Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
"Yol xəritəsi" planı — İsrail-Fələstin konfliktini həll etmək üçün bir plan.
Kvartet (ABŞ, Avropa İttifaqı, Rusiya və Birləşmiş Millətlər Təşkilatı) tərəfindən Yaxın Şərq regionundakı sabitliyi bərpa etmək üçün təklif olunmuşdur. Planın prinsiplərini ABŞ Diplomatik Xidmət Məmuru Donald Blom hazırlasa da, rəsmi olaraq ilk dəfə ABŞ Prezidenti Corc V. Buş 24 iyun 2002-ci ildə öz nitqində qeyd etmişdir. Onun bu nitqi sülh şəraitində İsrail ilə yan-yana yaşayan müstəqil Fələstin dövlətinə çağırış idi: "Yol xəritəsi planı təhlükəsiz İsrail dövləti və öz varlığını müstəqil saxlaya bilən, dinc, demokratik Fələstin dövlətinin maraqlarını təmin edən başlanğıcdır. Bu Yaxın Şərqin uzunmüddətli sülh və təhlükəsizliyi proqresi üçün strukturdur…"
"Yol xəritəsi" planı 2005-ci ildən də tez konfliktin sonlandırılmasını nəzərdə tutan üç məqsədyönlü mərhələdən ibarətdir. Buna baxmayaraq, bu proqres, əsaslı plan kimi tərəflərin təmiz niyyətli səylərini, planın öhdəçi kvartetin hər birinə uyğun şəkildə həyata keçirilməsini tələb edərək və bunlardan asılı olaraq aşağidakı mərhələlərdən təşkil olunmuşdur:
"İsrail Xalqı və Torpaqları Qoruma Birliyinin" təşkil etdiyi konfransda, Yəhudi camaatının qabaqda gələn xaxamları bir yerə gəldi. İsraildəki radikal dincdarların fikrini əks etdirməsiylə bilinən birliyin şərhində, ABŞ-nin "Yol Xəritəsi" sərt bir dillə tənqid olundu.
"Qərbi Şəriyə və Qəzzədəki torpaqlar bizə Tövratla verilmiş müqəddəs torpaqlardır" deyən köhnə baş xaxam Mordeahi Eliahu Baş nazir Ariel Şaronu bu torpaqları fələstinlilərə verməməyə çağırdı. 12 may 2003-cü ildə İsrail Baş naziri Ariel Şaron bilavasitə "Yol xəritəsi" planının məskunlaşmanı dondurmaq kimi öhdəliklərindən imtina etdi, məskunlaşmanı dondurmaq mühacirlərə ev tikilməsini və ailə qurmalarını mümkünsüz edərək, İsrailin maraqlarına zidd idi. Hətta A. Şaron ABŞ dövlət katibi Kolin Paula belə bir sual ünvanlamışdı: "Siz nə istəyirsiniz, hamilə bir qadın mühacir olduğuna görə dünyaya gələcək körpəsindən imtina etməlidir?".
"Yol xəritəsi"nin həyata keçirilməsi ilə əlaqəli olaraq 3–4 iyun 2003-cü ildə Misirin Şarm əl-Şeyx qəsəbəsində, 5 iyunda isə İordaniyanın Akabe şəhərində iki zirvə görüşü olduqca əhəmiyyətlidir. Bunlardan ilki Buş ilə Amerika yönümlü Ərəb rəhbərlikləri (Fələstinin yeni baş naziri Mahmud Abbas ilə Misir, İordaniya, Bahreyn və Səudiyyə Ərəbistanı) arasında reallaşmışdır ki, beləcə ilk dəfə Yaxın Şərqdə hər hansı bir barış üçün ən əhəmiyyətli iki dövlət (Suriya və Livan) kənarlaşdırılmış və Ərəb dövlətləri ABŞ yönümlü və əleyhdarları olaraq rəsmi şəkildə iki qütbə ayrılmışdır. Akabe Zirvəsinə isə Buş, Şaron, Mahmud Abbas və Kral Abdullah qatılmışdır. Hər iki zirvənin də məqsədi Fələstini yenidən quraraq Fələstin müqavimətini dayandırmaq və bu müddətdə Ərəb dövlətlərindən dəstək almaqdır. Ancaq Fələstin xalqının silahsızlandırılması və mühacirlərin geri dönməsinə maneə törədilməsi kimi mövzuların görüşüldüyü bu zirvələr, xəyanət razılaşmaları olaraq xarakterizə edilərək böyük reaksiya yığmışdır. Akabe Zirvəsinin nəticələrini rədd edən Həmas, İslami Cihad və əl-Axsa Şəhidləri Briqadası zirvə sonrasında artan İsrail hücumlarına cavab olaraq, ilk dəfə 9 iyunda İsrail istiqamətində birlikdə silahlı hərəkət reallaşdıraraq dörd İsrail əsgərini öldürmüşlər.
Məqalənin bu bölməsinin neytrallığı şübhə doğurur. Tərəf tutmaq və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən fikirlər olduğu iddia edilir. Xahiş olunur bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz. |
Yaxın Şərqdə daimi bir barış üçün böyük ümidlər bəslənən "Yol xəritəsi", əvvəlki planlar kimi, xronikiləşmiş Fələstin-İsrail məsələsinə həll gətirə biləcək xüsusiyyətlərə sahib deyil. Çünki İsrail işğalı əvəzinə Fələstin müqavimətinin problem olaraq görüldüyü bu plan, yeni bir şey ortaya qoymamaqdadır. Eduard Səidin deyimiylə "bir barış planı olmaqdan çox passivləşdirmə planı olan Yol Xəritəsi, İsrail işğalının daha da təşkilatiləşməsini təmin edəcək". ABŞ və İsrail ikilisi bu planla, Fələstini yaxşıca küncə sıxışdırmağı və Fələstinin mübarizəsini tamamilə məhv etmək məqsədindədir. Bu müddətdə ən böyük təhlükə eynilə Livanda etdikləri kimi, Fələstini vətəndaş müharibəsinə sürükləmədir.