Çərkəz Qurbanlı

Çərkəz Qurbanlı (20 yanvar 1941, Saral, Hamamlı rayonu5 may 2014, Bakı) — tərcüməçi-alim.

Çərkəz Qurbanlı
Doğum tarixi 20 yanvar 1941(1941-01-20)
Doğum yeri
Vəfat tarixi 5 may 2014(2014-05-05) (73 yaşında)
Vəfat yeri
Elmi dərəcəsi
Təhsili

Qurbanov Çərkəz Hüseyn oğlu 20 yanvar 1941-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. Orta təhsilini 1948–1959-cu illərdə həmin kəndin orta məktəbində alıb. 1960–1965-ci illərdə M. F. Axundov adına ADPDİ-nin Qərbi Avropa fakültəsinin Alman dili şöbəsində təhsil alıb.

1980-ci ildə filologiya üzrə elmlər namizədi elmi adını alıb. 1990-ildə dosent elmi adı alıb.

Çərkəz Qurbanlı bir vaxtlar Heydər Əliyevin alman dili üzrə tərcüməçisi kimi də çalışıb. O, Alman dili ilə yanaşı, rus, türk, ingilis və erməni dillərini bilirdi.

Çərkəz Qurbanlı 5 may 2014-cü il tarixində ölmüşdür.[1]

1965–1966-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında alman dili üzrə tərcüməçi işləyib. 1966-cı ildə M. F. Axundov adına APDİ-də müəllimlik fəaliyyətinə başlayıb. 1973-cü ildə həmin institutda Alman dili kafedrasında baş müəllim vəzifəsini tutub.

1986-cı ildə Tərcümə kafedrasının müdiri vəzifəsinə keçib. 1993-cü ildə Tərcümə fakültəsinin dekanı, daha sonra yenidən Tərcümə və axşam təhsili fakültəsinin dekanı olub. 1993–1994-cü illərdə I prorektor əvəzi vəzifəsində çalışıb.

2000-ci ildə ADU-nun Alman dilinin leksikası və üslubiyyatı kafedrasına müdir seçilib. 2004–2008-ci illərdə ADU-nun Alman dili fakültəsinin dekanı vəzifəsində çalışıb.

2011-ci ildə Alman dilinin leksikası və üslubiyyatı kafedrasında professor vəzifəsini tutub. 2009–2014-cü illərdə ADU-nun nəzdində bir sıra dil laboratoriyalarında aparıcı elmi işçi kimi də çalışıb.

Araşdırmaları

[redaktə | mənbəni redaktə et]

Tərcüməçi-alim Çərkəz Qurbanlı Məhəmməd Əsəd Bəyin Azərbaycandakı araşdırıcılarından olub. O, Əsəd bəyin 6 əsərini, o cümlədən "Əli və Nino" romanını alman dilindən Azərbaycan dilinə tərcümə edib. Çərkəz Qurbanlı XX əsr dünya ədəbiyyatına böyük təsir göstərmiş alman dilli Avstriya yazıçısı Frans Kafkanın əsərlərinin tərcüməsinə görə Avstriya hökumətinin mükafatını alıb.

Tərcümələri

[redaktə | mənbəni redaktə et]
  1. Frans Kafka "Qəsr"
  2. Əsəd Bəy "Allahu Əkbər"
  3. Əsəd Bəy "Məhəmməd Peyğəmbər"
  1. "Çərkəz Qurbanlı vəfat etdi". www.azadliq.org. 2024-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-30.