Çərşənbə axşamı – dünyanın bir çox ölkələrində həftənin sayca ikinci günü.
ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin ikinci günüdür.
Rəsmi sənədlərdə çərşənbə axşamı bəzən qısaldılmış şəkildə ç.a. da yazılır.
Fars dilində çərşənbə axşamı "dördüncü şənbə axşamı" deməkdir.
Azərbaycanda bu gün rəsmi sənədlərdə və rəsmi dildə Çərşənbə axşamı adlansa da, cəmiyyətdə daha sadə, sıra sayına görə ikinci gün deyilir.
Çərşənbə axşamı həftədə bazar ertəsi günü ilə çərşənbə arasında yerləşir.
Qədim Romada çərşənbə axşamı müharibə allahı Marsa həsr edimişdi.
Azərbaycanda Novruz bayramından əvvəlki dörd həftənin çərşənbə axşamları bayram günləri kimi qeyd edilirlər. İnsanlar bir-birini təbrik edir, həyət və küçələrdə tonqallar qalanaraq üstündən tullanırlar.
Həftənin günləri |
---|
Bazar ertəsi · Çərşənbə axşamı · Çərşənbə · Cümə axşamı · Cümə · Şənbə · Bazar |