Çıx Yaşıl Düzə (mahnı)

Çıx Yaşıl Düzə - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı.

"Çıx Yaşıl Düzə"
Qara Dərviş tərəfindən National Pearls albomunda ifa olunmuş mahnı
Yayımlanıb 2015
Dil Azərbaycanca
Müddət 4:02
Bəstəkar Arif Məlikov
Sözlərin müəllifi İslam Səfərli
Studiya Sekiz Müzik Yapım
Videoklip
 Çıx Yaşıl Düzə

Mahnı haqqında

[redaktə | mənbəni redaktə et]

Mahnının sözləri İslam Səfərliyə, bəstə Arif Məlikova, aranjemanı isə Qara Dərvişə aiddir.

Mahnı sözləri

[redaktə | mənbəni redaktə et]

Qəlbimi dindir,
Sənə sözüm var.
Naz - naz eyləmə,
Gəl görüşək yar.
Çıx yaşıl düzə,
Qonaq gəl bizə,
Gözüm yoldadır,
Xoş xəyaldadır.
Tez gəl, ey gülüm,
Gözəl sevgilim,
Xəyalımda var
Sevdalı bir yar.
Çıx yaşıl düzə,
Qonaq gəl bizə.
Yanağı çiçək,
Gözləri göyçək,
Üzəngidən tut
Sən məni görcək.
Çıx yaşıl düzə,
Qonaq gəl bizə,
Gözüm yoldadır,
Xoş xəyaldadır.
Tez gəl, ey gülüm,
Gözəl sevgilim,
Xəyalımda var
Sevdalı bir yar