Ketçup və ya ketsup şirin və turş dadı olan süfrə ədviyyatıdır . Beynəlxalq səviyyədə qəbul edilmiş termin kimi (“ketçup”) müasir dövrdə adətən pomidor ketçupu bu adlandırmaya aid edilir [1] Baxmayaraq ki, erkən dövr reseptlərində yumurta ağı, göbələklər, istiridyələr, üzümlər, Molyusklar, qoz və başqa məhsullar da istifadə olunurdu.[2]
Ketçup | |
---|---|
Tərkibi | |
Əsas |
Pomidor ketçupu pomidor, şəkər və sirkədən baharat və ədviyyatlarla hazırlanır. Ədviyyatlar və dad çeşidləri müxtəlif olur, lakin adətən soğan, ətirli ədviyyat, keşniş, mixək, zirə, sarımsaq və xardal, bəzən isə kərəviz, darçın və ya zəncəfil daxil edilir. Dünya ölkələri üzrə ABŞ (60% bazar payı) və Böyük Britaniyada (82%) bazar lideri Heinz firmasına məxsus Pomidor Ketçupudur .[3][4] Pomidor ketçupundan ən çox isti servis olunan qızardılmış və yağlı yeməklər üçün əlavə dadlandırıcı kimi istifadə olunur.
Misal olaraq: kartof qızartması və digər kartof yeməkləri, hamburgerlər, hot-doqlar, toyuq göbələkləri, isti sendviçlər, ətli piroqlar, bişmiş yumurtalar, qızardılmış ət yeməkləri.
Ketçup bəzən digər souslar üçün əsas və ya dadlandırıcı tərkib hissəsi kimi istifadə olunur. Kartof çipsləri kimi qəlyanaltılar üçün əlavə ləzzət kimi istifadə oluna bilər.