"Kitabi-Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham Əliyevə

"Kitabi-Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham ƏliyevəAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəylinin kitabı.[1]

Kitabi-Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham Əliyevə
Müəllif İsa Həbibbəyli
Orijinalın dili Azərbaycan dili
Ölkələr Azərbaycan Azərbaycan
Nəşriyyat Elm və təhsil
Nəşr 2023
Tiraj 500

Haqqında və ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Kitabda, XX əsrin ortalarında “Kitabi–Dədə Qorqud” eposuna Azərbaycan sovet rəhbərliyinin tətbiq etdiyi qadağaların səbəbləri və nəticələri göstərilib. Azərbaycan K(b) P-nın 1951-ci il mayın 24-də keçirilmiş XVIII Qurultayında “Dədə Qorqud” eposunun “Azərbaycan xalqına zidd və zərərli” əsər kimi damğalanması, ədəbi abidənin nasirləri və tədqiqatçılarının cəzalandırılması sənədlər və materiallar əsasında tədqiq edilərək şərh olunub. Bu zəmində akademik İsa Həbibbəyli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Kitabi–Dədə Qorqud” eposunun dünyada təbliğ edilməsində və xalqımıza yenidən çatdırılmasındakı böyük rolu haqqında təhlillər və müqayisələr aparmaqla dahi şəxsiyyətin xidmətlərinin elmi mahiyyətini açıqlayıb.

Kitabda dövlət səviyyəsində və beynəlxalq miqyasda elmi-mədəni tədbirlərin keçirildiyi və epos haqqında mühüm problemlərə həsr edilmiş çoxsaylı monoqrafik tədqiqatların və məqalələrin nəşr olunub ictimaiyyətə çatdırılması nəzərə alınmaqla Heydər Əliyev epoxası Azərbaycan qorqudşünaslığının intibah dövrü kimi səciyyələndirilib. Müəllifin Heydər Əliyev irsindən seçib oxuculara çatdırdığı aşağıdakı sözlər Qorqudşünaslıq elmi üçün epiqraf ola bilər: “Kitabi–Dədə Qorqud” dastanı bütün türk dünyasına məxsusdur, onun Vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir”.

“Kitabi–Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham Əliyevə” kitabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mühüm tarixi əhəmiyyətə malik olan sərəncamları əsasında dövlət səviyyəsində keçirilmiş tədbirlərin əhəmiyyəti elmi-ədəbi cəhətdən dəyərləndirilib. Eyni zamanda, Prezident İlham Əliyevin “Kitabi–Dədə Qorqud” haqqındakı qiymətli fikirlərini də sistemli şəkildə elmi-ədəbi mühitin diqqətinə çatdırıb. Beləliklə, “Kitabi–Dədə Qorqud” dastanlarının tədqiqi və təbliği ilə bağlı olan İlham Əliyev dövrü yeni inkişaf mərhələsi adlandırılıb.

Nəşrdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin bu möhtəşəm ədəbi abidə haqqında imzaladıqları fərmanlar və sərəncamlar, habelə ölkə rəhbərlərinin müxtəlif vaxtlardakı nitqləri və çıxışlarının mətnləri oxuculara təqdim olunur. Kitabdakı rəsmi sənədlər və dövri mətbuat materialları filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı tərəfindən toplanılıb və tərtib edilib.

Kitabın məsul redaktoru, filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.

İstinadlar[redaktə | mənbəni redaktə et]