"Qida" korporasiyası (film, 2008)

"Qida" korporasiyası (ing. Food, Inc.) — Robert Kennerin rejissoru olduğu 2008-ci il amerikan sənədli filmi.[4] Filmdə Amerika Birləşmiş Ştatlarında kənd təsərrüfatı üzərində aparılan araşdırmalar əsasında, aqrobiznesin həm ətraf mühitə, həm heyvanlara, həm də işçilərə zərərli bir şəkildə qida istehsal etdiyindən bəhs edilir. Film Maykl Pollan və Erik Şlosser tərəfindən səsləndirilmişdir.[5][6]

"Qida" korporasiyası
ing. Food, Inc.
Janr Sənədli film
Rejissor Robert Kenner
Prodüserlər Robert Kenner
Eliz Pörlşteyn
Ssenari müəllifləri Robert Kenner
Eliz Pörlşteyn
Kim Roberts
Baş rollarda Erik Şlosser
Maykl Pollan
Operator Kim Roberts
Bəstəkar Nensi Piterson
İstehsalçılar Magnolia Pictures
Participant Media
Distribütor Magnolia Pictures[d], Netflix
İlk baxış tarixi ABŞ 12 iyun 2009
Müddət 94 dəqiqə[1]
Yaş həddi 6+
Büdcə 1 250 000 $[2]
Gəlir 4 600 000 $[3]
Ölkə ABŞ ABŞ
Dil İngiliscə
İl 2008
Rəng rəngli
IMDb ID1286537

Film tənqidi zamanı müsbət reaksiyalar almış və bir çox mükafata, o cümlədən 2009-cu ildə ən yaxşı sənədli film təqdimata görə Akademiya MükafatıMüstəqil Ruh Mükafatına namizəd görülmüşdür.

Amerika kənd təsərrüfatı bir çox cəhətdən digər dünya ölkələri tərəfindən həsəd aparılan sahə olmuşdur. ABŞ aqrobiznesi daha az torpaq sahəsində daha böyük məhsuldarlıq və immiqrantların ucuz qiymətə işlədilməsi prinsipinə əsaslanır. Bəs burada bizi qidadan soyudan nə ola bilər? Aşağı qiymətə işləyən fermerlərin, ucuz qida restoranlarının və xəstəlikli istehlakçıların artan sayına əsasən, "Qida" korporasiyası sənədli filmi çəkilmişdir. Bu heyrətləndirici sənədli filmdə vurğulandığı kimi xəstə heyvanlar, ətraf mühitin pozulması, korlanmış və zərərli qidalar, piylənmə, şəkərli diabet və digər sağlamlıq problemləri yüksək mexanikləşdirilmiş və mərkəzləşdirilmiş sistemlə əlaqəli ən yayğın problemlərdir. Bu problemlərin əsas səbəbi aqrobiznesmenlərin kiçik miqdarda büdcə ilə böyük miqdarda gəlir əldə etmək istəyidir.

  1. "FOOD INC. | British Board of Film Classification". www.bbfc.co.uk. 20 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2020.
  2. "Box Office Information for Food, Inc". The Wrap. Archived from the original on 2 June 2013. İstifadə tarixi: 7 may 2020.
  3. "Food, Inc". Box Office Mojo. 16 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2020.
  4. Severson, Kim. "Eat, Drink, Think, Change". The New York Times. 3 iyun 2009. 5 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2020.
  5. Biancolli, Amy; Writer, Hearst Movie. "Review: 'Food, Inc.' not for the squeamish". SFGate. 12 iyun 2009. 19 June 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2020.
  6. Chesterman, Lesley. "A Film That Will Make You Think Before You Eat". Montreal Gazette. 23 June 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 may 2020.