Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Dədə Qorqud və ya Qorqud Ata — türk, altay və oğuz rəvayətlərində, əfsanələrində, nağıllarında və xalq hekayələrində adı çəkilən və Dədə Qorqud olaraq tanınan ozan, aşıq, varsaq və el ağsaqqalı.
Dədə Qorqud | |
---|---|
Məlumat | |
Cinsi | kişi[d] |
Vikianbarda əlaqəli mediafayllar | |
Vikisitatda sitatlar |
Dədə Qorqud Hekayələrinin yazıçısı və izahçısı olduğu qəbul edilir. Ozanların atasıdır. Qeyri-adi özəllikləri vardır. Qopuz çalar, əhvalatlar söylər. Çox uzun illər yaşamışdır. Qopuzun bulucusu odur. İslamiyyətlə birlikdə bir övliya olaraq qəbul edilmişdir, lakin İslamdan öncəki dövrlərdə çox geriyə gedən bir xarakterdir. Tanrının izni ilə gələcəkdən xəbər verir. Kordan çıxmış bir qadının oğludur. Quşların dilini bilir. Şamanlığı, şeyxliği, ozanlığı, baxşılığı, övliyalığı hamısı bir-birinə bağlıdır və hər mədəniyyətdə bunlardan ən az bir neçəsinə sahib olaraq təyin olunar. Çox uzun illər yaşadığı söylənilir. Özündən bəhs edilərkən "Ölü desəm ölü deyil, diri desəm diri deyil" sözləri ilə bəhs edilir. Müdrikdir və hikmət sahibidir. Öz ölümünü yuxuda xəbər almışdır. Universal nizamın başlayıb bitdiyi yer olan dünyanın mərkəzində suların üzərində dinclik tapar. Ölümdən qaçaraq dünyanın dörd bir tərəfini gəzir ancaq yenə də ən sonunda bunun mümkün olmadığını anlar. Bir mənada Şumerlerden bəri var olan Gilqameşin ölümsüzlük axtarışının bir davamıdır bu səfərlər. Bütün heyvanların və xüsusilə də quşların dilini bilir. Bundan
özünün "Tuman" adını verdiyi bir igid də bütün quşların dilini bilir. Qorqud Atanın insanlara ad verməsinin, Yaradılış dövrlərinden əvvəl obyektlərin adlarının meydana gəlməyə başlamasıyla yaxından əlaqəsi vardır. Dədə Qorqud kitabında 12 hekayət vardır ki, bunlar tarix boyu dildən-dilə köçürülən bir şifahi ənənə məhsuludur, 16-cı yüzillikdə yazıya köçürülmüşdür.
Qorqud sözü (Qor/Kor/Gor) kökündən törəmişdir. Çox böyük, ulu, heybətli, qorxu verən deməkdir. Bundan başqa qorxuducu düş mənasında da istifadə edilər. Söz kökündə kor, qorumaq, qorxutmaq kimi mənaları vardır.
2000-ci ildə Miri Rzayev tərəfindən Dədə Qorqudun tədqiq edilməsindən bəhs edən Dədə Qorqud axtarışında adlı qısametrajlı sənədli televiziya filmi çəkilmişdir.