Məhəmməd , Məhəmməd Peyğəmbər və ya Muhəmməd. Son peyğəmbər (alm. Mohammed. Eine Biographie) — Məhəmməd Əsəd bəyin 1932-ci ildə almanca yazdığı Məhəmməd peyğəmbərdən bəhs edən tarixi-publisistik romanı.[1]
Muhəmməd. Son peyğəmbər | |
---|---|
Mohammed. Eine Biographie | |
| |
Müəllif | Məhəmməd Əsəd bəy |
Janr | Roman |
Orijinalın dili | Almanca |
Ölkə | Almaniya |
Orijinalın nəşr ili | 1932 |
Tərcüməçi | Çərkəz Qurbanlı |
Nəşriyyat |
Kiepenheuer Bakı Kitab Klubu (2016) |
Səhifə | 392 (2016) |
Tiraj | 100 |
Əvvəlki | Qafqaz |
Sonrakı | Ağ Rusiya: vətənsiz xalq |
Kitabda Ərəbistanın islamdan öncəki cahiliyyət dövrü, dünyanın yeni düzənini yaratmış Məhəmməd Peyğəmbərin uşaqlığı, gəncliyi və peyğəmbərliyi, eləcə də islamın XX əsrin əvvəlinə kimi olan vəziyyəti bədii boyalarla təsvir olunur.[1]
Roman ilk dəfə 1932-ci ildə Berlində Kiepenheuer nəşriyyatında çap olunmuşdur.
Əsər daha sonra Çərkəz Qurbanlı tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş və Bakıda 2005-ci ildə Nurlan nəşriyyatında 475 səhifədə, 2016-cı ildə Bakı Kitab Klubu nəşriyyatında 392 səhifədə çap olunmuşdur.[1]