Məhəmməd Əsəd bəy

Məhəmməd Əsəd bəy və ya Lev Nussimbaum – Azərbaycanlı mühacir jurnalist və yazıçısı. O, Kiyevdən[3] qatarda dünyaya gəlmiş, lakin 14 yaşınadək, 1920-ci ildə bolşeviklərdən qaçmazdan əvvəl uşaqlığını Bakıda keçirmişdi. O, Qafqaz[4], Rusiya İmperiyası[5], Bolşevik İnqilabının[6] yenicə kəşf etdiyi neft[7] və islam[8] haqqında yazmaqla Avropa ədəbi dünyasında özünə taxça yaratmışdı. Bu mövzular Qərb sakinlərinə çox az tanış idi. O, əsərlərini alman dilində Əsəd Bəy adı altında yazırdı.

Məhəmməd Əsəd bəy
Doğum tarixi 20 oktyabr 1905(1905-10-20)[1]
Doğum yeri
Vəfat tarixi 27 avqust 1942(1942-08-27)[2] (36 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xəstəlik
Fəaliyyəti yazıçı, bioqraf, tarixçi
Əsərlərinin dili alman dili
Tanınmış əsərləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Əli və Nino" kitabı 1970-ci ildə Amerika nəşrindən başlayaraq, ümumi tirajı 11 milyon nüsxə ilə yenidən çap edilmiş, 27 dilə tərcümə edilmiş və Azərbaycan ədəbiyyatının klassik əsəri hesab olunur.

Mövzuya yaxından bələd olan tarixçilər və ədəbi tənqidçilər Əsəd Bəyi etibarlı mənbə[9] kimi nüfuzdan saldılar[neytrallıq?]. Bu gün Əsəd Bəyin yazmaq üçün seçdiyi mövzuların hələ də kritik olmasına baxmayaraq, tarixçilər bu təxəllüs altında nəşr olunmuş kitabları etibarsız hesab edir və nadir hallarda ona istinad edirlər[neytrallıq?]. Bundan başqa Əsəd Bəyin ədəbi məhsuldar olması və sonralar məşhur olan əlyazmaları saxtalaşdıraraq onları öz adı altında satışa buraxması[neytrallıq?]broker kimi fəaliyyət göstərməsi bu kitabların müəllifliyini sual altına qoyurdu[10]. O çox məhsuldar olduğuna görə[11], ədəbi agenti Verner Şendell ona sürətini azaltması və kitablar arasında fasilə verməsi üçün xəbərdarlıq etmişdi. Məhz həmin ildə polyak dilində iki romandan[12] savayı, alman dilində heç bir kitab nəşr edilməmişdi.

Kiyev sinaqoqu və Kiyev Dövlət Arxivindəki sənədlərin Lev Abramoviç Nussimbaumun Kiyevdə doğulduğunu göstərməsinə baxmayaraq,[13] onun sözlərinə görə o, 1905-ci ilin oktyabr ayında qatarda[14] nəşr edilən avtobioqrafik məqalədə Əsəd Bəy iddia edirdi ki, alman polisi onun doğuşunu Kiyevə kimi izləyəndən sonra o qatarda anadan olmuşdu. Həmin vaxtda isə o artıq iki kitabın müəllifi idi. (Şərqdə neft və qan, Qafqazın on iki sirri) Onun naşirləri bu kitabların əslən bakılı olan bir şəxs tərəfindən yazıldığı fikrini irəli sürürdülər. Beləliklə də, Die literarische Weltdə Əsəd Bəyin `qatarda doğuşuna` dair dəqiq verilməyən təsvir onun tezliklə Bakı doğumlu iddiası üçün hiyləgərcəsinə örtük rolunu oynadı. Bu iddia onun yazdıqlarına inam qazandırmış və kitablarını daha gəlirli etmişdi. Bu Nussimbaumun (Əsəd Bəy) tipik bir təcrübəsi idi. O daima yazdığı əsərlərin şəxsiyyətlərində və mövzularında milli eynilik haqqında iddialar irəli sürürdü. Stalin haqqında yazanda gürcü, II Nikolay haqqında yazanda isə özünü rus kimi qələmə verirdi. Fars aləmində boşanma məsələlərinə gəldikdə isə fars, Məhəmməd bioqrafiyasını yazanda isə müsəlman olduğunu iddia edirdi. Oxucuların cəfəngiyyat olsa da onun bütün yazdıqlarını həqiqət hesab etməsi üçün bütün bu cəhdlər nəzərə alınmışdı. Bax Betti Bleyer Nö.4, Əsəd bəyin Əli və Nino romanının əsl müəllifliyi ilə bağlı çoxlu eynilik. Onun əsl müəllif olmadığını göstərən yeddi səbəb",[15] dünyaya gəlmişdi. Onun doğum tarixi Kiyevin sinaqoqu ərazisində qeydə alınmışdır.

Atası Abraam Leybusoviç Nussimbaum yəhudi idi və Gürcüstan, Tiflis vətəndaşı idi. O, 1875-ci ildə anadan olmuş, sonralar Bakıya miqrasiya etmiş və neft sənayesinə sərmayə qoymuşdu.[16] Anası Basya Davidovna Nussimbaum, nikah haqqında şəhadətnaməsinə[17] əsasən Belarusiyadan gəlmə yəhudi idi. Lev hələ 5 yaşında ikən onun anası 16 fevral 1911-ci ildə zəhər içməklə özünə sui-qəsd etmişdi.[18] Göründüyü kimi sol partiya siyasətin[19] tutmuş və ola bilsin ki, kommunist hərəkatına cəlb edilmişdi. Sonralar atası onun qayğısına qalması üçün milliyyətcə alman olan Alis Şulteni dayə olaraq tutmuşdu.[20]

1918-ci ildə Lev və onun atası küçələrdə baş vermiş qətliamlar səbəbindən Bakıdan qaçmışdılar. Tarixçilərin etibarlı hesab etmədikləri Əsəd Bəyin ilk kitabına əsasən, onlar Türküstandan və İrandan keçmişdilər. Buna baxmayaraq, Nussimbaumun ədəbi əsərlərindən savayı, bu işgüzar səfərlə bağlı heç bir sənəd mövcud deyil.[21] Bolşeviklər 1920-ci ilin baharında Bakıda hakimiyyəti ələ keçirdikdən sonra Nussimbaum və onun atası Bakıya geri döndülər. Daha sonra isə onlar Gürcüstana qaçdılar və bolşeviklər Tiflis və Batumini ələ keçirənə qədər orada qaldılar.

Lev Nussimbaum "Şərqdə neft və qan" (Oel und Blut im Orient, alman dilində) adlı ilk kitabını 1929-cu ildə 24 yaşında ikən Əsəd Bəy adı altında yazmışdı. O, kitabın avtobioqrafik olduğunu iddia etsə də, Azərbaycan və Gürcüstanda görkəmli tarixçilər bunu təkzib etmiş və kitabın səhvlərlə, inanılmaz faktlarla dolu olduğunu və ən əhəmiyyətli "tarixi" hekayənin tamamilə səhv olduğunu bildirmişlər.[22] Əsərdə Əsəd Bəy uşaq ikən, 14 yaşında Azərbaycanı tərk etməyin məmnuniyyətindən söhbət açır. Kitabın son hissəsində o yazır: "Həmin anda mənim üçün Avropa başladı. Qoca Şərq isə öldü".[23]

Sonra onlar Konstantinopola getmək üçün minlərlə qaçqının köç etdiyi gəmiyə minməyə müvəffəq olmuşdular. Sonda isə o Berlində məskən salmış (1921–1933),[19] eyni zamanda orta məktəbə və Friedrich-Wilhelms Universitetinə yazılmışdı. O, bunlardan heç birini bitirməsə də hamıya Fəlsəfə elmləri namizədi olduğunu deyirdi.[24]

Nussimbaum yazır ki, onun təcrübələri heyranedici təcrübələrdir. Sonralar o Berlində 1922-ci ilin avqust ayında İslamı qəbul etməsini sübut edən şəhadətnamə əldə etdi.[25] 1926-cı ildə o, Berlinin məşhur ədəbi jurnalı olan Die literarische Welt (Ədəbiyyat dünyası) jurnalı üçün Əsəd Bəy təxəllüsü ilə əsərlər yazmağa başladı. Ən azı 120 məqalə onun adı altında dərc olunmuşdur.[26] Bu məqalələrin dəqiq ekspertizası aşkar edir ki, Azərbaycana yalnız üç məqalədə ötəri yer verilmişdir.[27] Azərbaycanda məşhur media haqqında ilk məqalədə ciddi səhvlər var və burada bəzi məqamlara toxunulmamışdır. Bu isə onun mövzu haqqında bir şey bilmədiyini göstərir. Digər iki məqalədə ölkələrin təsadüfi siyahısına Azərbaycanın da adı daxil edilir.

1930-cu illərin əvvələrində Əsəd Bəy əsasən müasir tarix və siyasi məsələlər haqqında yazaraq Qərbi Avropa üzrə məşhur müəllifə çevrilmişdir.[28]

Əsəd Bəy siyasi mövqeyinə görə monarxiya[29] tərəfdarı idi. O, 1931-ci ildə bolşevizm əleyhinə alman-rus liqasına qoşulmuşdu. Onun iştirakçıları, Daniel Lazarenin qeyd etdiyi kimi, "ya nasistdirlər ya da tezliklə olacaqlar". O, həmçinin Almaniyanın Hohenzollern sülaləsinin bərpasını müdafiə etmiş sosial monarxist partiyasına üzv oldu. Onun həmçinin Aleksandr Kazembekin başçılıq etdiyi Rusiya gənclər hərəkatının faşistlərilə əlaqələri vardı.

1932-ci ildə Əsəd Bəy ayaqqabı maqnatı olan Valter Louvendalın qızı Erika Louvendal ilə evlənmişdi. Nikah qalmaqal ilə bitərək müvəffəqiyyətsizliyə uğramışdı.[30] 1935-ci ildə Erika onu tərk edərək Nussimbaumun həmkarı olan René Fülöp-Miller ilə evlənməyə qərar vermişdi. Erikanın valideynləri zəngin idilər. Onlar 1937-ci ildə Erika ilə Lev Nussimbaum Əsəd Bəyin boşanmasına müvəffəq oldular.[31]

1938-ci ildə almanlar Avstriyanı işgal etdikdən sonra Nussimbaum İtaliyaya qaçdı və Pozitano şəhərinin dəniz sanatoriyasında məskən saldı. O ətrafların qanqrenasına səbəb olan və Aşkenaz soyuna mənsub yəhudi kişilərində müşahidə olunan bir xəstəliyə yoluxmuşdu və qan dövranının pozulması nəticəsində orada vəfat etmişdi. Ehtimal ki, bu xəstəlik bəzilərinin iddia etdiyi kimi Rayno deyil,[32] məhz Burger xəstəliyi idi.[33]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Nussimbaumun etnik mənsubiyyətinin yəhudi olmasına baxmayaraq, o elə bir monarxist və anti-sosialist siyasəti yürütmüşdü ki, mənşəyinin aşkar olunmasından əvvəl nasist təbliğat nazirliyi onun əsərlərini "Alman xatirəsi üçün ən üstün kitablar" siyahısına daxil etmişdi.[28] Onun adına yazılmış əsərlər arasında Lenin, Stalin, II Nikolay, Məhəmməd peyğəmbər və Rza şah haqqında tərcümeyi-hallar mövcuddur. Ehtimallara görə, bütün bu "tərcümeyi-hallar" 1932–1936-cı illər arasında yazılmışdır. Bir dəfə Nussimbaumdan Benito Mussolini [istinada ehtiyac var] haqqında rəsmi tərcümeyi-hal yazması tələb olunmuşdu. Əsəd Bəyin əsərləri və onun bioqrafiya olduğunu iddia etdiyi əsərləri tarixçilər və ədəbi tənqidçilər tərəfindən ifşa edilmişdir və bu əsərlərin etibarsız olduğunu göstərmək üçün yazılan yazılar istisna olmaqla onlara nadir hallarda istinad edilir.[34]

Əli və Nino: Müəlliflik üzərində olan iddialar

[redaktə | mənbəni redaktə et]

1937-ci ildə bəzi insanlar məşhur Əli və Nino sevgi romanının ona aid olduğunu qeyd edirdilər. Lakin Yusif Vəzir Çəmənzəminlinin romanları, hekayələri, siyasi oçerkləri və gündəliklərinin analizləri bu mühüm əsərin əsl müəllifinin məhz Çəmənzəminli olduğunu göstərir.[35] Əsəd Bəy romanı əldə etdikdən sonra süjet xəttinə, xüsusilə də folklorla bağlı hissələrə müəyyən dəyişikliklər etmiş və bu zaman ciddi səhvlərə yol vermişdir. Bunu görmək çətin deyil, çünki bu hissələri o, digər əsərlərindən köçürmüşdür.[36] Onun Qafqaz haqqında biliyi olduqca məhdud idi, belə ki o, 14 yaşında ölkəni tərk etmişdi.[37]

"Əsəd Bəy" təxəllüsü altında nəşr edilən kitablar

[redaktə | mənbəni redaktə et]
  • Şərqdə neft və qan (1929; İngiltərədə Aran Press nəşriyyatının təkrar nəşri, 1997; Almaniyada Maurerin təkrar nəşri, 2008, ISBN 978-3-929345-36-0)
  • Qafqazın on iki sirri (1930; Almaniyada Maurerin təkrar nəşri, 2008, ISBN 978-3-929345-37-7)
  • Stalin: Fanatikin karyerası (1931)
  • Qafqaz (1932), yalnız almanca, Der Kaukasus.
  • Məhəmməd Peyğəmbər (1932)
  • Ağ Rusiya: vətənsiz xalq (1932)
  • OGPU: Dünyaya qarşı təxribat (1932)
  • Maye qızıl (1933).
  • Rusiya yol ayrıcında (1933).
  • Sevgi və neft (1934), yalnız polyakca.
  • Manuela (1934), yalnız polyakca.
  • II Nikolay: Bənövşəyi dustaq (1935; Almaniyada Maurerin təkrar nəşri, 2001, ISBN 978-3-929345-57-5)
  • Lenin (1935), yalnız italyanca
  • Rza Şah (1936)
  • Allahu Əkbər: İslam dünyasının yüksəlişi və tənəzzülü (1936) (Volfqan von Veysl) Səudiyyə Ərəbistanı kralı İbn Səudun hakimiyyəti haqqında (1936)
  • Bolşevizmin sonu (1936), italyan dilində Giustizia Rossa kimi qələmə alınıb

"Qurban Səid" təxəllüsü altında nəşr edilən kitablar

[redaktə | mənbəni redaktə et]

Əsəd Bəyin rolu "Əli və Nino" və "Qızıl buynuzdan olan qız" kimi romanlarda daha çox müzakirə edilir. Faktlara əsaslandırılmış sübutlar göstərir ki, əlyazmalar ona ötürülmüş, o isə daha sonradan bu əsərlərə əlavələr edərək onları cilalamışdır.[38]

  1. Deutsche Nationalbibliothek Record #119131609 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Lev Nussimbaum // AlKindi.
  3. Abbas Abdulla, "Tədqiqat: Nussimbaum Kiyevdə yaşayan yəhudidir". Ədəbiyyat Qəzeti, Nö. 48:3643 (Bakı: 19 Dekabr, 2008), səh.6. "Əlinin və Nino romanının müəllifliyinə dair tez-tez soruşulan suallar" Arxivləşdirilib 2012-01-05 at the Wayback Machine, FAQ Nö. 54: Həqiqətənmi Lev Nussimbaum (Əsəd bəy) Bakıda doğulmuşdur"? Azərbaycan İnternəşnl jurnalı, cild. 15:24 Arxivləşdirilib 2022-06-15 at the Wayback Machine (2011), səh. 65 və səhifə 109-da 119-cu Qeyd.
  4. Şərqdə neft və qan (1929), Qafqazın on iki sirri (1930) və Qafqaz (1931).
  5. OGPU (1932), II Nikolay (1935).
  6. Stalin (1931), OGPU (1932), Rusiya yol ayrıcında (1933), Lenin (1935), Bolşevizmin sonu (1936).
  7. Şərqdə neft və qan (1929), Maye qızıl (1933), Sevgi və neft (1934), Allahu Əkbər (İbn Səid haqqında 1936).
  8. Məhəmməd (1932), Allahu Əkbər (İslamın və İbn Səidin yüksəlişi, 1936).
  9. Fakt, yoxsa uydurma? Əsəd bəyin müasirləri nə deyirdi", Azərbaycan İnternəşnl jurnalı, cild 15:2–4, səh. 166–177.
  10. "Əsəd bəy çoxmu məhsuldardı? Arxivləşdirilib 2012-01-05 at the Wayback Machine Həqiqətənmi, o 8 il ərzində 16 kitab yaza bilmişdir?" Azərbaycan İnternəşnl jurnalı, cild 15:2–4, səh. 162–163.
  11. Ədəbi agent Verner Şendel (1891–1961) yazışmalarda Əsəd bəyi bu qədər məhsuldar deyil, bir az ləng olmağa çağırır. 1934-cü il 8 may, Prof. Gerhard Höpp, "Muhamməd Əsəd Bəy: Nur Orient Für Europäer?" Asien Afrika Lateinamerika, cild 25:1 (1997), səh. 86, qeyd 120.
  12. "Sevgi və neft" və "Manuela".
  13. Kiyev Mərkəzi Tarix Arxivi: 2008-ci il 4 noyabr tarixli Kiyev Arxivinin rəhbəri L. Y. Demçenko imzası ilə azərbaycanlı filololoq Abdulla Acaloğluya göndərilən rəsmi sənədə müvafiq olaraq, fond 1164, siyahı 1, qovluq 473, səh. 635 və məqaləyə istinad edir: "Arxivlər: Fırıldağa bir bax! Vakkanın Əsəd Bəy haqda sensasiyalı bioqrafiyası" Azərbaycan İnternəşnl jurnalı, cild 15:2–4, səh.146–149.
  14. Die literarische Weltdə (Berlin, 5/1929, Nö. 48, səh. 5)
  15. Azərbaycan İnternəşnl jurnalı, cild 15:2–4, səh. 186–190.
  16. 1914-cü ildə A. L Nussimbaum və Binəqədi Neft Kəməri Şirkəti 131,500 rubla Nobel qardaşlarının Neft Şirkətinə satılmışdı. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi, Fond 392, siyahı 1, qovluq 199, səh.1.
  17. Evlilik Şəhadətnaməsi (1904-cü il 26 oktyabr), Gürcüstanın Mərkəzi Tarix Arxivi, Nö.675, səh.10 Nussimbaumun valideynlərinin evliliyi Tiflisdə Sinaqoqudə qeydiyyatdan keçmişdir.
  18. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi, Fond 1044, siyahı 1, qovluq 571, səh.4
  19. 1 2 Lazare, Daniel. "Jews Without Borders". The Nation. September 7, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 28, 2005.. Həm Lazare, həm də Ris Lev Nussimbaumun avtobioqrafiyası üçün ilkin deyil, məhz ikinci dərəcəli mənbə hesab olunurdu.
  20. Alis Şulte: " Əsəd Bəyin avtobioqrafiyası" nəşr olunmamış "tərcümeyi-hal" İsveçrədə Surixdə Raşer Arxivi.
  21. Əsəd Bəy, "Şərqdə neft və qan" (1929).
  22. Prof. Zaza Aleksidze (Gürcüstan): " Mən əminəm ki, Şərqdə neft və qan romanı Əsəd Bəyin iddia etdiyi kimi avtobioqrafik əsər deyildi. Bu nağıl və səhvlərlə dolu bədii bir əsərdir. Heç kəs Əsəd Bəyin avtobioqrafiyasına dair tutarlı bir mənbə kimi bu əsərə əsaslana bilməz. Həmçinin Prof. Fərid Ələkbərli (Azərbaycan) "Əsəd Bəyin bu kitabda etdiyi səhvləri düzəltmək sonu olmayan bir iş hesab oluna bilər". Hər ikisi " Tənqid: Fakt, yoxsa uydurma? Əsəd Bəyin müasirləri nə deyirdi"[1] Arxivləşdirilib 2011-06-29 at the Wayback Machine, Azərbaycan İnternəşnl jurnalı, cild 15:2–4 (2011), səh. 169.
  23. Əsəd Bəy Şərqdə neft və qan (1929), (San Fransisko: Aran Mətbuatı, 1997), səh. 317.
  24. Gerhard Höpp, "Muhamməd Əsəd Bəy: Nur Orient Fur Europaäer?" (Avropalılar üçün Şərq) Asien Afrika Lateinamerika 25:1 (Berlin: Akademie Verlag, 1997), səh. 78.
  25. Prof. Gerhard Höpp, " Muhamməd Əsəd Bəy: Nur Orient Fur Europaäer?" Asien Afrika Lateinamerika 25:1 (1997), səh. 77.
  26. "Die literarische Welt 1925–1933, cild 1" üçün indeks (Nendeln: Kraus-Tomason Organizeyşn Ltd, 1976).
  27. "Əli və Nino romanının müəliffliyi ilə bağlı tez-tez soruşulan suallar Arxivləşdirilib 2011-10-16 at the Wayback Machine," Nö. 69: Əsəd Bəyin məqalələri haqqında nə deyə bilərsiniz? O Azərbaycan haqqında nə yazmışdır? Azərbaycan İnternəşnl jurnalı, cild 15:2–4 (2011), səh. 70. Arxivləşdirilib 2011-06-29 at the Wayback Machine
  28. 1 2 Lazare, Daniel. "Jews Without Borders". The Nation. September 7, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 28, 2005. Həm Lazare, həm də Ris Lev Nussimbaumun avtobioqrafiyası üçün ilkin deyil, məhz ikinci dərəcəli mənbə hesab olunurdu.
  29. Əsəd Bəy Die literarische Welt, Berlin, cild. 7:5 (1931,30 yanvar), səh. 3–4-də nəşr edilən "Həyatımın hekayəsi" (Die Gelchichte Meines Lebens) adlı məqaləsində özünün monarxist olmasına görə öyünür. Bu da Rus Çarı II Nikolasaya dərin hiddət hissi ifadə edən Əli və Nino əsərinin əsas mövzusuna ziddir. Əsəd Bəy həmçinin də II Nikolas (1935) haqqında rəğbətli "tərcüməyi-hal" da yazmışdır.
  30. Erika Nyu-Yorka gəmi ilə gələndə Əsəd bəy onu həbsə saldırmışdı. O hakimiyyət orqanlarına bildirmişdi ki, Erika Birləşmiş Ştatlarda qətl planlaşdırır. Bu tamamilə uydurulmuş səhv bir bəyanat olsa da Erikaya hüquqi cəhətdən çoxlu problemlər yaratmışdı. "Gerichtssaal: Scheidungsprozess Gegen Den Schriftsteller Essad Bey / Məhkəmə zalı: Yazıçı Əsəd Bəy ələyhinə qaldırılmış boşanma davası." Neues Wiener Jurnalı 15, (1937), səh. 33.
  31. "Los Angeles Times," November 19, 1937, səh. A12.
  32. "İki yazıçının həyatı. Yusif Vəzir Çəmənzəminli və Lev Nussimbaum" Ölüm səbəblərinə bax, Azərbaycan İnternəşnl jurnalı, cild 15:2–4, səh. 39, Prof. Uilifred Furman Essadbey.de sitat gətirir.
  33. Şərqşünas əsərində Tom Ris (Nyu-York: Rəndom Haus, 2005) Əsəd Bəyin Reyno xəstəliyindən əziyyət çəkdiyini qeyd edir. Reyno xəstəliyi adətən qadınlarda rast gəlinir. Burger xəstəliyi ilə (qanın laxtalanmamasının) Reyno xəstəliyi arasında oxşar simptomlar vardır. Hər iki xəstəlik qanqrena və əl və ya ayaq barmaqlarının amputatsiyası ilə nəticələnir. Burger xəstəliyi aşkenoz soyuna mənsub yəhudi kişilərə, xüsusəndə həddən artıq çox siqarət çəkənlərə yoluxur. Bax "Əli və Nino romanının müəllifliyi ilə bağlı tez-tez soruşulan suallar" Azərbaycan İnternəşnl jurnalı, cild 15:2–4 (2011), FAQ 137 (səh. 88): Lev Nussimbaum (Əsəd bəy) rayno xəstəliyindən vəfat edib? FAQ 138 (səh. 88–89) "Əsəd bəy bu xəstəliyə yoluxması haqqında nə vaxt xəbər tutub?
  34. Fakt, yoxsa uydurma? Əsəd Bəyin müasirləri nə deyirdi" Azərbaycan İnternəşnl jurnalı, cild 15:2–4, səh. 166–177.
  35. Yusif Vəzir Çəmənzəminlinin Əli və Nino əsərinin əsl müəllifi olmasına dair 101 səbəb" Azərbaycan İnternəşnl jurnalı, cild 15:2–4, səh. 262–332.
  36. Kəs və yapışdır müəllifi: Əsəd Bəyin Əli və Ninodakı barmaq izləri Arxivləşdirilib 2012-01-05 at the Wayback Machine Azərbaycan İnternəşnl jurnalı, cild 15:2–4, səh 230–251.
  37. Betti Bleyer, "Folklor: Əsəd bəy nələri bilmirdi?: Qafqazın portreti," Azərbaycan İnternəşnl jurnalı, cild 15:2–4, səh 218–229.
  38. Azərbaycan İnternəşnl jurnalı, cild 15:2–4 (2011) Arxivləşdirilib 2011-06-29 at the Wayback Machine, 364 səh. Azərbaycan və ingilis dilində variantları mövcuddur.
  39. Prof. Uilfred Fuhrmana görə "Şərqin vəhşi fantaziyaları, patoloji təkəbbürlük və lovğalıq həmçinin də qətlin və böhtanın qarışığı" (ESSADBEY.de) Azərbaycan İnternəşnl cild 15:2–4, səh. 345.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]