Çəhrayı rodiola

Çəhrayı rodiola (lat. Rhodiola rosea) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.

Çəhrayı rodiola
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Çəhrayı radiola (qızıl kök) çoxillik ot bitkisidir. Kökümsovları qalın olub, kökləri nazik çıxıntılardan ibarətdir. Kəsilmiş kökü və kökümsovu müxtəlif cür olur. Kökümsovların uzunluğu 9 sm, eni isə 2-5 sm, sərt, qırışıq, yuxarı hissəsi parlaq olub, pulcuqlu yarpaqlardan ibarətdir. Köklərinin uzunluğu 2-9 sm, eni isə 0,5-1 sm-ə bərabərdir. Xarici qatı qaşınan zaman limonu-sarı rəngli olur. Gövdəsi çoxsaylı, bəzən tək, düzqalxan, budaqlanmayan, adətən hündürlüyü 10-40 sm-ə bərabərdir. Yarpaqları oturaq, uzunsov-yumurtaçəkilli, ellipsçəkilli demək olar ki, neştərşəkilli, itiuclu, yuxarı hissəsi yabayabənzər-dişcikli olub, hündürlüyü 0,7-3,5 sm, eni isə 0,5-3 sm-ə bərabərdir. Çoxçiçəkli olub, qalxan çiçək qrupunda formalaşmışdır. Çiçəkləri bircinsiyylətli, 4 bəzən 5 saylı, kasacığı sarımtıl-yaşıl, ləçəkləri isə sarı rənglidir.

Sidr seyrək meşələrdə və rütublətli çəmənliklərdə yaşayır.

Yabanı çoxillik çəhrayı radiolanın kökümsovu və kökü vegetasiya dövrünün sonunda toplanılır. Bitki toplanıldıqdan 10-15 il sonra bərpa olunur. Xammal toplandıqdan sonra çardax və digər qapalı yerlərdə, günəşli havada və ya 50-60оС temperaturda quruducu şkafda aparılmalıdır. 

Çiçəkləri  xaricdən bozumtul-qəhvəyi, daxili isə çəhrayı-qəhvəyi və ya açıq-qəhvəyi olur. Spesifik qızılgül iyli və acı, büzücü dadlıdır.

Quru, havası yaxşı dəyişilən yerlərdə saxlanılmalıdır. Saxlanılma müddəti 3 ildir.[3]

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Yarpaqlarında 4-9% arbutinin, hidroxinon, metilarbutinin, qall, ellaq, xinin və ursol turşuları, flavonoidlər və aşı maddələri vardır. Yeraltı orqanlarında fenolspirt və qlikoziqlər, 1% salidrozidlər (rodiolozid), 20% flavonoidlər, aşı maddələri, üzvi turşular və efir yağları vardır. 

Ümumtonuslandırıcı dərmandır. Ekstraktı mərkəzi sinir sistemini stimullaşdırır, beyni enerji ilə təmin edir, intensiv şəkildə oksidləşdirmə-sintez, makroergik fosfat proseslərini həyata keçirir. Maddələr mübadiləsi proseslərini də normallaşdırır. Eyni zamanda adaptasiya proseslərini, orqanizmin müxtəlif faktorlara qarşı (səs, infeksiya) həssaslığın yüksəlməsinə qarşı rezistentlik yaradır.

Xammalından məhlul və ekstrakt hazırlanır ki, stimullaşdırıcı vasitə kimi yüksək həssaslıqlarda, astenik vəziyyətlərdə, fiziki və psixi yorğunluqlarda və nevrasteniyada müvəffəqiyyətlə işlədilir. [4]

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1035.
  2. Illustrated Handbook of Succulent Plants: Crassulaceae. / red. U. Eggli 2003. S. 223–224. — ((untranslated))
  3. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  4. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333