"Məşəl" Əməliyyatı

"Məşəl" əməliyyatı (ing. Operation Torch Müttəfiqlərin Fransanın Şimali Afrikasında, MərakeşdəƏlcəzairdə qoşunların çıxarılması idi. Əməliyyat 8 noyabr 1942-ci ildə başladı. İkinci Dünya Müharibəsi zamanı Şimali Afrika Kampaniyasının bir hissəsi oldu.

İkinci Dünya Müharibəsi, Şimali Afrika kompaniyasının tərkib hissəsi
Tarix 8-16 noyabr, 1942-ci il
Yeri Mərəkeş, Əlcəzair
Nəticəsi Müttəfiqlərin qələbəsi
Münaqişə tərəfləri

ABŞABŞ
Böyük Britaniya Böyük Britaniya

Vişist Fransa

Komandan(lar)

ABŞDuayt Eyzenhauer
Böyük BritaniyaEndryu Kanninqem

Fransua Darlan

Tərəflərin qüvvəsi

73 500

60 000

İtkilər

təxminən 1474 öldürülmüş, 2200 yaralı

1340 nəfərdən çox öldürülmüş, 2000 yaralı

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bölgədəki Fransız koloniyalarında Almaniya ilə rəsmi olaraq müttəfiq olan Vişi rejiminin nəzarəti altında idi.Vişi rejimi Almayina ilə formal olar müttəfiq idi, lakin kəşfiyyat göstərdi ki, lazımi şərtlər nəzərə alınsa, fransızlar Müttəfiqlərin tərəfinə keçə bilər. Avropa Əməliyyat Teatrında Müttəfiq Qüvvələrin Ali Baş Komandanı Duayt Eyzenhauerin planına görə, qoşunların çıxarılması üç istiqamətdə aparılmalı idi: Kasablanka (qərb hissəsi), Oran (mərkəz) və Əlcəzair (şərq hissəsi).

Əvvəlki hadisələr[redaktə | mənbəni redaktə et]

Müttəfiqlərin anti-Hitler koalisiyası üçün planlarına Afrikanın şimal-qərbinə - Əlcəzairə və Mərakeşə, yəni Mərakeşdə yerləşdirilmiş təxminən 60.000 əsgəri olan Vişi Fransa ərazisinə, sahil artilleriya batareyaları, az sayda tank və təyyarələr ilə hücum etmək daxil idi. Müttəfiqlər, o cümlədən Əlcəzairdəki Amerika konsulundan alınan məlumatlara əsasən, Fransanın Vişi qüvvələrinin Anglo-Amerikan işğalçı qüvvələri ilə (bu təsdiqlənməmiş) iştirakdan çəkinəcəyinə inanırdılar. Bununla belə, Vişi Donanmasının 1940-cı ildə Britaniyanın Mers əl-Kebirə hücumuna görə qisas alması təhlükəsi var idi ki, bu da Şimali Afrikadakı Fransız qüvvələrinin hissləri ilə bağlı araşdırmaları mühüm əhəmiyyət kəsb edirdi. Onların əməkdaşlığını təmin etmək üçün planlar hazırlanmışdı.

Sovet İttifaqı ABŞBöyük Britaniyadan Avropada hərbi əməliyyatlara başlamağı və hərbi əməliyyatların şərq cəbhəsində SSRİ silahlı qüvvələrinə yükü azaltmaq üçün “ikinci cəbhə”nin açılmasını tələb edirdi. Bununla əlaqədar olaraq, Amerika hərbi rəhbərləri işğal olunmuş Avropaya desant daxil olan “Balyoz” əməliyyatını ən qısa zamanda həyata keçirməyi planlaşdırırdılar. Lakin onların britaniyalı həmkarları belə bir ssenarinin fəlakətli nəticələrə gətirib çıxaracağına inanırdılar. Bunun əvəzinə, Şimali Afrikanın Axis qüvvələrindən azad edilməsi, Aralıq dənizinə nəzarətin təkmilləşdirilməsi və 1943-cü ildə Cənubi Avropaya qoşun çıxarılmasına hazırlıq məqsədi ilə Fransız Şimali Afrikasına qoşun çıxarılması təklif edildi. ABŞ prezidenti Franklin Ruzveltin Şimali Afrika əməliyyatının 1943-cü ildə Avropaya desant imkan vermədiyinə dair şübhələrinə baxmayaraq, ABŞ Britaniyanın planını dəstəklədi.

Əlcəzairdəki Amerika konsulu fransız zabitləri, o cümlədən Əlcəzairdəki Vişi qüvvələrinin baş komandanı, general Çarlz Emmanuel Mast ilə ilkin əlaqələr qurmağa müvəffəq oldu. Onlar Əlcəzairdə müttəfiqlərin yüksək səviyyəli generallarından biri ilə gizli danışıqlar aparmaq şərti ilə müttəfiqlərlə əməkdaşlıq etməyə razılaşdılar. Danışıqlar 21 oktyabr 1942-ci ildə (müttəfiqlər tərəfdən general-mayor Mark Klarkın rəhbərlik etdiyi) uğurla aparıldı.

Müttəfiqlər, işğaldan sonra Şimali Afrikadakı Fransız silahlı qüvvələrinin baş komandanı vəzifəsini təklif edərək, Vişi generalı Henri Giraudu öz tərəfinə çəkə bildilər. Bununla belə, Giraud yalnız bütün işğalçı qüvvələrin baş komandiri vəzifəsinə, yəni Eyzenhaueri əvəz etməyə razılaşdı. Təklifi rədd edilən Giraud “tamaşaçı kimi” qalmağa qərar verdi.

SSRİ-nin rolu

Müttəfiqlər cənubda Tunisə sürətlə irəliləmək, ardınca isə arxadan alman qüvvələrinə hücum etmək niyyətində idilər. General Duayt Eyzehhauer, qərargahı Cəbəllütariqdə yerləşən əməliyyata komandanlıq etmək üçün təyin edildi. Endryu Kanninqem Müttəfiq Ekspedisiya Qüvvələrinin dəniz komandiri təyin edildi; enişin hazırlanması onun müavini, vitse-admiral Bertram Ramzeyə həvalə edilib.

Əməliyyat[redaktə | mənbəni redaktə et]

"Məşəl" əməliyyatının sxemi
Britaniya adalarından Şimali Afrikaya gedən Müttəfiq konvoylarının marşrutları.

Müttəfiqlər Kasablanka, Oran və Əlcəzairə hücum edərək Mərakeş və Əlcəzairin bütün əsas limanlarını və aerodromlarını eyni vaxtda ələ keçirməyi planlaşdırırdılar. Əməliyyat Böyük Britaniyanın deyil (o cümlədən siyasi səbəblərdən) ABŞ bayrağı altında həyata keçirilməli idi.

Qərb İşçi Qrupu (Kasablankanı hədəf alan) Amerika bölmələrindən - 2-ci Zirehli, həmçinin 3-cü və 9-cu Piyada Diviziyalarından (cəmi 35.000 nəfər) ibarət idi. Ona general-mayor Corc Patton komandirlik edirdi, əməliyyatın dəniz hissəsinə isə kontr-admiral Henri Hevitt rəhbərlik edirdi.

Hücum Orana yönəlmiş mərkəzi əməliyyat qrupu 509-cu Paraşüt Batalyonu, 1-ci Piyada Diviziyası və 1-ci Zirehli Diviziyadan (cəmi 18500 nəfər) ibarət idi. Onlar Britaniyadan göndərilmiş və general-mayor Lloyd Fredendalın komandanlığı altında idilər. Əməliyyatın dəniz hissəsinə komandor Tomas Trowbridge rəhbərlik edirdi.

Şərq Əməliyyat Qrupu (Əlcəzair şəhərini hədəf alan) general-leytenant Kennet Andersonun komandanlığı altında idi və Britaniyanın 78-ciAmerikanın 34-cü Piyada Diviziyalarından (20.000 nəfər) ibarət idi. Dəniz qüvvələrinə vitse-admiral Harold Barrou rəhbərlik edirdi.

Əməliyyatın hava hissəsi iki istiqamətə - Əlcəzairin müvafiq olaraq Tenezdən şərq və cənuba bölünmüşdü. Birincisini marşal Uilyam Uelşin komandanlığı altında Britaniya təyyarələri, ikincisini isə general-mayor Ceyms Dulitl komandanlığı altında Amerika təyyarələri idarə edirdi.

Kasablanka[redaktə | mənbəni redaktə et]

Qərb Əməliyyat Qrupu 8 Noyabr 1942-ci ildə səhərə qədər üç yerə çıxarıldı: Safi, Mərakeş ("Bləkstoun" əməliyyatı), Fedala, Mərakeş (Brushvud əməliyyatı) və Mehdiye, Mərakeş ("Qoulpost" əməliyyatı). Fransızların müqavimət göstərməyəcəyi güman edildiyi üçün artilleriya hazırlığı aparılmadı.

Ötən gecə fransız generalı Betuar tərəfindən dövlət çevrilişinə cəhd edillmişdi. O, Vişi tərəfdarı olan general Ogyust Noqanın villasını mühasirəyə aldı, lakin Noqa ələ keçməkdən yayına bildi. Betuarın hərəkətləri Noqun Müttəfiqlərin desantının qaçılmaz olduğuna inanmasına səbəb oldu və o, sahil müdafiə qüvvələrini həyəcan vəziyyətinə saldı.

Safinin işğalı ən uğurlu oldu. Burada da artilleriya hazırlığı yox idi, lakin müdaxilə edənlər Vişi sahil artilleriyasından atəşə tutulan kimi gəmilər cavab atəşi açdılar. Səfi noyabrın 8-də günorta saatlarında götürüldü. Noyabrın 10-da şəhərdə son müqavimət məntəqələri yatırıldı, bundan sonra general Harmonun komandanlığı altında olan qüvvələrin əsas hissəsi Kasablankaya doğru yola düşdü.

Kasablanka noyabrın 10-da mühasirəyə alındı və planlaşdırılan son hücumdan bir saat əvvəl Müttəfiqlərə təslim oldu. Pattonun qoşunları şəhərə müqavimətsiz daxil oldular.

Ümumiyyətlə, Mərakeşdə Vişi qoşunlarının müqaviməti qeyri-müntəzəm idi. Yarımçıq döyüş gəmisi "Jan Bar" da daxil olmaqla, Vişi Hərbi Dəniz Qüvvələrinin eskadronunun çıxarılmasının qarşısını almaq cəhdi uğursuz oldu. Nəticədə bir çox gəmi itirildi, qalanları isə müttəfiqlərə qoşuldu.

Oran[redaktə | mənbəni redaktə et]

Mərkəzi Əməliyyat Qrupunun hücumu Oranın qərbində və şimalında sahilin üç hissəsinə bölündü. Sahildə kifayət qədər hərtərəfli kəşfiyyat aparılmadığı üçün dənizin gözlənilmədən dayaz dərinliyi səbəbindən hücum edən gəmilərin bir qismi zədələnib. Bu, Overlord Əməliyyatının (Normandiyaya qo.un çıxarılması) planlaşdırılmasında dəyərli bir dərs oldu.

Sahil artilleriyası həm noyabrın 8-də, həm də 9-da aktiv idi. Vişi qoşunları çox inadla müdafiə olundular, lakin noyabrın 9-da Britaniya döyüş gəmilərinin davamlı atəşi altında təslim olmaq məcburiyyətində qaldılar.

Əlcəzair[redaktə | mənbəni redaktə et]

İngilis və Amerika qoşunları Əlcəzair yaxınlığındakı sahildə

Müttəfiqlərlə razılaşmalara əsasən, Anri D'Astir və Xose Aboulkerin komandanlığı altında Fransa Müqavimətinin 400 üzvündən ibarət qrup noyabrın 8-nə keçən gecə desantdan əvvəl Əlcəzair şəhərində hərbi çevriliş həyata keçirib. Onlar şəhərdəki əsas hədəfləri, o cümlədən telefon stansiyasını, radiostansiyanı, qubernator evi və 19-cu Korpusun qərargahını tutublar. Qollistlərin üsyanı yatırıldı, lakin o, müttəfiqlərə bir çox cəhətdən dəyərli kömək etdi: gün ərzində Vişinin müdafiəçiləri çevriliş zamanı itirilmiş mövqelərə nəzarəti bərpa etmək üçün çox vaxt sərf edərək, Anglo-Amerikalılara şəhəri mühasirəyə almağa imkan verdilər. müqavimət demək olar ki, yox olmadı.

İşğal sahilin üç hissəsi arasında bölüşdürüldü. Desant qoşunlarının heç də hamısı onlara ayrılmış ərazilərə düşmədi, lakin bu, əhəmiyyətsiz idi, çünki onlar praktiki olaraq heç bir müqavimətlə qarşılaşmadılar. Sahil artilleriya batareyaları üsyançılar tərəfindən əvvəlcədən sıradan çıxarılmışdı. Fransız generallarından biri açıq şəkildə müttəfiqləri salamladı.

Yeganə qarşıdurma saat 18:00-da müttəfiqlərə təslim olan Əlcəzair şəhərinin özündə baş verdi.

Nəticələr[redaktə | mənbəni redaktə et]

Siyasi nəticələr[redaktə | mənbəni redaktə et]

Tezliklə məlum oldu ki, Anri Jiro fransız qoşunlarına komandanlıq etmək üçün kifayət qədər səlahiyyəti yoxdur; Üstəlik, o, Cəbəllütariqdə olarkən bu əməliyyatın nəticələrini gözləmək qərarına gəldi. Buna görə də, Eyzenhauer Ruzvelt və Çörçillin dəstəyi ilə Əlcəzairdə olan admiral Fransua Darlanın Müttəfiq tərəfə keçəcəyi təqdirdə Şimali Afrikaya nəzarəti təklif etdi və Vişi rejimini faktiki olaraq toxunulmaz buraxdı. Cavab həm Şarl de Qollun, həm Fransa Müqavimətinin, həm də müharibə müxbirlərinin qəzəbli reaksiyası oldu. Buna baxmayaraq, bu ideya həyata keçirildi. 24 dekabr 1942-ci ildə yerli antifaşist tərəfindən Darlanın öldürülməsindən sonra onun yerinə Jiru qoyuldu, o, tezliklə müttəfiqlərin tam razılığı ilə noyabrın 8-də üsyanın liderlərini həbs etdi.

Darlan və Giraudun müttəfiqlərlə əməkdaşlığından xəbər tutan Hitler alman qoşunlarına Fransanın işğal olunmamış cənub hissəsini işğal etməyi, eləcə də Şimali Afrikada almanların varlığını gücləndirməyi əmr etdi. Tunisdəki Fransa protektoratı da işğal edildi.

Nə olursa olsun, Müttəfiqlərin Darlan və Giraud kimi fiqurlardan istifadə etməsi Vişi rejiminin nüfuzlu liderlərini öz tərəfinə çəkməyə, onları Londonda Fransa Milli Komitəsinə yaxınlaşdırmağa və nəticədə Fransa tərəfindən tanınan vahid Fransa hökumətini yaratmağa imkan verdi.

Hərbi nəticələr[redaktə | mənbəni redaktə et]

Vişi Fransasının almanlar tərəfindən işğalından, eləcə də onların Tulonda Fransız donanmasını ələ keçirmək cəhdinin uğursuzluğundan sonra Fransanın Qərbi Afrikasındakı Fransız qüvvələri Müttəfiqlərin tərəfinə keçdi. Fransız Tunis Ordusunun dəstəyi ilə müttəfiqlər Tunis ərazisini işğal etdilər və demək olar ki, onun paytaxtı Tunis şəhərinə çatdılar, lakin Almanların əks hücumu ilə geri çəkildilər. 1943-cü ilin əvvəlində Ervin Rommelin Alman Afrika Korpunun təzyiqi altında bir sıra geri çəkilmələr baş verdi. Bununla belə, lazımi möhkəmləndirmələri alan müttəfiqlər 1943-cü il mayın 7-də almanları dayandıraraq Tunis və Bizerte şəhərlərini ələ keçirə bildilər. Siciliyadan hərəkət edən dəniz və hava qüvvələrinin dəstəyindən kəsilən Tunisdəki alman-italyan qüvvələri şərqdən (Misirdən) irəliləyən İngilis qüvvələrinin və qərbdən (Əlcəzairdən) irəliləyən Anglo-Amerika qüvvələrinin hücumları altında may 1943-cü ildə təslim oldular.

Qeydlər[redaktə | mənbəni redaktə et]

Şərhlər[redaktə | mənbəni redaktə et]