Çabak adası — Nordenşeld arxipelaqına daxil olan ada. Ada Kara dənizinin suları ilə yuyulur. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir.
Çabak adası | |
---|---|
rus. Чабак (остров) | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 107 m |
Əhalisi | 0 nəfər (2010-cu il) |
Yerləşməsi | |
76°31′32″ şm. e. 95°21′35″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
Arxipelaqın cənubunda qərarlaşır. Vilkinski adaları qrupuna daxildir. Bu qrupun şimal hissəsində qərarlaşır. Hər tərəfdən Nordenşeld arxipelaqının adaları ilə əhatə olunmuşdur. Cənubdan Yeni ada, Strijyova adası, şimaldan Mərkəzi ada, Dəniz qulduru adası, Qroznı adası, Peta adası və Tuqut adası ilə əhatə olunmuşdur. Ada sərhəd adalardan Radzeyevs boğazı ilə ayrılır. Şimal-qərbdə Oktyabr adası yerləşir. Şimal sahilində kiçik Krasin adası və Dobrinya Nikitin adası qəralaşır. Son iki adadan başqa digər adalar Vilkiski adalarının tərkibinə daxildirlər. Kontinental Rusiyaya qədər məsafə təxminən 37 kilometr təşkil edir.
Cekman adası ilə birlikdə qrupun iki ən böyük adasından biridir. Ada kələ-kötür formalı, cənub-qərbdən şimal-şərqə doğru uzanan ovalın daralaraq uzadılması formasına malikdir. Şimal sahillərində cənub-şərqə qədər adanın uzunluğu — burada yerləşən təpəyə qədər məsafə təxminən 6,85 kilometr təşkil edir. Həmin təpə adanın burnunu əmələ gətirir. Mərkəzi hissəsində isə 2,7 kilometrə qədər çata bilir.[1].
Çabak adası — qrupun və bütün arxipelaqın ən hündür adasıdır. Yastı meyllərlə qaya adanın praktiki olaraq bütün sahəsini əhatə edir. Adanın mərkəzi hissəsində hündürlük 107 metrə bərabərdir. Bu, adanın ən yüksək nöqtəsidir. Qayanın meylləri və adanın sahilboyu sahələri daşlarla, çınqıllarla örtülmüşdür. Qayanın cənub meyli bataqlaşdırılmış ərazilərlə örtülmüşdür. Cənub-qərb sahilində dəyişkən (qışda donan) adsız çay axır.[2]
Çabak adasının sahilləri yastıdır. Kiçik uçurumlar isə yalnız adanın şimal-qərb hissəsində rast gəlinir. Adanın sahilində dənizin dərinliyi kəskin böyüyür və artıq 40 metrdən 200–300 metrə qədər çata bilir.
Adanın cənubunda nadir bitkilərə və mamırlar-şibyələr birləşmələrinə rats gəlmək mümkündür. Adada yerləşən qayaların birinin zirvəsində geodeziya bəndi qurulmuşdur.