"Jurnalistlərin dostu" mükafatı — "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən dövlət məmurlarına, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinə verilən mükafat.
"Jurnalistlərin dostu" mükafatı | |
---|---|
|
|
Ölkə | |
Tip | mükafat |
Statistika | |
Təsis tarixi | 1997 |
"Jurnalistlərin dostu" mükafatını "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən 1997-ci ildə təsis edilmişdir[1].
Mükafatın verilməsində məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, bu məqsədlə dövlət məmurlarımızın, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin möhkəmlənməsinə nail olmaq, bununla da mediaya qayğı ənənələrini stimullaşdırmaqdır[1].