Heinz Pomidor Ketçupu HJ Heinz şirkətinin beynəlxalq səviyyədə tanınan brendidir. Bu brend yalnız Ketçup istehsal edir. İlk dəfə 1876-cı ildə istehsalına başlanılan Heinz Pomidor Ketçupu dünya üzrə ən çox satılan ketçup markası olaraq qalır. 1906-cı ildən başlayaraq konservantsız istehsal edilmişdir.[1] 1907-ci ildə Heinz il ərzində 13 milyondan çox şüşə qablaşmada ketçup istehsal etməyə başladı və Hindistan, Avstraliya, Cənubi Amerika, Yaponiya, İndoneziya, Yeni Zelandiya, Cənubi Afrika və İngiltərə daxil olmaqla bütün dünyaya ketçup ixrac edir. Heinz ketçupu adətən ABŞ və Kanadada və bir çox başqa ölkələrdə restoranlarda ayrıca servis edilir.[2] Kartof qızartması, kartof çipsiləri, hamburgerlər və sosiskalar da daxil olmaqla bir çox yeməklər üçün əlavə dadlandırıcı kimi Heinz ketçupu reklam kampanyalarında "Amerikanın Sevimli Ketçupu" şüarından istifadə edir. 2012-ci ilə aid olan məlumata görə hər il bütün dünyada 650 milyon şüşə Heinz Pomidor Ketçup satılır. Dünyada üzrə istehsal olunan Heinz pomidor ketçuplarının əksər hissəsi ABŞ-nin Ohayo ştatının Fremont şəhərindəki şirkətin əsas fabrikində istehsal olunur.[3]
"Heinz" pomidor ketçupu | |
---|---|
Sahibi | H. J. Heinz Company |
Çıxış tarixi | 1876 |
heinz.com/products/heinz… | |
Vikianbarda əlaqəli mediafayllar |
Son aparılan araşdırmada 10,644 istehlakçının iştirak etdiyini Amerika Müştəri Məmnuniyyəti İndeksi sorğusunda HJ Heinz Co. ümumi qida və ya içki istehsalı şirkətləri arasında Kraft Foods, Coca-Cola və Nestlé- kimi şirkətlərdən daha yüksək nəticə göstərmişdir.[4]