"Pavlovniya çiçəkləri" ordeni

"Pavlovniya çiçəkləri" ordeni (桐花章, Tōka shō?) — xüsusən də ictimaisiyasi həyatda uzun illər ərzində görkəmli nailiyyətlər əldə etmiş şəxslərə verilən Yapon ordenidir.[1] Orden 1888-ci ildə Yaponiya hökumətinin fərmanı ilə verilməyə başlanmış və "Doğan günəş" ordeninin ən yüksək ordeni olaraq təqdim olunmuşdursa da, 2003-cü ildən müstəqil bir orden olaraq təqdim edilməyə başlanmışdır.

"Pavlovniya çiçəkləri" ordeni
桐花章

Ölkə
Tip orden
Kimə verilir xüsusən də ictimaisiyasi həyatda uzun illər ərzində görkəmli nailiyyətlər əldə etmiş şəxslərə
Təltif edir
Statistika
Təsis tarixi 1888
Ardıcıllıq
Yüksək mükafat "Böyük xrizantema" ordeni
Aşağı mükafat "Doğan günəş" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Orden ənənəvi olaraq görkəmli dövlət xadimlərinə, keçmiş baş nazirlərə və yüksək vəzifəli nazirlərə, diplomatlara və hakimlərə verilir. Bu orden, şəxsin ölümündən sonra da verilə bilər və Yaponiyanın mükafat sistemində müntəzəm olaraq verilən ən yüksək mükafatdır.[2] Bu mükafatlar hər il verilmir və 2003-cü ildən bu yana cəmi 24 nəfər şəxs bu ordeni almaq şərəfinə nail olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Japan, Cabinet Office: Decoration Bureau Arxivləşdirilib 2018-12-05 at the Wayback Machine
  2. Tony Emmanuel. "Dr M to receive top Japanese govt award for 'extraordinary contributions' as PM". Malay Mail. 3 November 2018. 4 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 November 2018.