"Zuğulba" iqamətgahı — Azərbaycan Respublikası Prezidentinin rəsmi şəhərətrafı iqamətgahı.[1][2] Bakıdan 40 km aralıda, Xəzər dənizinin yaxınlığında, Zuğulbada yerləşir.[3]
"Zuğulba" iqamətgahı | |
---|---|
40°32′32″ şm. e. 50°05′26″ ş. u.HGYO | |
Ölkə | |
Tikilmə tarixi | 2008 |
Üslubu | neoklassik memarlığı |
İstinad nöm. | 2589 |
Vikianbarda əlaqəli mediafayllar |
Sovet dövründə bu ərazidə Azərbaycan Kommunist Partiyası və Azərbaycan SSR rəhbərlərinin hökumət daçaları yerləşirdi.
"Zuğulba" iqamətgahı Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbəsi statusuna malik olan təşkilatlar siyahısına daxil edilmişdir.[4]
İqamətgah Xəzər dənizinin sahilində yerləşir və rəsmi görüşlər və tədbirlər zamanı istifadə üçün nəzərdə tutulub. Memarlığı Qərb memarlığının elementlərini Azərbaycan milli üslubu ilə birləşdirir.[5] Sarayda İsrailin Baş naziri Benyamin Netanyahu[6], Belarus Prezidenti Aleksandr Lukaşenko[7],[8] Rusiya prezidentləri Dmitri Medvedyev[9] və Vladimir Putin[10], Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili kimi bir sıra dövlət rəsmiləri qəbul edilib.[11]