Çad Truyillo

Çad Truyillo (ing. Chadwick A. Trujillo; 22 noyabr 1973, Ouk-Park[d], İllinoys) —— Neptunxarici cisimlərin kəşfi üzrə tədqiqatlar aparan komandanın üzvü olan amerikan astronom.[1][2]

Çad Truyillo
ing. Chadwick A. Trujillo
Doğum tarixi 22 noyabr 1973(1973-11-22) (51 yaş)
Doğum yeri
Vətəndaşlığı ABŞ ABŞ
Elm sahəsi Astronomiya
İş yerləri Massaçusets Texnologiya İnstitutu
Havay Universiteti
Təhsili
Tanınır Makemake və bir sıra Neptunxarici cisimin kəşfi
Üzvlüyü
chadtrujillo.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çad Truyillo kompüter proqramlaşmasından istifadə edərək bir sıra Neptunxarici cisimlər kəşf etmiş vo onların orbitini hesablamışdır. O, 2003-cü ildə Mayk BraunDavid Rabinoviçlə birlikdə Erida, 2005-ci ildə isə Makemakeni kəşf etmişdir.[2] Komanda tərəfindən Disnomiya peykinin kəşfi nəticəsində Eridanın Plutondan daha böyük Neptunxarici cisim olması məlum olmuşdur.[3]

Çad Truyillo İllinoysda yerləşən Oak Park və River Forestdə bakalavr təhsili almışdır. 1995-ci ildə Massaçusets Texnologiya İnstitutunda təhsil almış, daha sonra 2000-ci ildən etibarən Havay Universitetində təhsilini davam etdirərək burada doktorluq dərəcəsinə yiyələnmişdir. 2000-2003-cü illərdə o Kaliforniya Texnologiya İnstitutunda tədqiqatçı olaraq fəaliyyət göstərdikdən sonra Havayda yerləşən Gemini Rəsədxanasında işə başlamışdır.[4] 2013-cü ildən rəsədxananın Adaptiv Optik Bölməsinin rəhbəri olaraq fəaliyyətə başlamış və 2016-cı ildən etibarən öz işinə Şimali Arizona Universitetində köməkçi dosent olaraq davam etmişdir.[5] O, Koyper qurşağında yerləşən obyektləri öyrənir.

Çad Truyillo 1996-2013-cü illərdə Koyper qurşağına aid 54 cırtdan planeti kəşf etdiyi üçün Cırtdan Planet Mərkəzi tərəfindən mükafatlandırılmışdır. Onun da daxil olduğu komanda tərəfindən kəşf olunan Erida əvvəlcə 10-cu planet olaraq qəbul edilsə də, daha sonra Beynəlxalq Astronomiya İttifaqı tərəfindən cırtdan planet statusu formalaşdırıldı və yeni obyekt ora daxil edildi.[4]

Onun tərəfindən kəşf olunan bilinən bəzi plutoidlər aşağıdakılardır:

Asteroid qurşağında 12101 Truyillo adlı asteroid onun şərəfinə adlandırılmışdır.[1] 2006-cı ildə Elmi Spektr Jurnalı tərəfindən elmin qabaqcıllarından biri olaraq elan edilmişdir.[8]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Schmadel, Lutz D. (2007). "(12101) Trujillo". Dictionary of Minor Planet Names – (12101) Trujillo. Springer Berlin Heidelberg. p. 776. doi:10.1007/978-3-540-29925-7_8527. ISBN 978-3-540-00238-3.
  2. 1 2 "136199 Eris (2003 UB313)" Arxivləşdirilib 2018-04-09 at the Wayback Machine. Minor Planet Center. Retrieved July 26, 2016.
  3. 1 2 Brown, Michael E.; Schaller, Emily L. (June 2007). "The Mass of Dwarf Planet Eris" Arxivləşdirilib 2022-09-27 at the Wayback Machine. Science. 316 (5831): 1585. Bibcode:2007Sci...316.1585B. doi:10.1126/science.1139415. PMID 17569855. Retrieved July 26, 2016.
  4. 1 2 "UH Alumnus Chad Trujillo Helps in Discovery of 10th Planet". Nupepa. August 2005. Archived from the original on August 13, 2009. Retrieved July 26, 2016.
  5. "Chad Trujillo CV" Arxivləşdirilib 2020-08-02 at the Wayback Machine (PDF).
  6. "136108 Haumea (2003 EL61)" Arxivləşdirilib 2018-04-08 at the Wayback Machine. Minor Planet Center. Retrieved July 26, 2016.
  7. "136472 Makemake (2005 FY9)" Arxivləşdirilib 2021-12-22 at the Wayback Machine. Minor Planet Center. Retrieved July 26, 2016.
  8. "SCIENCE SPECTRUM MAGAZINE ANNOUNCES TOP MINORITIES IN SCIENCE" Arxivləşdirilib 2012-07-22 at the Wayback Machine (PDF). May 8, 2006. Retrieved April 4, 2018.