Əli Kərimli

Əli Əmirhüseyn oğlu Kərimli (28 aprel 1965, Saatlı rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, hüquqşünas. Azərbaycan Respublikasının Ərazi idarəetmə orqanları ilə iş üzrə Dövlət müşaviri xidmətinin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri (1992), Azərbaycan Respublikasının Dövlət katibi (01.05.1993–7.07.1993), Azərbaycan Respublikası Milli Məclisinin I, IIIII çağırış deputatı. Azərbaycan Xalq Cəbhəsi Partiyasının 2-ci sədri və lideri (2001-h.h.); Azadlıq blokunun həmtəsisçisi (2005–2010); AXCP-Müsavat seçki blokunun həmtəsisçisi (2010) ; Milli Şuranın qurucu üzvlərindən biri (2013-h.h.) və Koordinasiya Şurasının üzvü (2014-h.h.)

Əli Kərimli
Kərimli 2024-cü ildə.
Kərimli 2024-cü ildə.
Vəzifədədir
2001-ci ildən
ƏvvəlkiƏbülfəz Elçibəy
i. e. 22 avqust 2000 — 2001
1995 – 2005
Seçki dairəsi1995, 2000 — Proporsional sistem
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin birinci müavini
199? – 2001
SədrƏbülfəz Elçibəy
ƏvvəlkiVəzifə təsis edildi.
Azərbaycan Xalq Cəbhəsi sədrinin siyasi məsələlər üzrə müavini
May 1994 – ?
SədrƏbülfəz Elçibəy
1 may 1993 – 7 iyul 1993
ƏvvəlkiPənah Hüseyn
SonrakıLalə Şövkət
Azərbaycan Xalq Cəbhəsi Ali Məclisi sədrinin birinci müavini
16 fevral 1992 – 199?
SədrArif Hacılı
Şəxsi məlumatlar
Doğum tarixi 28 aprel 1965(1965-04-28) (59 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi
Həyat yoldaşı Samara Seyidova
Uşağı 3
Dini İslam
Hərbi xidmət
Döyüşlər

Təltifləri "Jurnalistlərin dostu" mükafatı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əli Əmirhüseyn oğlu Kərimov 28 aprel 1965-ci ildə Saatlı rayonunun Azadkənd kəndində anadan olub.[1][2] Əli Kərimli 1972-ci ildə Saatlı rayonunun Azadkənd orta məktəbinə daxil olmuş və 1982-ci ildə həmin təhsil müəssisəsini bitirmişdir. 1986-cı ildə Sergey Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsinə daxil olmuş və 1991-ci ildə həmin fakültəni bitirmişdir.[1] 1983–1985-ci illərdə[3] Rusiya SFSR, Buryatiya MSSR-də həqiqi hərbi xidmətdə olmuşdur. Birinci Qarabağ müharibəsində Azərbaycan Respublikası torpaqlarının erməni işğalından müdafiəsi üçün 1989-cu ildə könüllü müdafiə dəstələrinin komandiri kimi Qubadlı-Laçın cəbhəsində Qazıdərə, CicimliAşağı Cicimli kəndlərinin müdafiəsini təşkil etmişdir.[2]

Əli Kərimli 1991-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra orada bir müddət hüquq üzrə müəllim işləmiş[1] və bu dövrdə Azadlıq qəzetinin parlament müxbiri olmuşdur.[2].

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1987-ci ildə Sergey Kirov adına Azərbaycan Dövlət Universitetində Hüquq fakültəsi II kursda oxuyarkən Komsomol katibi olub.

1987-ci ildə yaradlan Yurd İctimai Birliyinin yaradıcılarından biri olub. 1988-ci ildə Yurd İctimai Birliyinin üzvlərinin də dəstəyi ilə o zaman iqtidarda olan SSRİ Kommunist Partiyası iqtidarına etiraz olaraq tələbələrin Bakıda görüşünü təşkil edib.[2]

1989-cu ildə Komsomolun BDU-da universitet səviyyəsində özünü buraxmasına nail olub.[2]

1989-cu ildə təsis edilmiş Azərbaycan Xalq Cəbhəsi hərəkatının nizamnəməsinin yaradılmasında iştirak edib. Azərbaycan Xalq Cəbhəsinin BDU şöbəsinin həmtəsisçisi və sədri olub. Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü, 1992-ci ilin fevral ayının 16-sında isə sədrinin birinci müavini olmuşdur. 1994-cü ilin may ayında Bakı şəhərinə qayıdaraq Azərbaycan Xalq Cəbhəsi sədrinin siyasi məsələlər üzrə müavini işləyib.[4] Sonra isə Azərbaycan Xalq Cəbhəsi (daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası) sədrinin birinci müavini olmuşdur. 10 sentyabr 1994-cü ildə Yeni Azərbaycan Partiyası iqtidarının Rusiya qoşunlarını ölkəyə geri qaytarması məsələsinə etiraz etmiş, və bu məsələ ilə əlaqədar olaraq Bakıda keçirilən icazəsiz etiraz aksiyasına rəhbərlik edib.[2]

22 avqust 2000-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Elçibəyin vəfatından sonra, 2001-ci ildə keçirilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası partiya qurultayında yekdilliklə partiyaya sədr seçilib.[1]

Əli Kərimli 2006-cı ildən xarici pasport ala bilmir. Bu imtina Əli Kərimli barəsində 1994-cü ilin sentyabrında açılmış cinayət işinin ləğv olunmaması ilə əsaslandırılır.[5][6]

2009-cu il Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər haqqında referendum ərəfəsində yaradılmış "Qarabağ və Respublika Uğrunda Hərəkat" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi (maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi) olub.[7]

Bürokratik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1992-ci ilin mayında Azərbaycan Respublikası Prezident Aparatının (indiki Azərbaycan Respublikası Prezidentinin Administrasiyası) Azərbaycan Respublikasının Ərazi idarəetmə orqanları ilə iş üzrə Dövlət müşaviri xidmətinin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub.[1] Bu dövrdə Azərbaycan Respublikasının 2-ci Prezidenti Əbülfəz Elçibəy tərəfindən Alma-Ata Memorandumunu və İrəvan Protokolunu həyata keçirən qərargahın tərkibinə daxil edilib.[8]

1 may 1993-cü ildə Əbülfəz Elçibəy tərəfindən Azərbaycan Respublikasının Dövlət katibi təyin edilib.[9] 1993-cü il 4 iyun hadisələrindən sonra Əbülfəz Elçibəyin Bakını tərk edib Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndinə getməsindən sonra o hadisələri qiyam kimi qiymətləndirmiş, 26 iyun 1993-cü ildə isə tutduğu vəzifədən istefa verərək Əbülfəz Elçibəyin yanına, Kələkiyə gedib. 7 iyul 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev tərəfindən vəzifəsindən azad edilib.[10] 16 iyul 1993-cü ildə Milli Məcisdə çıxış etərək baş verən hadisələri dövlət rəsmiləri içərisində ilk dəfə qiyam kimi qiymətləndirib.[11] Kələki kəndindən bir sıra Qərbi Avropa ölkələri və Amerika Birləşmiş Ştatlarına işgüzar səfərlərə çıxıb.[1]

12 noyabr 1995[12], 5 noyabr 2000-ci ildə[13] proporsional seçki sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə Azərbaycan Xalq Cəbhəsi Partiyasından, 6 noyabr 2005-ci ildə[14] isə majoritar seçki sistemi əsasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən Azadlıq blokundan Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.

1995-ci il parlament seçkilərində Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 1-ci sırada olmuşdur.[15] Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.[16] Beləliklə, Əli Kərimli deputat seçilmişdir.[12]

I çağırış dövründə Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycanİsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[17]

II çağırış

[redaktə | mənbəni redaktə et]

Əli Kərimli Azərbaycan Respublikasının Milli Məclisinə II çağırış seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasını sədri olaraq bu partiyanı təmsil etmiş və bu seçkidə də Kərimov soyadı ilə iştirak edib. 5 noyabr 2000-ci ildə keçirilmiş seçkidə proporsional seçki sistemi əsasında iştirak edərək çoxmandatlı seçki dairələri üzrə deputatlığa namizəd olmuş və deputat seçilib.[13]

II çağırış dövründə Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları daimi komissiyasının[18], AzərbaycanXorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[19]

Parlament seçkilərində

[redaktə | mənbəni redaktə et]

2005 Azərbaycanda Parlament seçkiləri

[redaktə | mənbəni redaktə et]

2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ərəfəsində yaradılmış Azadlıq Blokunun yaradıcı üzvlərindən biri olub.[20]

Əli Kərimli Azərbaycan Respublikasının Milli Məclisinə III çağırış seçkilərində Azadlıq Blokunu təmsil etmiş və bu seçkidə ilk dəfə Kərimli soyadı ilə iştirak edib. 6 noyabr 2005-ci ildə keçirilmiş seçkidə majoritar seçki sistemi əsasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd olmuş və seçkiləri ilk sırada bitirmişdir.[14] Ümumən parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq parlamentə getməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi onun millət vəkili mandatını ləğv etmişdir.[1]

2010 Azərbaycanda Parlament seçkiləri

[redaktə | mənbəni redaktə et]

2010-cu il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ərəfəsində yaradılmış AXCP-Müsavat Blokunun yaradıcılarından biri olub.[2][21]

Əli Kərimli Azərbaycan Respublikasının Milli Məclisinə IV çağırış seçkilərində AXCP-Müsavat Blokunu təmsil etmiş və bu seçkidə də Kərimli soyadı ilə iştirak edib. 7 noyabr 2010-cu ildə keçirilmiş seçkidə majoritar seçki sistemi əsasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd olmuş və rəsmi nəticələrə əsasən 2392 səs yığaraq, 29%-lə II yeri tutmuş və deputat seçilə bilməmişdir.[22]

Əli Kərimli ""AXCP-Müsavat" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Natiq Ədilovun, 16 saylı seçki məntəqəsində seçki prosesini müşahidə etmiş K. Aslanovanın və A. Ruşanovun Suraxanı rayon məhkəməsinin həyətində qanunsuz olaraq saxlanıldığını, müşahidəçilərin zorla seçki məntəqələrindən çıxarıldığını, seçki məntəqəsi ərazisində qeydiyyatı olmayan şəxslərin həmin məntəqədə səs verdiyini, 12, 13, 16, 21, 23 və 28 saylı seçki məntəqələrində kobud qanun pozuntularına yol verildiyini, bununla da seçki dairəsinin ərazisində olan bir sıra seçki məntəqələrində səsvermə və seçkilərin nəticələrinin rəsmiləşdirilməsi proseslərində seçkilərin nəticələrinə ciddi təsir göstərən qanun pozuntularının baş verməsini bildirmiş və həmin seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməsini, sözügedən dairə üzrə təkrar seçki keçirilməsini və iddia olunan pozuntulara yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməsi" haqqında Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir.

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112–1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən ARMSK nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən bir icraatda birləşdirilərək araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və MSK-nın iclasında baxılmışdır.

Müraciətlərdə göstərilən halların araşdırılması və iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün seçki qanunvericiliyinə uyğun olaraq MSK-nın müvafiq qərarı ilə araşdırma müddəti uzadılmışdır.

Araşdırma prosesində ərizəçi Əli Kərimliylə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmiş, araşdırmaya yardım etməyə dəvət olunmuş və ona müraciətlərdə qeyd edilən hallarla əlaqədar əlavə sübutlara malikdirlərsə, onların da təqdim edilməsi təklif edilmişdir.

Əli Kərimli bəzi seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollara malik olduğunu bildirmiş, lakin araşdırma üçün təqdim etməkdən və MSK-nın iclasında iştirak etməkdən imtina etmişdir.

AR MSK Əli Kərimlinin 10 noyabr 2010-cu il tarixli 463 saylı müraciətlərinin qismən təmin olunmaqla 2 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi haqqında qərar verib.[23]

Əli Kərimli yürüş zamanı. (2020)

Prezident seçkilərində

[redaktə | mənbəni redaktə et]

2003 Azərbaycanda Prezident seçkiləri

[redaktə | mənbəni redaktə et]

Əli Kərimli 15 avqust 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti postuna keçirilən V seçkilərdə prezidentliyə sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasından namizəd olub.[24] Seçki ərəfəsində Azərbaycan Televiziyasında ayrılmış efir vaxtından 29 avqust və 5 sentyabr 2003-cü il tarixdə istifadə edərkən o zamankı Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin şərəf və ləyaqətini təhqir edən və ləkələyən məlumatlar yaydıqları iddiası ilə Əli Kərimli və digər namizədlər haqqında tədbir görülməsi barədə Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət ünvanlamış, AR MSK Əli Kərimli və digər namizədlərə gələcəkdə belə hallara yol verməməsi üçün xəbərdarlıq, sonra isə təkrar xəbərdarlıq edilməsi və şikayət ərizəsindəki faktların araşdırılıb tədbir görülməsindən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsi haqda qərar qəbul etmişdir.[25][26]

Əli Kərimli 3 oktyabr 2003-cü ildə namizədliyini geri götürüb.[27] Əli Kərimli və sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası bu seçkilərə Azərbaycan Milli İstiqlal Partiyası ilə koalisiya halında gedərək bu partiyanın namizədi Etibar Məmmədovu dəstəkləyib.[28] Əli Kərimli seçkilərdən sonra seçki nəticələrinin saxtalaşdırıldığını iddia etmiş və seçki nəticələrini tanımadığını açıqlayıb.[29]

2008 Azərbaycanda Prezident seçkiləri

[redaktə | mənbəni redaktə et]

Əli Kərimli 5 sentyabr 2008-ci ildə 2008-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində Bakıda, Caspian Plasa hotelində Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov, Müsavat Partiyasının başqanı İsa QəmbərVətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin də iştirakı ilə 2008-ci il Azərbaycan Respublikası prezidenti seçkilərini boykot etmək barədə "Demokratik siyasi qüvvələrin birgə bəyanatı" adlı bəyanat imzalayıb və bu seçkilərdə iştirakı boykot edib, beləliklə də seçkilərdə iştirak etməyib.[30]

2013 Azərbaycanda Prezident seçkiləri

[redaktə | mənbəni redaktə et]

2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının qurucu üzvlərindən biri olub.[31] 17 yanvar 2014-cü ildə isə həmin qurumun Koordinasiya Şurasının üzvü seçilib.[32]

Hələ seçkidən öncə AXCP-nin müavini Fuad Qəhrəmanlı Əli Kərimlinin seçkidə iştirakı barədə belə demişdir: Əli Kərimlinin Xalq Cəbhəsinin namizədi kimi seçkiyə qatılmaq niyyəti yoxdur. O, yalnız Milli Şuranın vahid namizədi kimi prezident seçkilərinə qatıla bilər[33] Əli Kərimli 2013-cü ildə keçirilmiş Azərbaycan Respublikası Prezidenti postuna keçirilən VII seçkilərdə Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənlini dəstəkləmişdir.[34]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Əli Kərimli 1991-ci ildə Samara Seyidova ilə ailə həyatı qurmuş və hal-hazırda da bu xanımla ailəlidir[35]; İlk övladı Türkel Kərimli, ortancıl övladı Sezen Kərimli[36], üçüncü övladı isə Timur Kərimlidir. Kiçik oğlu Timur Kərimli 2013-cü ilin mart ayında dünyaya gəlib.[37][38]

Mükafat və fəxri adları

[redaktə | mənbəni redaktə et]
  • "Əli Kərimli, Bioqrafiyası". axcp.az. 2014-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  1. 1 2 3 4 5 6 7 "Əli Kərimli, Bioqrafiyası". axcp.az. 2014-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  2. 1 2 3 4 5 6 7 Əli Kərimli. "Alı bəyin Azadlıqda çap olunmuş yazısı". akarimli.wordpress.com. 2010-10-30. 2013-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  3. "Əli Kərimli əsgərlik şəklini yaydı - FOTO". modern.az. 2013-06-26. 2013-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  4. Кәримов Әли Әмирһүсејн оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. ISBN 5-89600-253-x.
  5. "Əli Kərimliyə xarici pasport verilə bilər". Yeni Müsavat. 2019-03-19. 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-21.
  6. Şahvələd Çobanoğlu. "Əli Kərimli niyə hədəfdədir?". azadliq.info. 2010-11-02. 2010-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  7. Məzahir Pənahov. "2009-cu il martın 18-nə təyin edilmiş referendumda qeydə alınmış "Qarabağ və Respublika Uğrunda Hərəkat" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin (maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin) qeydə alınması barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının qərarı". e-qanun.az. 2009-02-24. 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  8. Əbülfəz Elçibəy. "Alma-Ata Memorandumunu və İrəvan Protokolunu həyata keçirən Qərargahın təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı". e-qanun.az. 1992-09-10. 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  9. Əbülfəz Elçibəy. ""Ə.Ə. Kərimovun Azərbaycan Respublikasının Dövlət katibi təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1 may 1993-cü il tarixli, 545 nömrəli fərmanı". e-qanun.az. 1993-05-01. 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  10. Heydər Əliyev. "Ə. Ə. Kərimovun Azərbaycan Respublikasının Dövlət katibi vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1993-cü il tarixli, 673 nömrəli fərmanı". e-qanun.az. 1993-07-07. 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  11. Azadlıq qəzeti, 16 yanvar 2014, səh. 7
  12. 1 2 Milli Məclis. "Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa məlumatlar". meclis.gov.az. 2018-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  13. 1 2 "İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa məlumatlar". meclis.gov.az. 2017-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  14. 1 2 MSK. "Səsvermənin nəticələriÜçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 6 noyabr 2005-ci il səsvermənin ümumi yekunları haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki komissiyasının protokolu" (PDF). msk.gov.az. 2005-11-??. 2018-02-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-01-28.
  15. modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  16. Şahin Cəfərli. "Azərbaycanda parlament seçkiləri: daha bir itirilmiş şans". Bakı Araşdırma Mərkəzi. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  17. Murtuz Ələsgərov. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Respublikası Mili Məclisinin qərarı". e-qanun.az. 1997-03-07. 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  18. Murtuz Ələsgərov. "Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları daimi komissiyası üzvlərinin seçilməsi haqqında Azərbaycan Respublikası Mili Məclisinin qərarı". e-qanun.az. 2000-12-05. 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  19. Murtuz Ələsgərov. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Respublikası Mili Məclisinin qərarı". e-qanun.az. 2000-12-05. 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  20. Forrest, Brett (Nov. 28, 2005). "Over A Barrel in Baku". Fortune, səh.54–60.
  21. Ülkər Akifqızı. "AXCP-Müsavat seçki bloku yarandı". azadliq.org. 2010-09-08. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  22. "REPUBLIC OF AZERBAIJAN LEGISLATIVE ELECTION OF 7 NOVEMBER 2010" (ingilis). psephos.adam-carr.net. 2019-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  23. "2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9-10 noyabr 2010-cu il tarixli 435 və 463 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının qərarı". e-qanun.az. 2010-11-21. 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  24. Məzahir Pənahov. "2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası prezidenti seçkilərində cənab Kərimli Əli Əmirhüseyn oğlunun prezidentliyə namizədliyinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı". e-qanun.az. 2003-08-15. 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  25. MSK. "Sentyabrın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının İclası keçirilmişdir". msk.gov.az. 2003-09-02. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  26. Məzahir Pənahov. "Prezidentliyə namizədlikləri qeydə alınmış cənab Qəmbər İsa Yunis oğlunun, cənab Məmmədov Etibar Səlidar oğlunun və cənab Kərimli Əli Əmirhüseyn oğlunun dövlət televiziyasında ayrılmış efir vaxtından istifadə edilərkən prezidentliyə namizədliyi qeydə alınmış cənab Əliyev Heydər Əlirza oğlunun şərəf və ləyaqətini təhqir edən və ləkələyən məlumatlar yaydığına görə onlar haqqında tədbir görülməsi barədə Yeni Azərbaycan Partiyasının müraciətinə baxılması haqqında Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının qərarı". e-qanun.az. 2003-09-08. 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  27. "Oktyabryn 3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir". msk.gov.az. 2003-10-03. 2015-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  28. İlkin. "Müsavatdan sərt cavab: "Əli Kərimli sözündə bütöv adam deyil"". modern.az. 2014-01-14. 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  29. "Azerbaycan karıştı: 2 ölü" (türk). webarsiv.hurriyet.com.tr. 2003-10-16. 2016-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.
  30. "«DEMOKRATİK SİYASİ QÜVVƏLƏRİN BİRGƏ BƏYANATI» İMZALANDI (Bəyanatın mətni)". mediaforum.az. 2008-09-05. 2015-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-05.
  31. "Milli Şura üzvlərinin siyahısı". azadliq.info. 2013-06-07. 2016-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  32. Natiq Güləhmədoğlu. "Milli Şura yeni mərhələyə qədəm qoydu FOTO/VİDEO". azadliq.info. 2014-01-17. 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  33. Namidə Bingöl. ""Əli Kərimli yalnız Milli Şuranın namizədi kimi seçkiyə qatıla bilər"". modern.az. 2013-08-16. 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  34. "Milli Şura seçkilərə Cəmil Həsənli ilə gedir". azadliq.org. 2013-08-23. 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-15.
  35. "Əli Kərimli və həyat yoldaşı səs verdi- FOTO". modern.az. 2013-10-09. 2019-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-19.
  36. A.Qorxmaz. "AXCP sədri Əli Kərimli ailəsilə birgə... - FOTO". modern.az. 2014-01-12. 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  37. "Əli Kərimli 3-cü dəfə ata oldu, uşağa Timur adını verdilər". modern.az. 2013-03-18. 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  38. "Əli Kərimli ailəsinin fotosunu paylaşdı - Foto". qafqazinfo.az. 2014-01-12. 2015-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  39. "İSA QƏMBƏR 2001-ci İLDƏ ALDIĞI "JURNALİSTLƏRİN DOSTU" MÜKAFATINDAN İMTİNA ETDİ". mediaforum.az. 2010-12-26. 2015-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-06.
  40. ""RUH" SORĞUSUNDA ÖLKƏ PREZİDENTİNİN QALİB GƏLDİYİNİ AÇIQLAYIB". mediaforum.az. 2010-12-22. 2015-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]