Ömür Məlik oğlu Nağıyev — Azərbaycan aktyoru və rejissoru, Azərbaycanın əməkdar artisti[1], ikinci rejissor, arxiv kadrlarda iştirak edən.
Ömür Nağıyev | |
---|---|
Ömür Məlik oğlu Nağıyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1972–2012 |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0619341 |
1953-cü ildə Bakı şəhərində anadan olub. 1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino və televiziya rejissorluğu fakültəsini bitirib. 1972-ci ildən etibarən "Azərbaycanfilm" kinostudiyasında işləyib. 30-dan çox filmdə çəkilib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.[2] Bakı Bələdiyyə teatrında işləyib.
“Qanlı zəmi”, “Yeddi oğul istərəm”, “İmtahan”, “İşarəni dənizdən gözləyin”, “Bizim küçənin oğlanları”, “Bəyin oğurlanması”, “Doğma sahillər” kimi filmlərdə yaratdığı obrazlar qalereyası, Bakı Bələdiyyə Teatrının səhnəsində həyat verdiyi rəngarəng rolları xüsusilə vurğulanmalıdır.[3]
2005-ci ildən S.Vurğun adına Rus Dram teatrının aktyorudur. Teatrda işlədiyi müddətdə bir neçə obrazlar yaradıb. Onlardan: Bernar (K.Xiqqins "Qarold və Mod"), Prokuror (M.İbrahimbəyov "Neft bumu"), Qersoq Kornuelski (U.Şekspir "Kral Lir"), Polis (Elçin "Ubiysa"), Azər-baba (S.Vurğun "Fərhad və Şirin") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
31 dekabr 2013-cü ildə Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib[4]. Hövsan qəbiristanlığında dəfn olunub.