaxıstan Qazaxıstan, Almatı Qazaxıstan Dövlət Konservatoriyasının Kamera Zalı - - -
1993.--.-- Azərbaycan Azərbaycan, Bakı Azərbaycan Dövlət və İncəsənət Muzeyi - - -
2004.--.-- Almaniya Almaniya Alman Mədəniyyət Mərkəzi - - -
2007.--.-- Gürcüstan Gürcüstan, Tbilisi - - - -
2009.--.-- Rusiya Rusiya, Dağıstan, Mahaçqala - Murad Kojlayev adına musiqi məktəbinin açılışına həsr olunmuş Beynəlxalq festival - -
2011.05.-- İtaliya İtaliya, Roma Akademia Nazionale di Sonto Ceciliya konsert salonu - - -
2013.05.09 Fransa Fransa - - -
2014.03.07 Böyük Britaniya Birləşmiş Krallıq, London - - - -
2014.11.17-21 Türkiyə Türkiyə, Ankara Haccetepe Universitetinin konservatoriyası - - -
2015.03.12-17 Türkiyə Türkiyə, QəhrəmanmaraşKayseri - - - -

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://www.asanradio.az/news/13064[ölü keçid]
  2. "Arxivlənmiş surət". 2019-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-28.
  3. "Arxivlənmiş surət". 2017-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-28.
  4. "Arxivlənmiş surət". 2018-01-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-28.