ABŞ dövlət katibi

ABŞ Dövlət Departamentinin emblemi

Dövlət katibiAmerika Birləşmiş Ştatlarının xarici siyasət idarəsi sayılan Dövlət Departamentinin rəhbər vəzifəsi. Dövlət katibi ABŞ Prezidentinin Kabinetinə daxildir.[1][2]

1781-ci il yanvarın 10-da İkinci Kontinental konqres Xarici Əlaqələr Departamentini təsis etdi. 1789-cu il sentyabrın 15-də bu qurumun adı dəyişdirilərək Dövlət Departamenti, onun rəhbər vəzifəsi isə Dövlət katibi adlandırıldı. ABŞ-nin ilk Dövlət katibi vəzifəsini Tomas Cefferson tutmuşdur.

1997-ci ilədək bu vəzifəni yalnız ağdərili kişilər tutmuş, həmin il bu vəzifəyə Madlen Olbraytın, Corc Buş administrasiyası dövründə isə qaradərili Kolin PauellKondoliza Raysın təyin olunması ilə həmin ənənə pozulmuşdur. Hazırkı dövlət katibi Mayk Pompeo, 1789-cu ildən bu yana bu vəzifəni tutan 70-ci şəxsdir.

Vəzifə öhdəlikləri

[redaktə | mənbəni redaktə et]
  • ABŞ Dövlət Departamentinin və xarici siyasi əlaqələrin idarə edilməsini təmin edir.
  • ABŞ-nin xarici siyasəti və başqa ölkələrə diplomatik nümayəndələrin təyin olunması, həmçinin xarici ölkələrin diplomatik nümayəndələrinin qəbul edilməsi və ya qovulması ilə bağlı ABŞ Prezidentinə tövsiyələr verir.
  • Xarici ölkələrlə yüksək səviyyəli görüşlərdə danışıqlar aparır və ya bunu etmək üçün nümayəndələr təyin edir. Bura beynəlxalq sazişlər və digər razılaşmalar üzrə danışıqlar daxildir.
  • ABŞ-nin başqa ölkələrdəki fəaliyyətlərinin qurumlararası ümumi idarəetməsini, əlaqələndirilməsi və nəzarətini həyata keçirir.
  • Xaricdə yaşayan və ya səyahətdə olan ABŞ vətəndaşlarını məlumat və xidmətlərlə, həmçinin pasport və vizalarla təmin edir.
  • Xarici ölkələrdə ABŞ-nin immiqrasiya siyasətinə rəhbərlik edir.
  • ABŞ-nin xarici siyasəti ilə bağlı Konqresi və ABŞ vətəndaşlarını məlumatlandırır.

Dövlət katibinin vəzifəsi xarici əlaqələrin təmin edilməsi olduğu üçün, o daim müxtəlif ölkələrdə səfərdə olur. Qurumun tarixində ən çox ölkəyə səyahət edən dövlət katibi 112 səfərlə Hillari Klinton[3], ikinci isə 96 səfərlə Madlen Olbrayt olmuşdur.[4] Ən çox məsafə qət edən dövlət katibi isə 1 696 849,6 km-lə Kondoliza Rays[5], ikinci isə ‪1 539 575,0‬ km-lə Hillari Klintondur.[3]

  1. "Heads of State, Heads of Government, Ministers for Foreign Affairs" Arxivləşdirilib 2012-09-27 at the Wayback Machine, Protocol and Liaison Service, United Nations. Retrieved November 2, 2012.
  2. NATO Member Countries Arxivləşdirilib 2017-10-01 at the Wayback Machine, NATO. Retrieved November 2, 2012.
  3. 1 2 Mark Landler. "Scare Adds to Fears That Clinton's Work Has Taken Toll". The New York Times. January 4, 2013. September 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 18, 2015.
  4. Lee, Matthew. "Frequent flier Hillary Clinton hits 100-country mark". Detroit Free Press. Associated Press. June 28, 2012. June 28, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 18, 2015.
  5. Jackson, David. "Clinton, Rice vie for most traveled secretary of State". USA Today. June 18, 2012. November 23, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 18, 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]