Çənəsizlər

Çənəsizlər (lat. Agnatha) — heyvanlar aləminin xordalılar tipinin onurğalılar yarımtipinə aid heyvan infratipi.

Çənəsizlər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
İnfratip:
Çənəsizlər
Beynəlxalq elmi adı

Xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çənəsizlərə həm qazıntı halında tapılan, həm də müasir onurğalılar aiddir. Bu heyvanların xordası bütün ömur boyu qalaraq bədənə dayaq durur. Çənəsizlərin çox az nümayəndələrində fəqərələr əmələ gəlməyə başlayır. Kəllə qutusu qığırdaqdandır. O, beyni altdan və yanlardan əhatə edir. Bəzi qazıntı nümayəndələrində bu qutu qismən sümükləşmişdir. Kəllə skeletinin visseral hissəsi qəlsəmə qövslərindən ibarət olub qəlsəməətrafı toru əmələ gətirir. Bəzi qazıntı formalar nəzərə alınmazsa bu tor beyin qutusu ilə əlaqədar olmur. Adından göründüyü kimi, bu heyvanların çənələri yoxdur, ağız dəyirmi və ya üçkünc olub, sorucu ağızönü qıfın dibində yerləşir. Qoxu hissəsi təkdir, xaricə bir dəliklə açılır (keçmişdə yaşamış müxtəlif qalxanlılarda qoxu kisələrinin və burun dəliklərinin cüt olduğu güman edilir). Daxili qulaq bir, bəzən iki yarımdairəvi kanaldan ibarətdir. Quyruq üzgəci nisbətən yaxşı inkişaf edib, bir-iki bel üzgəci var, cüt üzgəcləri yoxdur. Qəlsəmə arakəsmələrinin sayı 720 olur, qəlsəmə kisələri də əmələ gəlir. Bu kisələrin daxili səthi entoderma qatı ilə örtülür, onların daxili qəlsəməlidir (adı da buradandır).

Çənəsizlər primitiv kəlləsizlərdən ordovikin sonu silurun əvvəllərində ayrılıb. Bu dövrün qazıntı qalıqlarında çənəsizlərə aid dəridə örtük sümüklərinin qalıqları tapılıb. Silurun axırları və devon dövründə yaxşı dəri skeleti olan çənəsizlər formalaşıb. Bunları keçmişdə yaşamış qalxanlılara və hazırda yaşayan çənəsizlərə ayıraraq hərəsini sərbəst sinif kimi göstəriblər. 

Çənəsizlərin əmələ gəlməsi və təkamülü tam aydın deyil. Lakin güman edilir ki, çənəsizlər onurğalıların əcdadlarının dənizlərdən şirin sulara keçdiyi dövrün əvvəllərində, dənizlərin və körfəzlərin dayazlıqlarında, çay mənsəblərində axın olmayan yerlərdə formalaşıb. 

Çənəsizlərin çoxu keçmişdə yaşayıb ölüb gediblər.[2] 

Əvvəllər devon dövründə nəsli kəsilmiş Ostracodermi sinfini də çənəsizlərə aid edirdilər. 

Müasir çənəsizlərin sistemi aşağıdakı kimidir:

  1. Integrated Taxonomic Information System (ing.). 2003.
  2. Abbasov H.S., Mustafayev Q.T., Məmmədova S.Ə., İsmayıov R.Ə., Ali məktəblər üçün dərslik. Onurğalılar zoologiyası. Bakı-1999. “Təhsil” nəşriyyatı. səh. 88