Zibeydə - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı.
"Zibeydə" | |||||||
---|---|---|---|---|---|---|---|
Qara Dərviş tərəfindən National Pearls albomunda ifa olunmuş mahnı | |||||||
Yayımlanıb | 2015 | ||||||
Dil | Azərbaycanca | ||||||
Müddət | 5:45 | ||||||
Bəstəkar | Tofiq Quliyev | ||||||
Sözlərin müəllifi | Zeynal Cabbarzadə | ||||||
Studiya | Sekiz Müzik Yapım | ||||||
|
Mahnının sözləri Zeynal Cabbarzadəyə, bəstə Tofiq Quliyevə, aranjemanı isə Qara Dərvişə aiddir.
Alagöz Zibeydə, sən qəşəngsən, qəşəng.
Həsrətin qəlbimi yandırır, ay mələk.
Alagöz Zibeydə, sən qəşəngsən qəşəng.
Həsrətin qəlbimi yandırır, ay mələk.
Sənin mən hicrinə dözmərəm,
Səndən mən əlimi üzmərəm.
Alagöz, şirinsöz Zibeydə,mən sənə yalvarıram,
Dərdindən heyvatək saraldım,gəl mənə, yalvarıram.
Alagöz, şirinsöz Zibeydə, mən sənə yalvarıram,
Dərdindən heyvatək saraldım, gəl mənə, yalvarıram.
Yaz gəlib, hər yanda gül açmışdır çəmən,
Bənövşə tək boynum əyilmişdir qəmdən.