"Yapon" və yaponiyalı (kir. "Јапон" вә јапонијалы) – 1990-cı ildə Sergey Ratnikovun rejissorluğu ilə çəkilmiş Azərbaycan filmi. Ratnikovun rejissor kimi debüt filmidir. Film 1944-cü ildə Nardarana düşmüş yaponiyalı əsgər və "yapon" ləqəbli yerli sakindən bəhs edir.
"Yapon" və yaponiyalı | |
---|---|
rus. «Япон» и японец | |
Janr |
faciəvi komediya müharibə |
Rejissor | Sergey Ratnikov |
Ssenari müəllifi | Vaqif Mustafayev |
Baş rollarda |
Eduard Pak Davud Davudov Oqtay Ağayev Lətifə Əliyeva |
Operatorlar |
Kənan Məmmədov Fikrət Əsgərov |
Bəstəkar | Əli Babayev |
Rəssam | Rafiz İsmayılov |
İstehsalçı | "Debüt" Studiyası |
İlk baxış tarixi | 1990 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 26 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1990 |
Texniki məlumatlar |
3 hissə 860 metr 35 mm |
Rəng | ağ-qara |
Hadisələr 1944-cü ildə baş verir. Okinavada bir kamikaze dəstəsi döyüşə çıxır. Onlara ölmək əmri verilsə də, kamikazelərdən biri (Eduard Pak) tapşırığı yerinə yetirə bilmir və istiqamətini itirib Nardaran qəsəbəsinə düşür. Bu zaman dənizdə balıq tutan Gülbala (Davud Davudov) ilə rastlaşır. Qəsəbədə qıyıq gözlərinə görə "yapon" adlandırılan Gülbala onu xilas edərək evə gətirir.
Yaponiyalı Gülbala və onun kor anası (Lətifə Əliyeva) ilə birlikdə yaşamağa başlayır. O, tapşırığı yerinə yetirə bilmədiyi üçün kədərlənir, hər dəfə harakiriyə cəhd edəndə Gülbala və anası ona mane olur. Gülbalanın qəsəbədə yerli avtoritetlə (Ömür Nağıyev) münaqişə yaşayır. O, Gülbalaya onun ərazisində balıq tutmağı qadağan edir, buna əməl etməyəndə onu döyür. Yaponiyalı bu vəziyyəti öyrənib avtoriteti döyərək onun qisasını alır.
Digər tərəfdən Dövlət Təhlükəsizliyi Komitəsinin nümayəndəsi Məlik Babanov (Oqtay Ağayev) Nardaranda yapon casusunun olması haqda məlumat əldə edir. Məsələ Stalinin nəzarəti altında olduğu üçün yapon casusu tutmaq əmri alır. Qəsəbəyə gələn təhlükəsizlik xidmətinin əməkdaşları araşdırma aparır. Onlara yapon ləqəbli Gülbalanı göstərirlər. Gülbala həbs olunub işgəncələrə məruz qalır, lakin azərbaycanlı olduğu aydın olanda sərbəst buraxılır.
Yaponiyalı yenə harakiri etməyə qərar verir və anasına ölümqabağı məktub yazır. Məktub ələ keçirən təhlükəsizlik komitəsi silahlı dəstə ilə Nardarana Gülbalanı tutmaq üçün gəlir. Gülbala ələ keçməmək üçün harakiri edir. Gülbalanın öldüyünü görən yaponiyalı bundan sonra Gülbalanın anasının yanında qalır, ona kömək etməyə başlayır.